ŞƏNBƏ, 2024-12-21, 8:43 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QIZIL ORDA DÖVLƏTİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
QIZIL ORDA DÖVLƏTİ
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-09-02, 5:45 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qızıl Orda

Qızıl Orda dövləti - Batı xanın dövründə (40-cı ildə) Cucinin ərazisində (Ulusu) yarandı.

Rus mənbələrində bu dövlət Qızıl Orda adlanırdı. Bura Qafqazın Dərbəndə qədər olan hissəsi, Şimali Xarəzm, Volqa bulqarlarına, peçenqlərin, qıpçaqların əraziləri daxil idi. Dövlətin əhalisinin əksəriyyəti türk idi. Onu türk dövləti adlandırırdılar. XIV əsrdə fərmanlar türk dilində yazılırdı. Dövlətin paytaxtı Batı xan tərəfindən indiki Həştərxan yaxınlığında Saray Batı şəhəri idi. XIII əsrin sonu paytaxt Volqaqrad yaxınlığında Saray-Bəkrəyə köçürüldü.

Qızıl Orda Dövləti monqolların qurduğu dövlətlərdən biridir. Monqol İmperatoru Çingiz Xan ölməmişdən əvvəl torpaqlarını oğulları arasında paylaşdırmışdı. Ceyhun Çayı ilə Balkaş Gölünün qərbindəki yerləri böyük oğlu Cuci Xana vermişdi. Cuci Xanın kiçik oğlu Batı Xan, qərbə doğru etdiyi səfərlərlə bu torpaqları genişlətdi. Cucinin torpaqları sonradan Batu Xan ilə böyük qardaşı Orda Xan arasında bölündü. Balkaş ilə Aral gölləri arasındakı və Ceyhun Çayının cənubundakı yerlər Ordaya verildi. Xarəzm və yeni alınan torpaqlar Batının rəhbərliyində qaldı. Ordanın rəhbərliyindəki şərq bölgəsinə Ağ Orda, Batının rəhbərliyindəki qərb bölgəsinə isə Göy Orda adı verildi. Göy Orda sonradan Qızıl Orda olaraq adlandırıldı.

1242-ci ildə Qızıl Orda Dövlətini quran Batu Xan, İdil Çayının aşağı hövzəsindəki Saray şəhərini dövlətə paytaxt etdi və torpaqlarını genişlətdi. 1256-cı ildə Batı Xan öldü. Bu zaman dövlətin sərhədləri Qıpçaq çölünü, İdilin aşağı və orta hövzəsini, Ceyhun və İdil çayları arasındakı Aral gölü bölgəsini, Qafqazda Azərbaycana qədər olan ərazini əhatə edirdi. Qızıl Orda Dövləti, Lehistandan (Polşa) və Litvanyandan vergi alırdı.

Batı Xanın yerinə Bərkə Xan keçdi. Bərkə Xan, İslam dinini qəbul etdi və monqolların bir başqa qolu olan ilhanlılarla müharibələrə başladı. Bolqarıstanda Bizans ordusunu məğlub etdi. 1260-cı ildə, orta əsrlərin ən böyük şəhərlərindən biri sayılan Saray Bərkə şəhərini qurdu.

Bərkə Xanın ölümündən sonra Mengü Teymur Xan, Özbək Xan və Canıbəy Xan Qızıl Orda Dövlətinin gücünü qorudular. Canıbəy Xanın ölümündən sonra hakimiyyət uğrunda döyüşlər başladı. Toğtamış Xan 1380-cı ildə Teymurun dəstəyiylə taxta çıxaraq bu qarşıdurmalara son verdi. Daha sonra Teymurun Qızıl Orda torpaqlarına səfərləri və taxt uğrunda döyüşlər yenidən başlaması Qızıl Orda Dövlətini gücsüz vəziyyətə saldı. Bu döyüşlərlə parçalanan Qızıl Orda Dövləti torpaqlarında Qazan Xanlığı, Krım Xanlığı, Həştərxan Xanlığı, Nogay Xanlığı və Sibir Xanlığı quruldu. Qalan torpaqları Krım Xanlığı ələ keçirdi və 1502-ci ildə Qızıl Orda Dövləti tarixdən silindi.
Tarixi

XIV əsrin 2-ci yarısında Qızıl Ordada 25-dən çox xan dəyişdi. Dövlətin zəifləməsindən istifadə edən Polşa və Litva Dnepr boyu əraziləri tutdu. 1380-cı ildə Moskva knyazı Donskoy Mamay xanı Kulikova döyüşündə məğlub etdi.

Lakin Əmir Teymurun köməyi ilə hakimiyyətə gələn Toxtamış (1380-1395) 1382-ci ildə Moskvanı tutdu və yandırdı. Lakin onlar Teymurilərin ərazisinə də girdilər və 1395-ci ildə Teymur tərəfindən məğlub edildilər. Saray-Bəkrə tutuldu və Qızıl Ordanın şərq vilayətləri Teymurilərə keçdi. XIV əsrdə Qızıl Ordadan ayrılaraq Qazan, Həştərxan, Krım, Qərbi Sibir xanlıqları yarandı. 1472-ci ildə dövlət tam süqut etdi. Itaət etmək istəməyən Əhməd xan 1480-ci ildə məğlub oldu və Ruslar Monqollardan tam azad oldular. [1]

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...