ŞƏNBƏ, 2024-04-20, 12:13 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ASTRONOMİYA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » ASTRONOMİYA (ASTRONOMİYA HAQQINDA ÜMUMİ MƏLUMAT)
ASTRONOMİYA
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 6:37 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Astronomiya

Astronómiya (Yunanca, "astron" (ἄστρον) "ulduz" və nomos (νόμος) "qanun") - Səma cisimləri (Qalaktikalar, ulduzlar, planetlər, kometlər), onların sistemlərinin hərəkəti, quruluşu, mənşəyi və inkişafını öyrənən elmdir.
Astronomiya qədim tarixə malikdir. Astronomiyaya aid ilk elementar məlumatlar minlərcə il bundan əvvəl Babildə, Misir və Çində məlum idi. Qədim zamanlarda astronomiya bir sıra elmlərin məcmusuna deyilirdi. Bunların içində naviqasiya, meteorologiya və hətta astrologiya da vardı.Müasir elmdə astronomiya dedikdə əsas olaraq astrofizika başa düşülür. Astronomiya iki yerə bölünür: nəzəri və vizual astronomiya. Astronomiya elmi astrologiya ilə qarışdırılmamalıdır. Hər ikisi ortaq anlayışları bölüşsə də tamamilə fərqli məlumatlar toplusudur.

Antik Dövr
Astronomiya müasir təbiət elmlərinin ən qədimidir. Ehtimal ki, təqvimə olan ehtiyacla birlikdə ortaya çıxmışdır. Qədim zamanların astronomları rahiblər, şamanlar, druidlər və kahinlər idi. O zaman astronomiya astrologiya ilə bir hesab olunurdu. Bəzi fərziyyələrə görə Stonheng, Mesopotamiyadakı Ziqquratlar, Máyyaların və Çinlilərin pilləli piramidaları ən qədim rəsədxanalardır. Máya təqvimləri bu gün belə, çox dəqiq hesab olunur. Eynilə Çin ulduz kataloqları da qədim astronomik hadisələri öyrənmək üçün qiymətli mənbədir.

Qədim zamanlar
Yunan alimləri astronomiyanın inkişafına xüsusi töhfələr vermişlər. Aristotel, Ptolomey, Hipparx, Fales, Aratos digər elmi kəşflərlə yanaşı astronomiya ilə də məşğul olurdular. Ptolomey planetlərin ilgək şəkilli hərəkətlərini izah edə bilmək üçün Geosentrik Nəzəriyyəni işləyib hazırlamışdı.

Geosentrik nəzəriyyə
Roma İmperiyasının süqutundan sonra Avropada elmi inkişaf müvəqqəti olaraq dayandı. Klassik dövr astronomik məlumatları unuduldu və xristianlığın dəstəklədiyi qeyri - elmi nəzəriyyələr yayılmağa başladı. Lakin bu dövrdə müsəlman və hind alimləri astronomik müşahidələr aparır və Antik Yunan müəlliflərinin elmi əsərlərini ərəbcəyə çevirirdilər. Xaç yürüşləri zamanı müsəlman alimlərinin əsərləri də Avropada tanınmağa başlandı. Kilsə bu yeni bilgilərlə barışmaq istəmirdi. Geosentrik sistemi qəbul etməyən alimlər təqib olunurdu.

Heliosentrik Nəzəriyyə
Nikolay Kopernik tərəfindən 1543-cü ildə nəşr olunan " De revolutionibus orbium coelestium " ( " Göy cisimlərinin fırlanmasına dair " ) əsəri astronomiya tarixində inqilab sayılır. Kopernik sisteminə görə, yer öz oxu ətrafında və digər planetlərlə birlikdə günəş ətrafında fırlanırdı. Bu iddia kilsənin Yer kainatın mərkəzidir tezisinə qarşı olduğundan fəlsəfi və dini çevrələrdə böyük hay - küy qopmasına səbəb oldu. Kopernikin iddiası bu idi ki, onun sistemi hesablamaları asanlaşdırır. O həmçinin planetlərin siderik periodlarını ( Günəş ətrafındakı tam dövr ) və onların günəşə qədər olan məsafələrini astronomik vahid olaraq hesablamışdı.

