Zaqafqaziya Demokratik Federativ Respublikası
22 aprel 1918 - Zaqafqaziya seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Seymdə azərbaycanlı deputatların (44 nəfər) fraksiyasına M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxengelinin başşılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Usubbəyov, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı