CÜMƏ, 2024-03-29, 6:44 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ARAZBAR DÖYÜŞÜ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » ARAZBAR DÖYÜŞÜ (ARAZBAR DÖYÜŞÜ)
ARAZBAR DÖYÜŞÜ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-01, 8:31 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Arazbar savaşı-1587-ci ildə Arazbarda оsmanlılarla qızılbaşlar arasında savaş оlmuşdu. Tarixçi Şərəf xan Bidlisi yazır: «Bu ildə (995/1586/87) sərdar Fərhad paşa Bərdəni və Gəncəni tutmaq məqsədilə hücuma keçdi. О, vilayəti tutduqdan sоnra qacar və iyirmidörd tayfasını qоvdu və Gəncə qalasının tikintisini başa çatdırdı. Fərhad paşa Heydar paşanı bu vilayətə gözətçi qоydu və müzəffər qоşunu ilə Arazbarda оlan qacarların üzərinə hücuma keçdi. Qacarların və başqa tayfaların qalıqlarını, mal-mülklərini qarət etdi və Ərzuruma qışlamağa getdi"…
1587-ci ildə İmamqulu xan Yıva-Qacarın Gəncədə ölümündən sonra Məhəmməd xan Ziyadoğlu-Qacar Qarabağ bəylərbəyi təyin olundu. Lakin o, 1588-ci ildə Fərhad paşa ordusunun Qarabağı işğal etməsindən sonra tayfasının bir qismi ilə Arazbara çəkilmişdi. Osmanlı işğalı zamanı Qarabağda qacarlarla yanaşı, otuzikili, qazaxlar, iyirmidördlü, qaramanlı və digər tayfalar yaşayırdı. Qarabağın Osmanlı idarəçiliyinə keçməsi nəticəsində qacarların bir hissəsi Osmanlı hakimiyyəti altında qalmaq istəməyərək, Arazın cənubuna köç etdilər. Şərəf xan Bitlisinin yazdığına görə, 1588-ci ilin 1 sentyabrında Fərhad paşa Gəncəni ələ keçirən zaman Məhəmməd xan Ziyadoğlu ətrafdakı 40-50 min evdən ibarət olan ulusunu Araz çayının kənarına köçürmüşdü. M. Məsumun təsdiq etdiyi kimi, Qarabağ bəylərbəyiliyini irsi olaraq Ziyadoğlu Qacar nəsli idarə etmişdi. Şahverdi sultanın nəvəsi Astrabadlı Xəlil xanın oğlu Məhəmməd xanın dövründə Ziyadoğlu nəsli Osmanlı ordusu tərəfindən təkcə Şirvandan deyil, həm də Qarabağdan çıxarılmışdı. Beləliklə, bütün qacarlar Qarabağı tərk edərək, Arazdan cənubda məskunlaşmışdı.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » ARAZBAR DÖYÜŞÜ (ARAZBAR DÖYÜŞÜ)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...