ÇƏRŞƏNBƏ, 2024-04-24, 7:41 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ŞAHİN İMRANOV - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » İDMAN » DÖYÜŞ NÖVLƏRİ » ŞAHİN İMRANOV
ŞAHİN İMRANOV
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-27, 5:35 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Şahin İmranov

Tam adı- İmranov Şahin Səlim oğlu
Doğum tarixi- 23 sentyabr 1980-ci il (30 yaş)
Doğum yeri Sumqayıt

Şahin İmranov - azərbaycanlı boksçu, idman ustası.

Həyatı
Şahin İmranov 23 sentyabr 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. 20 saylı orta məktəbin məzunudur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

İdmanda uğurları
Şahin İmranov Boks üzrə Avropa Çempionatının gümüş (Rusiya-2002), Hərbçilər arasında Olimpiya Oyunları (İtaliya-2003) və Dünya Çempionatının (İrlandiya-2002) bürünc mükafatçısı, XXVIII Afina (2004) və XXIX Pekin (2008) Yay Olimpiya Oyunlarının iştirakçısıdır. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 57 kq çəki dərəcəsinin ilk görüşündə Qazaxıstan boksçusu əslən azərbaycanlı Qalib Cəfərovu, ikinci görüşündə isə gürcüstanlı Nikolas İzoriyanı, 1/4 finalda Kuba boksçusu İdel Torrienteni məğlub edib. Yarımfinal mərhələsinə fransız rəqibi Dafe Celekuraya aldığı zədə səbəbindən məğlub olaraq bürünc medala sahib olub.
Olimpiya Oyunlarında əldə etdiyi nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Eldar Əbilovdur.

 
FORUM » İDMAN » DÖYÜŞ NÖVLƏRİ » ŞAHİN İMRANOV
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...