Astronomiyanın tədqiqat üsulları
Astronomiya müşahidə elmidir. Astronomiyada göy cisimləri haqqındakı bütün bilgilər uzun astronomik müşahidələr nəticəsində əldə edilir. Ilk əvvəllər astronomik müşahidələr adi gözlə aparılırdı. Teleskopun kəşfi ilə astronomik müşahidələr xeyli mükəmməlləşdi, bu da göy cisimləri haqqında bilgilərin qat-qat zənginləşməsinə səbəb oldu. 1957- ci ildə Yerin ilk süni peykinin buraxılması ilə astronomiyada yeni bir dövr başlandı. Daha sonra planetlərarası kosmik stansiyaların və orbital rəsədxanaların buraxılması və nəhayət Aya uçuşla astronomiya müşahidə elmi çərçivəsindən çıxdı və qismən eksperimental elmə çevrilməyə başladı.

3. Astronomiyanın bölmələri
Astronomiyanı əsasən üç bölməyə ayırmaq olar:
1. Astrometriya — Göy cisimlərinin vəziyyətini, koordinatlarını və vaxtı ölçməklə məşğul olur;
2. Göy mexanikası — Cazibə qüvvəsinin təsiri ilə göy cisimlərinin hərəkət qanunlarını öyrənməklə məşğul olur;
3. Astrofizika — Göy cisimlərinin quruluşunu, fiziki halını, kimyəvi tərkibini, yaranmasını və təkamülünü öyrənməklə məşğul olur.
4. Astronomiyanın yaranması və əsas inkişaf mərhələləri Astronomiya dəqiq elmlərin ən qədimidir. Astronomiya qədim Yunanıstanda, Misirdə və Çində meydana gəlmişdir. Yunan alimi Filolay bizim eradan əvvəl (b.e.ə. »400-cü il) Yerin kürə şəklində olduğunu söyləmiş, b.e.ə. III əsrdə Eratosfen Yerin radiusunu təyin etmiş, b.e.ə. II əsrdə Hipparx minə qədər ulduzu içərən ilk ulduz kataloqu tərtib etmiş və Yer oxunun presessiyasını kəşf etmişdir. Bizim eranın II əsrində Ptolemey dünyanın geosentrik sistemini riyazi olaraq çox böyük dəqiqliklə işləmiş və bir çox göy hadisələrini izah etmişdir. Aristarx Samosskiy heliosentrizm ideyasını vermiş, Yer-
dən Günəşə və Aya qədər məsafələrin nisbətini təyin etmişdir.
Çin astronomları bizim eradan iki min il əvvəl Günəş və Ay tutulmalarını əvvəlcədən xəbər verə bilirdi. Misirdə bizim eradan üç min il əvvəl ilin uzunluğunu kifayət qədər büyük dəqiqliklə təyin edə bilmişlər.
Yeni eradan əvvəl VIII əsrdən başlayaraq astronomiya müşahidələrinin qeydi aparılmağa başlamışdır, onların bəziləri günümüzə qədər gəlib çatmışlar.
Orta əsrlərdə astronomiya orta Asiya və Azərbaycanda təşəkkül tapmağa başlamışdır. Orta Asiyada əl-Bəttani (850-929), Biruni (973-1048) və Uluqbəy (1394-1449) astronomik müşahidələr aparmış və astronomiyanın inkişafında büyük rol oynamışlar.
XIII əsrin əvvəllərində büyük Azərbaycan astronomu Nəsirəddin Tusi (1201-1274) Azərbaycanda dünyanın ən böyük və ən mükəmməl Marağa rəsədxanasını qurmuşdur. Qısa müddətdə bu rəsədxana dünyanın astronomiya mərkəzinə çevrilmişdir. Rəsədxanada astronomiyaya dair 100-dən çox monoqrafiya hazırlanmışdır. Onlardan 30-u şəxsən Tusinin özünə məxsusdur. Rəsədxana çox zəngin kitabxanaya malik olmuş və o dövrün Elmlər Akademiyası kimi şöhrət tapmışdır.
Marağa rəsədxanasında sistematik astronomiya müşahidələri aparılmış və bu müşahidələr əsasında müasir dövrdə də elmi mahiyyətini itirməmiş məşhur «Elxan cədvəlləri» tərtib olunmuşdur.
Avropada astronomiya XV-XVI əsrlərdə inkişaf etməyə başlamışdır. Nikolay Kopernik
