Bağdad sülh müqaviləsi
Bağdad sülh müqaviləsi — Səfəvilər və Osmanlı dövləti arasında bağlanan sülh müqaviləsi. 6 yanvar 1733-cü ildə bağlanıb.
1733 - Səfəvi ordusu Bağdad yaxınlığında baş verən döyüşdə Osmanlı qoşunlarını məğlub edib. Tərəflər arasında imzalanan Bağdad sülh müqaviləsinə əsasən, Osmanlı dövləti 1723-1724-cü illərdən başlayaraq ələ keçirdiyi bütün Səfəvi torpaqlarını geri qaytarmağa razılıq verib. Osmanlı dövləti həmin dövrdə Şimali Azərbaycanın böyük hissəsini (Xəzəryanı ərazilərdən savayı), habelə Təbriz, Ərdəbil, Marağa, Xoy və digər Cənubi Azərbaycan ərazilərini nəzarətə götürmüşdü. 1732-ci ildə bağlanan Kirmanşah müqaviləsi ilə Səfəvilər Cənubi Azərbaycan ərazilərini geri ala bilmişdi