Amasya sülh müqaviləsi
Amasya sülh müqaviləsi — Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında sülh müqaviləsi.
29 mart 1555-ci ildə bağlanıb. Müqavilə iki dövlət arasında Çaldıran döyüşü (1514) ilə başlayan uzunmüddətli müharibələrin birinci hissəsini yekunlaşdırıb. Sülh razılaşmasına əsasən, Qərbi Gürcüstan - İmeretiya, Meqreliya və Quriya çarlıqları, indiki Ermənistanın qərb hissəsi Osmanlının, Şərqi Gürcüstan - Mesxiya, Kartli, Kaxeti, Qərbi Azərbaycan (indiki Ermənistanın əsas hissəsi) Səfəvilərin ixtiyarına keçib. Osmanlı sultanı I Süleyman və Səfəvi şahı I Təhmasib arasında əldə olunan sülh uzun sürmədi və 1578-ci ildə yeni müharibə (1590-cı il İstanbul sülhünədək) başlandı