Gəncə müqaviləsi
Gəncə müqaviləsi — Səfəvilər dövləti və Rusiya arasında müqavilə.
10 mart 1735-ci ildə bağlanıb.
Səfəvi ordusunun komandanı Nadir xan və knyaz Qolitsın tərəfindən imzalanan müqaviləyə görə, rus qoşunları Xəzəryanı Azərbaycan torpaqlarını (Bakı, Salyan, Dərbənd) tərk etdilər.
Bunun müqabilində Səfəvi dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, Osmanlı ilə müharibədə Rusiyaya yardım etmək barədə öhdəlik götürdü.