CÜMƏ, 2024-04-19, 6:55 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ XORVATİYA MÜHARİBƏSİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » XORVATİYA MÜHARİBƏSİ (XORVATİYA MÜHARİBƏSİ)
XORVATİYA MÜHARİBƏSİ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-01, 8:48 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Xorvatiya müharibəsi

Serblər tərəfindən idarə olunan Yuqoslav Silahlı Qüvvələrinin (YSQ) hərbi hissələri müharibədə 1991-ci ilə qədər vuruşmuşlar. 1992-ci ildən başlayaraq milliyətçə serblərin çoxluq təşkil etdiyi birləşmələr Serbskaya Krayina Respublikası ordusunda döyüşürdülər.
________________________________________
Bosniya və Herseqovina Respublikası münaqişədə aktiv olaraq yalnız 1995-ci ildə Tufan əməliyyatında iştirak edib. Tam olaraq Bosniya və Hersoqovina ordusunun V korpusu ilə Xorvatiya silahlı qüvvələri əməliyyatları, 1995-ci ildə Vaşinqton sazişinin imzalanması ilə sona bitibdir.

Xorvatiya müharibəsi və ya Xorvatiyanın müstəqilliyi uğrunda müharibə — Xorvatiyanın Yuqoslaviya federal birliyindən çıxması nəticəsində baş vermiş hərbi münaqişədir. Müharibə Deyton sazişisinin bağlanması və Xorvatiyanın müstəqillik qazanması ilə nəticələnmişdir. Yuqoslav müharibəsinin bir hissəsi kimi tarixə Balkanlarda ən qanlı münaqişələrdən biri kimi düşüb.
Müharibənin başlanğıcında döyüşlər əsasən xorvat polisi ilə etnik serblər arasında gedirdi. Mərkəz Belqradda serblərin əhəmiyyətli təsiri nəticəsində Yuqoslaviya hökuməti serblərə gözəçarpan yardım etməyə başlayır. Bunu və digər diskriminasiyalara cavab olaraq, həmçinin milli amili nəzərə alıb, xorvatlar Yuqoslaviyadan öz müstəqilliklərini elan edirlər. Münaqişənin əvvəlində Yuqoslaviya Xorvatiyanı tərkibində saxlamağa cəhd etmiş və qiyamçı ölkənin böyük hissəsini zəbt etmişdir.
Xorvatiyada bu müharibə Vətən müharibəsi (xorvatca: Domovinski rat) və ya Böyük Serb təcavüzü (xorvatca: Velikosrpska agresija) adlanır. Serbiyada münaqişəni nəzərdə tutanda Xorvatiyada müharibə (serbсə: Rat u Hrvatskoj) adlandırmasından daha çox istifadə edirlər.

Tarixi
Serblər müasir Xorvatiya ərazilərində XIV əsrdən etibarən kompakt şəkildə yaşamışlar. Serblərin bu ərazilərdə sayca çoxalma səbəbi ilk növbədə Osmanlı İmperiyasının ələ keçirdiyi torpaqlardan Xorvatiyaya çoxlu qaçqınlarının gəlməsi olmuşdur.
1918-ci ildən Xorvatiya Yuqoslaviyanın tərkibində olmasına baxmayaraq II Dünya müharibəsi dövründə müstəqillik qazanmışdır. Yeni müstəqillik qazanmış ölkə Üçüncü Reyx ilə sıx əməkdaşlıq edirdi. Lakin bu dövrdə (1941-ci ildə) serb hərbi birləşmələri də Üçüncü reyx tərəfindən çıxış etmiş və balkan müsəlmanları ilə xorvatlara qarşı etnik təmizləmələr aparmışdır. Ancaq ölkənin müstəqilliyi II Dünya müharibəsində Üçüncü reyxin məğlub olması və şərq cəbhəsinin irəliləməsi nəticəsində sona bitir.

