CÜMƏ, 2024-04-19, 3:10 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AY - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » AY
AY
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 6:42 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Ay

Ay - Yer planetinin yeganə təbii peyki. Yer və Ayın mərkəzləri arasındakı məsafə orta hesabla 384 467 km-dir. Ayın Yer ətrafında bir tam dövrü 27 gün, 7 saat, 44 dəqiqə və 2,803 saniyədir. Saatda 3679 km yolu qət edir.
Diametri 3476 km
Səthinin sahəsi 3,79•1010 km²
Kütləsi 7,347673•1022 kg
Temperatur orta - 23 °C
minimum - 233 °C
maksimum - 123 °C
Atmosfer təzyiqi 3•10−13 hPa
Tərkibi: helium 25% , neon 25% , hidrogen 23% , arqon 20% , qalanı isə karbon qazı və metandan ibarətdir.
Aydakı atmosfer o qədər incədir ki müasir həssas müşahidələrdən əvvəlki zamanlarda onu yox sayırdılar. Belə bir atmosfer Ayı meteorlardan qoruya bilmədiyindən Ay səthində çoxlu krater mövcuddur. Kraterlərin forması çox az dəyişilir çünki atmosferin incə olması daimi cərəyanların olmamasına və süxurların çox az aşınmasına səbəb olur. Bu kraterlərin hamısına böyük alimlərin adları verilmişdir. Kopernik, Qaliley, Jül Vern kraterləri bunlara misaldır. Yerdən Ayın ancaq bir yarımkürəsi görünür. Ayın görünməyən tərəfinin fotoşəkli ilk dəfə 1959-cu ildə Sovet kosmik stansiyası tərəfindən çəkilmişdir. Daha sonra 1969-cu ildə Apollon proqramı çərçivəsində iki ABŞ astronavtı Ay səthinə enmiş və tədqiqat aparmışdır. Ay kosmik fəzada insanın ayaq basdığı tək fəza cismidir.
Ayın Yer ətrafına fırlanma orbiti tam çevrə deyil. Odur ki, Ay Yerə bəzən yaxınlaşır bəzən isə uzaqlaşır. Ayın Yerə ən yaxınlaşma nöqtəsinə perigey, ən uzaqlaşma nöqtəsinə isə apogey deyilir. Ay apogeydə olarkən onun Yerdən uzaqlığı 405 363 km, perogeydə olarkən 357 448 km olur. Odur ki, onun [erigeydə olarkən görünən ölçüləri apogeydə olan ölçülərindən böyük olur. Məsələn, perigeydə Ayın görünən diskinin diametri apogeydə olan diskindən 14%, parlaqlığı isə 30% çox olur. Ay perigeydə olarkən okeanlarda qabarmanın səviyyəsi də (təqribən 6-15 sm) yüksək olur. Ayın bu vəziyyəti insanların əhvali - ruhiyyəsinə, psixoloji vəziyyətlərinə də təsir edir. Ay adətən dekabr ayında bu vəziyyətdə olur.

Ayda su var
2009-cu ilin oktyabrında NASA su tapmaq məqsədilə Ayın cənub qütbünü bombalayıb. 2009-cu ilin noyabr ayında Amerika Aerokosmik agentliyi (NASA) Ayda donmuş halda çoxlu miqdarda su tapıldığını açıqlayıb[1].

Yaponiyanın Ayın öyrənilməsi proqramı
Yaponiya alimləri Yer kürəsinin peyki Ayın öyrənilməsi proqramı üzərində işləyirlər. Proqrama görə Ayda elmi-tədqiqat bazası və orada işləmək üçün xüsusı robotlar yaradılacaq. Yer kürəsinin peykinin öyrənilməsi proqramı xüsusi çağırılmış iclasda müzakirə edilib. İclasda 2020-ci ilədək Ayda aparılacaq elmi tədqiqatların ümumi dəyəri 200 milyard yen (2,2 milyard dollar) məbləğində qiymətləndirilib. Ayın səthi iki mərhələdə öyrəniləcək. 2015-ci ilədək Aya təkərli robotlar göndəriləcəkdir. Robotlar vasitəsilə videogörüntülər Yer Kürəsinə ötürüləcək və Ayın daxili quruluşu öyrəniləcəkdir. Növbəti beş ildə Ayın cənub qütbündə tədqiqat bazası yaradılacaq, həmin bazadan 100 kilometr radiusda kəşfiyyat və tədqiqat işləri aparılacaq. Stansiya müstəqil şəkildə elektrik enerjisi istehsal edəcək, torpaq nümunələri və xüsusi qiymətli nüsxələri Yerə göndərəcək[2].

 
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » AY
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...