CÜMƏ, 2024-03-29, 2:36 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ İSS DÖYÜŞÜ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » İSS DÖYÜŞÜ (İSS DÖYÜŞÜ)
İSS DÖYÜŞÜ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-01, 8:37 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
İss vuruşması

İss vuruşması — III Daranın özünün başçılıq etdiyi İran orduları ilə Makedoniyalı İsgəndərin ikinci döyüşü. Döyüş e.ə.333-cü ildə İss şəhəri ərazisində, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verib. Bu vuruşma yunan-makedoniyalıların qələbəsi ilə nəticələnib və farslar darmadağın edilib. III Dara hərb meydanından rüsvayçılıqla qaçıb, İsgəndər isə xeyli qənimət ələ keçirib. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə aparıb. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edib.
İkinci döyüş nəticəsində bütün Kiçik Asiya İsgəndərinixtiyarına keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanm bir çox vilayətlərini bürüməsinə, habelə Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qazanın) güclü müqavimət göstərməsinə baxmayaraq, İsgəndər öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332/331-ci illərin qışını orada keçirdi. Beləliklə, Makedoniya padşahı Aralıq dənizinin şərq sahillərindəki limanların hamısını tutdu, farsların donanmasını bazalardan məhrum etdi, dənizdə hökmranlığı ələ keçirdi və öz gediş-gəliş yollarından təhlükəni dəf etdi.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » İSS DÖYÜŞÜ (İSS DÖYÜŞÜ)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...