Yuqoslaviyanın dağılması
Yuqoslaviyada xalqlararası münasibətlərin gərgin olduğu dövrdə Xorvatiya Konstitusiyasına dəyişiklik edilərək «Xorvatiya xorvat xalqının dövlətidir» əlavəsi artırılır. İşçi yazışmasının kiril əlifbası ilə aparılmasına qadağa qoyulur. Buna cavab olaraq Xorvatiya Sosialist Respublikasının (o dövrdə Yuqoslaviyanın federal üzvlərindən biri) inzibati əraziləri daxilində yaşayan serblər 1990-cı ilin dekabrında Serb muxtar vilayəti Krayinanı elan edirlər. 1991-ci ildə krayina serbləri Xorvatiyanın tərkibindən çıxmaq və Serb Respublikasına birləşmək üçün referendum keçirirlər və səsvermədə (serb mənbələrinə görə) əhalinin çoxu təklifə razılıq verir. 25 iyul 1991-ci ildə Xorvatiya Sloveniya ilə birlikdə Yuqoslaviyadan öz müstəqilliyini elan edir. Bununlada Yuqoslaviyanın parçalanması davam edir.

Müharibə
1991-ci ilin iyun-iyul aylarında Yuqoslav Silahlı Qüvvələri Sloveniyada qısa müddətli uğursuz hərbi əməliyyatlar keçirirlər. Ölkənin müstəqilliyini labüd olduğunu anlayan yuqoslav mərkəzi hökuməti bütün gücünü müstəqilliyini yeni elan etmiş xorvat dövlətinə qarşı döndərir və yuqoslav ordusu daxili polis hissələri ilə döyüşə cəlb olunur. Genişmiqyaslı müharibə 1991-ci ilin avqust ayında başlayır. YSQ-nin zirehli texnika, artileriya və havada tamamilə üstünlüyə malik olmasına baxmayaraq, ümumilikdə qeyri-effektiv əməliyyatlar aparırdı. Bəzi ekspertlərin rəyinə görə buna səbəb ordunun daxili yox, xarici təcavüzə qarşı yaradılması səbəbi idi. Müharibə ərzində ən böyük hadisələrdən biri Dubrovnik iıə Vukovarın mühasirəsi olub. Dekabr ayında, müharibənin ən qızğın dövründə Serbskaya Krayina Respublikası elan edilir.
1992-ci ilin yanvarında tərəflər arasında yenidən atəşkəs razılaşması bağlanır (sayca 10-cu). Məhz bu razılaşma əsas hərbi əməliyyatları dayandırır və həmin ilin martında ölkəyə BMT-nin (UNPROFOR missiyası) sülhməramlı qoşunları yeridilir. 1991-ci ilin nəticəsinə görə Xorvatiyanı müstəqilliyini qorumuş lakin serblərin çoxlu təşkil etdiyi əraziləri itirmişdir. Növbədi üç il ərzində Xorvatiya öz daimi ordusunu gücləndirmiş, qonşu Bosniya və Herseqovinada vətəndaş müharibəsində iştirak etmiş və Serbskaya Krayinaya qarşı bir neçə hərbi əməliyyatlar keçirir.
1992-1995-ci illər arası müharibənin aktiv fazası yenidən başlayır. 1995-ci ildən SKR beynəlxalq birliyin mərkəz Belqrad, Serbiyaya təzyiqi nəticəsində tamamilə dəstəyi itirir. Xorvatiya «İldırım» əməliyyatı çərçivəsində qərbi Slavoniyanı ələ keçirir. Buna cavab olaraq paytaxt Zaqreb serblər tərəfindən güclü raket atəşinə tutulur. Raket atəşi nəticəsində 7 nəfər ölür, 175-dən çox mülki əhali yaralanır.
Bir çox xorvat şəhərləri müharibə ərzində SKR əsgərləri və partizan serb döyüşçüləri tərəfindən Bosniya və Herseqovina, Çernoqoriya və Serbiya ərazilərindən raket atəşinə tutulurdu. Ən çox zərbə endirilən şəhərlər sırasına Vukovora, Broda (Vučjak dağından)[11] və Jupanye [12] (1000 gündən çox) daxildir.
1995-ci ilin avqustunda xorvat ordusu «Tufan» əməliyyatını keçirir və bir neçə günə krayina serblərinin müdafiə xəttini yarır. Serbskaya Krayinanın süqutu serblərin bu ərazilərdən kütləvi çıxmasına gətirib çıxarır. Dörd gün sonra Xorvatiyanı 150-200.000 serb tərk edir. Ancaq RSK mənbələri (Kovačević, Sekulić, Vrcelj) serblərin evakuasiyasının əvvəlcədən planlaşdırıldığı və təşkil edildiyini təsdiq etmişlər.[13] (mənbə:[14][15][16] Ədəbiyyat bölməsinə bax)[17] BBC müxbirlərinin sözlərinə görə bəzi şəhərlərə xorvat ordusu tamamilə boşalmış halda daxil olublar. Serbskaya Krayinadan 200.000 etnik serblərin qaçqın düşdüyünü də məhz BBC yayımlamışdır.
Öz torpaqlarında müvəffəqiyyət qazanmış xorvat ordusu qonşu Bosniyaya daxil olur və orada müsəlmanlarla birlikdə bosniya serblərinə qarşı hücuma başlayır. NATO-nun münaqişəyə girişi nəticəsində oktyabrda atəşkəs razılaşdırılır, 1995-ci il, dekabr ayının 14-də isə keçmiş Yuqoslaviyada hərbi əməliyyatları sona bitirən Deyton sazişi imzalanır.

