CÜMƏ AXŞAMI, 2024-04-18, 8:50 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ GAVDUŞAN DÖYÜŞÜ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » GAVDUŞAN DÖYÜŞÜ (GAVDUŞAN DÖYÜŞÜ)
GAVDUŞAN DÖYÜŞÜ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-01, 8:32 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Gavduşan döyüşü

1774 - cü ildə Xudat yaxınlığındakı Gavduşan çölündə Qarabağ, Şəki xanlıqları və Dağıstan hakimlərinin birləşmiş qüvvələri ilə Quba xanlığı arasında böyük döyüş oldu. Birləşmiş qüvvələr Qubanı və Şamaxını tutdular. Bu zaman Fətəli xan Salyana çəkildiyindən Dərbəndin müdafiəsinə həyat yoldaşı Tuti Bikə rəhbərlik edirdi.

Əmir Həmzə və Fətəli xan


Fətəli xan və Əmir Həmzənin qoşunları Xudat yaxınlığında Gavduşan adlanan çöllükdə qarşılaşdı. Fətəli xan üçün, əslində, bu gözlənilməz döyüş idi. O, döyüşdən əvvəl vacib hazırlığı görməyə, demək olar ki, macal tapmamışdı. Bununla belə onun hərbi yürüşlərində bəlkə də ən qanlı toqquşma olan Gavduşanda əvvəlcə üstünlük Fətəli xanın tərəfində idi. Ağır olmasına baxmayaraq, bu döyüşü də Quba xanı öz xeyrinə həll etmək üzrə idi. Əmir Həmzə tərəfdən vuruşan Məhəmməd Dişsiz, qazıqumlu Eldar bəy, məsum Şeyxəli bəy həlak oldular. Əmir Həmzə böyük itkilər verirdi. Lakin birdən, yenə də gözlənilmədən düşmən tərəfdən yeni, sanki buna kimi ehtiyatda saxlanılan qüvvə irəli çıxdı. Qəfil güclü zərbələrdən Fətəli xanın döyüşçüləri arasında çaşqınlıq yarandı. Əmir Həmzənin olduqca zirək və mərd oğlu Əli bəy hücuma keçərək, Fətəli xanın qoşunlarını mərkəzdən dağıtmağa başlamışdı. Bu hücum döyüşün müqəddəratını həll etdi. Fətəli xan təzyiqə davam gətirə bilmədi. O, geri çəkilməli oldu. Pərən-pərən düşən qoşunların bir hissəsi ilə Salyana qaçdı. Ağır məğlubiyyətdən sonra Fətəli xan yaxın adamlarından birini Qızlar qalasında məskunlaşan rus ordu komandanı general-mayor Medemlə danışıqlara göndərdi.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » GAVDUŞAN DÖYÜŞÜ (GAVDUŞAN DÖYÜŞÜ)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...