(1473-1543) «Dünyanın heliosentrik sistemi»ni vermişdir. Bu yeni astronomiyanın meydana gəlməsinə və sürətlə inkişafına səbəb olmuşdur. Tixo Brahe (1546-1601), Iohan Kepler (1571 1630), Qalileo Qaliley (1564-1642), Isaak Nyuton (1643-1727) və başqaları astronomiyanın inkişafında büyük rol oynamışlar.
Kepler planetlərin hərəkət qanunlarını vermiş, Nyuton Ümumdünya Cazibə qanunu kəşf etmiş və müşahidələr əsasında verilmiş Kepler qanunlarını riyazi olaraq almış və ümumiləşdirmişdir. O, ilk dəfə olaraq bir çox astronomik hadisələrin düzgün izahını vermişdir. etməyəbaşlayır. 1781-ci ildə Uran planeti, 1846-cı ildə isə Neptun planeti kəşf olunur. 1930-cu ildə Günəş sisteminin IX planeti Pluton kəşf olunur. 2006-cı il avqustun 24-də Beynəlxalq Astronomiya Ittifaqının Baş Assambleyasında qərara alınmışdır ki, Pluton planet deyil.
1859-cu ildə Kirxhof spektral analiz üsulunu verir. XIX əsrin ikinci yarısında fotoqrafiya kəşf olunur və astronomiyada fotoqrafik müşahidələrə başlanılır. Beləliklə, astronomiyanın ən gənc sahəsi — astrofizika yaranır. XX əsrin 40-50-ci illərində radioastronomiya meydana gəlir. 1957-ci ildə Yerin ilk süni peyki buraxılır. 1961-ci ildə kosmosa ilk insan uçuşu, 1969-cu ildə Aya yumşaq enmə həyata keçirilir. Bununla da astronomiyada yeni era başlanır.
Beləliklə, astronomiyanın inkişafını aşağıdakı mərhələlərə ayırmaq olar:
I. Qədim yunan mərhələsi: Bu mərhələ yeni eradan əvvəl III əsrdən bizim eranın II əsrində Ptolemeyin dünyanın geosentrik sistemi təliminin yaranmasına qədər olan dövrü əhatə edir;
II. Şərq mərhələsi: Orta Asiya və Azərbaycanda astronomiyanın təşəkkül tapdığı X-XVI əsrləri əhatə edir;
III. Avropa mərhələsi: XVI əsrdə Kopernikin dünyanın heliosentrik sisteminin kəşfindən XIX əsrdə fotoqrafiyanın və spektral analizin kəşfinə qədər olan düvrü əhatə edir;
IV. Kosmik mərhələ: 1957-ci ildə Yerin ilk süni peykinin buraxılmasından bu günə qədər olan dövrü əhatə edir.
5. Astronomiyanın digər elmlər arasında yeri Astronomiyanın digər təbiət elmlərinin inkişafında böyük rolu olmuşdur. Göy cisimlərində müvcud olan bəzi fiziki şəraiti yer laboratoriyalarında almaq mümkün olmur. Ona görə göy cisimlərindəki fiziki şəraiti öyrənməklə onu Yerdə gedən proseslərə də şamil etmək olar. Məsələn, maddənin yüksək temperatur və yüksək sıxlıq şəraitində halı ulduzlarda aşkar edilmiş və sonra Yer şəraitində də öyrənilməyə başlamışdır. Helium elementi ilk dəfə Günəşdə, sonra isə Yerdə kəşf olunmuşdur. Astronomiyanın böyük fəlsəfi əhəmiyyəti də vardır. Insan yaşadığı Kainatı dərk etmək üçün astronomiyanı öyrənməli və Kainatda öz yerini bilməlidir. Bəzi göy hadisələrinin, məsələn, Günəş və Ay tutulmalarının mahiyyətini öyrənməklə insanlıq əsrlər boyu yaşadığı vahimələrdən azad olmuşdur.
Göy cisimlərinin hərəkət qanunlarını bilmədən kosmik uçuşlar mümkün olmazdı. Müasir aviasiyanı və naviqasiyanı da astronomiyasız təsəvvür etmək olmaz.
Beləliklə, astronomiya digər dəqiq elmlərlə sıx əlaqədardır, onların üsullarından və əldə etdikləri nəticələrdən istifadə edir və onların da inkişafına təkan verir. Astronomiyanı digər dəqiq elmlərsiz, digər dəqiq elmləri də astronomiyasız təsəvvür etmək olmaz.

 
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » ASTRONOMİYA (ASTRONOMİYA HAQQINDA ÜMUMİ MƏLUMAT)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...