Əsas hadisələrin xronologiyası
Date Event
31 mart 1991 Plitvays gölündə insident
2 may 1991 Borovo Selo öldürülməsi
1 avqust 1991 Dalj öldürülməsi
Avqust 1991 Battle of Dalmatia uğrunda döyüş
Sentyabr 1991 Vukovar uğrunda döyüşlərin başlanması
14–19 sentyabr 1991 "Kazarmalar döyüşünün" əsas hissəsi
1 oktyabr 1991 Dubrovnik mühasirəsinin başlanması
4 oktyabr 1991 Dalj qırğını
5 oktyabr 1991 Xorvatiya ümumi səfərbərlik başlayır
7 oktaybr 1991 YSQ xorvat hökumət binalarını bombalayır
10 oktyabr 1991 Lovas qırğını
10–13 oktyabr 1991 Široka Kula qırğını
16–18 oktyabr 1991 Gospiç qırğını
20 oktyabr 1991 Baçin qırğını
31 oktyabr 1991 – 4 no 1991 "Otkos 10" əməliyyatı
7 noyabr 1991 Lipovaca, Vukoviçi və Saborskoda etnik təmizləmələr
18 noyabr 1991 Vukovar uğrunda döyüşün bitməsi. Vukovar qırğını.
18 noyabr 1991 Škabrnja qırğını
12 dekbar 1991 – 3 yanvar 1992 "Orkan 91" əməliyyatı
13 dekabr 1991 Voçin qırğını
21 dekabr 1991 Bruşka qırğını
21 iyun 1992 Miljevci yaylası döyüçü
22 iyun 1993 "Maslenica" əməliyyatı
9–17 sentyabr 1993 Medak anklavında əməliyyat
Yanvar 1995 Z-4 planının qurulması
1–3 may 1995 İldırım əməliyyatı
2–3 may 1995 Zaqrebin raket atəşinə tutulması
4–7 avqust 1995 Tufan əməliyyatı
12 noyabr 1995 Erdut razılaşmasının imzalanması

