Böyük Bolqar Xanlığı
Bolqarlar bir çox türk soylarının birləşməsiylə 630-cu ildə ortaya çıxdılar. Böyük Bolqar xanlığı nı Kubrat Xan qurdu. VII əsrin ilk yarısında Xan Kubrat Qaradənizin şimalında dağınıq yaşayan türk Kutrigur, Utrigur, Sabirlər və Onogurlar kimi soyları və bundan başqa 7 slavyan qövmünü, Bizansın razılığı ilə qurduğu ilk böyük bolqar dövlətinin tərkibində birləşdirmişdir. Beləliklə Bolqar adında yeni bir boy əmələ gəlmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat Xanın 665-ci ildə ölümündən sonra digər bir Türk xalqı olan (Xəzərlər) bu dövləti məğlub etməyi bacarmışlar.
Kubratın böyük oğlu Batbayan (Bayan) Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir. Xalqın ən əhəmiyyətli hissələrindən bir qismi şimala köç edib İdil bolqarları dövlətini qurdular və və şimala köç edən İdil bolqarlarına Ağ Bolqarlar da deyilər. Ağ bolqarlardan bu günki Çuvaşlar xalqı meydana gəlmişdir. Xan Asparuhun tabeçiliyi altında cənub-qərbə köç edən hissə isə 678-ci ildə Tuna bolqar dövlətini qurmuşlar və Bu günki Bolqarıstanın təməlini qoymuşdular. Digər bir qrupun isə avarlara qatılaraq daha da qərbə, orta Avropaya doğru köç etdiyi güman edilir.