Cüdo
Yaranma tarixi: 1882
Ölkə: Yaponiya
Banisi: Ciqaro Kano
Xələfləri: İlk növbədə Tendzin Sinyo Ryu və Kito Ryu olmaqla Ciu-citsunun müxtəlif məktəbləri.
Sələfləri: Braziliya ciu-citsusu, Kvaisi Ryu ciu-citsusu, Kosen cüdo, Sambo
Müasir təşkilatları Cüdo: Beynəlxalq Cüdo Federasiyası (IJF)
Cüdo (yap. Cü - yumşaq, Do - yol) - yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-sitsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur.
Cüdo və Olimpiya Oyunları
1964-cü ildə Tokioda keçirilən XVIII Yay Olimpiya Oyunlarında cüdo ilk dəfə olimpiya oyunları proqramına daxil edilmişdir. 1992-ci ildə Barselonada keçirilən Olimpiadada MDB yığmasını təmsil edən idmançımız Nazim Hüseynov cüdo üzrə ilk azərbaycanlı Olimpiya çempionu olmuşdur. Eyni uğuru 2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Elnur Məmmədli təkrarlamışdır.