Ağası Məmmədov
Doğum tarixi- 1 iyun 1980
Doğum yeri- Bakı
Həyatı
Ağası Məmmədov - 1980-ci il iyun ayının 1-də Bakı şəhərində anadan olub. 2003-cü il dünya çempionatının qızıl, 2001-ci ildə isə dünya birinciliyinin gümüş mükafatını qazanıb. İkiqat Avropa çempionudur. 1996-cı ildə yeniyetmələrin Avropa çempionatının qızıl medalını qazanıb və ən texnikalı boksçu kimi xüsusi mükafatla - kubokla təltif edilib. Müxtəlif beynəlxalq turnirlərin qalibidir. Azərbaycan boksu tarixində dünya çempionatının qızıl mükafatını qazanan ilk və hələlik yeganə idmançıdır. 2000-ci il Sidney oyunlarında Türkiyə milli yığma komandasının şərəfini qoruyub. Beynəlxalq Həvəskar Boks Federasiyasının prezidenti, doktor Ənvər Çoudrinin şərəfinə Bakıda keçirilən turnirdə Afina Olimpiadasına lisenziya qazanıb.
Əməkdar idman ustasıdır, "Azərterminalkompleks"in əməkdaşıdır, gömrük xidməti kapitanıdır.
Göstərdiyi nəticələr
• 1996-cı il - Azərbaycan, Avropa çempionu (yeniyetmə)
• 2000-ci il - Finlandiya, Avropa çempionu
• 2000-ci il - Sidney Olimpiya Oyunları, V yer
• 2001-ci il - İrlandiya, Dünya çempionatı, II yer
• 2002-ci il - Tailand, Kral Kuboku, III yer
• 2002-ci il - Polşa, Beynəlxalq turnir, I yer
• 2002-ci il - Rusiya, Neft ölkələrinin Dünya çempionatı, III yer
• 2003-cü il - Azərbaycan, Beynəlxalq turnir, I yer
• 2003-cü il - Tailand, Dünya çempionu
• 2004-cü il - Macarıstan, Beynəlxalq turnir, I yer
• 2004-cü il - Azərbaycan, Beynəlxalq turnir, I yer