CÜMƏ, 2024-03-29, 9:44 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ NATO-NUN YUQOSLAVIYAYA QARŞI MÜHARIBƏSI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » NATO-NUN YUQOSLAVIYAYA QARŞI MÜHARIBƏSI (NATO-NUN YUQOSLAVIYAYA QARŞI MÜHARIBƏSI)
NATO-NUN YUQOSLAVIYAYA QARŞI MÜHARIBƏSI
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-08-28, 11:13 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
NATO-nun Yuqoslaviyaya qarşı apardığı müharibə 1999-cu ilin 24 mart-10 iyun tarixləri arasında olan dövrü əhatə etmişdir və əsasən NATO təyyarələrinin Yuqoslaviya ərazisini səmadan bombardman etməsi ilə yadda qalmışdır.Müharibənin nəticəsi olaraq, serb qoşunları Kosovo və Metaxiyadan geri çəkilməyə məcbur qalmış və həmin ərazilər NATO-nun nəzarəti altına keçmişdir.Bu da faktiki olaraq həmin ərazilərin Yuqoslaviyadan ayrılmasına gətirib çıxarmışdır.

MÜHARIBƏNIN SƏBƏBLƏRI

28 mart1989-cu il tarixində serb parlamenti Yuqoslaviya konstitusiyasını pozaraq,Kosmet əyalətinin muxtariyyət statusunu ləğv etmişdir.1989-1990-cı illərdə Miloşeviçin təşəbbüsü ilə Kosovo hökuməti və parlamenti buraxılmışdır.Demək olar ki,bütün albanlar dövlət orqanlarındakı vəzifələrindən xaric olunurlar.1991-ci ilin sentyabrında Yuqoslaviyanın süqut etdiyi dövrlərdə Kosovo özünü müstəqil respublika elan edir.Lakin onun müstəqilliyini yalnız Albaniya tanıyır.Bundan sonra albanlar dünya ictimaiyyətinin diqqətini bura yönəltməyə çalışırlar.1992-ci ildə kosovo albanları yazıçı İbrahim RuqovuKosovo Respublikasının prezidenti seçirlər.Ruqov tərəfindən qurulan hökumət ölkəni xaricdən idarə edir.1995-ci ildə Bosniya müharibəsi zamanı NATO ilk dəfə olaraq güclü bombardman həyata keçirdi.Məqsəd bosniya-serb qüvvələrinin BMT-nin müdafiə zonasını qəbul etməsi idi.Nəticədə Deyton müqaviləsi imzalandı və NATO qüvvələri Bosniya ərazisində yerləşdirildi.Kosovo ilə sülh danışıqları nəticə vermədiyindən Kosovonun Azad Edilməsi Ordusu hərbi əməliyyatlara başladı.Sentyabr-oktyabr 1997.Kosovo albanları serb parlamentinə olan seçkiləri boykot etdilər və Kosovada albanlarla serb polisi arasında ciddi toqquşma baş verdi.
Yuqoslaviya hökuməti prezident Miloşeviç başda olmaqla Serbiyanın cənubunda baş verən vətəndaş müharibəsi dövründə çoxsaylı etnik təmizləmələr aparmaqda ittiham edildilər.Lakin yüz minlərlə insanın öldürülməsi barədə məlumatlar isə öz təsdiqini tapmadı.Müharibənin başlanmasına əsas səbəb kimi serblər və albanlar arasında olan etnik qarşıdurmalar göstərildi.
Müharibə başlanarkən NATO serb qüvvələrinə Kosovo və Metoxiyanı tərk edib,NATO qoşunlarının orada yerləşdirilməsinə izn verməsi barədə ultimatum verdi.Lakin serblər bu ultimatumu qəbul etmədilər.

MÜHARIBƏNIN GEDIŞI

Müharibə zamanı əsasən aviabombardmanlara üstünlük verən NATO bura 500-dən çox hərbi təyayrə cəlb etmişdi.Bombardmanlara əsasən strateji obyektlər,həmçinin paytaxt Belqrad da məruz qalmışdı.24 mart1999-NATO-nun baş katibi Xavyer Solana Yuqoslaviyaya qarşı müharibəyə başlamaq əmrini verir.Yuqoslaviyanın Belqrad,Priştina,Podqoritsa,Novi-Sad və digər şəhərləri şiddətli bombardmanlara məruz qalır.25 mart-NATO qüvvələri yeni zərbələr endirir.Adriatik dənizindəki amerika kreyserindən 18 raket buraxılır.Yuqoslaviyanın iri sənaye mərkəzi olan Niş şəhəri güclü bombardmana məruz qalır.26 mart-Lipovitsa şəhərində yanacaq anbarı məhv edilir.Nəticədə baş verən güclü yanğın nəticəsində yaxınlıqdakı meşə tamamilə yanır.27 mart-Serblər amerika təyyarəsini vururlar.Gecə bombardmanından sonra isə Belqradda kimyəvi maddələrin qoxusu yayılır.Belə ki amerikalılar bombardman zamanı kasset bombalarından istifadə edirlər.28 mart-Bill Klintonun əmri ilə Yuqoslaviyanın bombardmanı daha da şıddətli xarakter alır.1 aprel-Yuqoslaviya ordusu 3 amerika əsgərini əsir alır.10 aprel- “Zastava” zavodu məhv edilir.23 aprel-Belqradın telemərkəzinə aviazərbələr endirilir.2 may-NATO-nun əsas enerji stansiyalarından birinə zərbələr endirməsi nəticəsində Yuqoslaviyanın iri şəhərləri işıqsız qalır.4 may-Bolqarıstan öz səmasını Yuqoslaviyaya aviazərbələr endirmək üçün NATO-ya təklif edir.7 may-Çinin Belqraddakı səfirliyi raket zərbələrindən məhv edilir.10 iyun-BMT-nin Təhlükəsizlik Şurasının 1244 saylı qərarı qəbul olunur.12 iyun-NATO-nun quru qoşunları serb ərazisinə daxil olur.20 iyun-Yuqoslaviya qüvvələri Kosovo və Metoxiya ərazisindən çıxarılır.

MÜHARIBƏNIN NƏTICƏLƏRI

Etnik toqquşmalar sona çatdı.Serbiya iqtisadiyyatı onilliklər əvvəl olan səviyyəsinə qayıtdı.Kimya sənayesi obyektlərinə,su ehtiyatlarına və enerji stansiyalarına endirilən zərbələr Balkanların ekoloji durumuna ağır zərbə vurdu.Kosovo və Metoxiyada hakimiyyət albanların əlinə keçdi.Serblər Kosovonu tərk etdilər.Kosovo monomilli əraziyə çevrildi(90 % albanlar).2.5 milyon insan bütün gəlrlərindən məhrum oldu.600 min insan işsiz qaldı.17 fevral2008-ci il tarxində Kosovo Serbiyadan ayrıldığını elan etdi.NATO kontinqentinin ərazidə 17 minlik qoşunu hələ də qalmaqdadır.

QURBANLAR

500-ə yaxı mülki şəxs müharibənin qurbanı oldu.NATO 2 əsgər,2 təyyarə və 2 vertolyotunu itirdiyi halda ,Yuqoslaviya 462 əsgər,114 polis və onlarla strateji obyektini itirdi.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » NATO-NUN YUQOSLAVIYAYA QARŞI MÜHARIBƏSI (NATO-NUN YUQOSLAVIYAYA QARŞI MÜHARIBƏSI)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...