İtkilər
Hər iki tərəfdən çoxlu sayda qaçqınlar vardır. Serbskaya Krayina Respublikasından 1991-1995-ci illər arası 160 min etnik xorvat qovulmuşdur. Eyni zamanda Yuqoslaviyanın qırmızı xaç cəmiyyəti Xorvatiyadan 250 min etnik serb qaçqını qeydə almışdır.
Bir çox mənbələr hər iki tərəfdən 20.000 insanın həlak olmasını iddia edir. Xorvatların itkisi 12.000-13.000 həlak olan və itkin düşən təşkil edir. Polkovnik İvan Qruiçin sözlərinə görə 12.000 nəfər həlak olmuş və ya itkin düşmüşdür ki, onlardan 6788-i əsgər, 4508 nəfəri isə mülki əhalidəndir.[2][3] 1996-cı ildən Xorvatiyanın rəsmi mövqeyinə görə 12.000 ölən, 35.000 yaralanan olmuş, 18000 mənzil məhv edilmiş iqtisadiyyat 25% dağıdılaraq ölkəyə 27 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.[3] Təxminən 196.000[20]-221.000[21] arası xorvat müharibəzi zamanı yurdlarından didərgin düşmürdür. BMT kimi digər mənbələrdə 500 mindən çox qeyri-serblərin və xorvatların, serblərin ələ keçirdiyi ərazilərdən qaçqın düşdüyü bildirilir.[5] ATƏT-in hesabatına görə 2006-cı ildə 221.000 qaçqın düşmüş əhalidən 218 mini yurdlarına qayıtmışdır.[21] Qeyd edilir ki, müharibədə mülki əhalinin qaçqın düşməsi əsasən Yuqoslav Silahlı Qüvvələrinin 1991-1992-ci illər arası müharibədə iştirakı dövrünə düşür.
Belqradda yerləşən qeyri-hökumət təşkilatı "Veritasın" siyahısına əsasən Serbskaya Krayina Respublikasından 6780 nəfər həlak olmuş və itkin düşmüşdür. Onlardan 4324-ü döyüşçü, 2344-ü isə mülki əhali olub. Həlak olan və itkin düşənlərin çoxusu 1991-ci ilin yazına (2442) və 1995-ci ilə (2394) düşür. Ən çox ölüm Şimali Dalmatiyada baş verib (1632).[6] YSQ rəsmi açıqlamada öz tərəfindən ölənlərin sayını 1279 nəfər göstərmişdir. Ancaq çox yəqin ki, bu məlumat saxtalaşdırılıb və say süni olaraq aşağı salınıb. Məlumat var ki, Yuqoslav Silahlı Qüvvələrinin bir briqadadakı itkini rəsmən açıqlamada 2 nəfərin yüngül yaralandığını bildirsə də reallıqda xorvat ordusunun zərbələri nəticəsində 5 nəfərin öldüyü, 150 nəfərin isə yaralandığı məlum olurdu.
Serb mənbələrinə görə ümumilikdə 447.316 nəfər etnik serbin qaçqın düşüb. Onlardan 120.000 nəfəri 1991-1993-cü illə arası, 250 min nəfəri isə "Tufan" əməliyyatından sonra qaçqın düşüb.[23] Bir çox beynəlxalq mənbələr 300.000 serbin qaçqın düşdüyünü bildirir. "Beynəlxalq amnistiya" təşkilarının məlumatlarına görə 300.000 serb 1991-1995-ci illər arası qaçqın düşmüş, onlardan yalnız 117 mini 2005-ci ildə müharibədən əvvəl yaşadığı ərazilərə geri qayıtmışdır.[24] ATƏT-in məlumatlarına əsasən isə 300.000 müharibə zamanı qaçqın düşmüş, onlardan 120 min nəfəri 2006-cı ildə müharibədən əvvəl yaşadığı ərazilərə geri qayıtmışdır. Buna baxmayaraq bəzi mənbələrə görə rəqəmlər dəqiq olmaya bilər. BMT-nin verdiyi məlumata əsasən 2008-ci ildə Xorvatiyaya qayıdan rəsmən 125 min nəfəri qeydə almış, onlardan 55 min nəfərin həmişəlik ölkədə qalacaqları bildirilmişdir.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » XORVATİYA MÜHARİBƏSİ (XORVATİYA MÜHARİBƏSİ)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...