CÜMƏ AXŞAMI, 2024-03-28, 11:48 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ OSMANLI-RUS MÜHARİBƏLƏRİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » OSMANLI-RUS MÜHARİBƏLƏRİ (OSMANLI-RUS MÜHARİBƏLƏRİ HAQQINDA)
OSMANLI-RUS MÜHARİBƏLƏRİ
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 7:33 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Osmanlı-Rus müharibəsi (1676-1681)

Qara dənizə
çıxmaq üçün Rusiya imperiyası 1677-ci ildə Osmanlı imperiyası ilə müharibəyə
başladı.Osmanlılar 1678-ci ildə Krım tatarlarının köməyi ilə Çigirin qalasını
ruslardan aldılar.1681-ci ildə Baxçasaray sülhünə görə Osmanlı Andrusova
sülhünün şərtlərini tanıdı və sol-sahil Ukraynasının Rusiyanın tərkibinə
keçdiyini qəbul etdi.



 

 

Osmanlı-Rus
müharibəsi (1768-1774)

1768-1774-cü
illər Osmanlı-Rus müharibəsi Dunay, Krım, və Cənubi Qafqaz istiqamətinə
aparılırdı.Osmanlı qoşunları 1769-cu ildə Rusiyanın içərilərinə hərəkət etsə də
sonrakı hərbi əməliyyatlar uğurlu alınmadı.Əsas hərbi əməliyyatlar 1770-1771-ci
illərdə oldu.Rus qoşunlarının baş komandanı Rumyantsev 1770-ci ilin yayında
Larqa və Kaqul çayları yaxınlığındakı döyüşlərdə qələbə qazanaraq Dunayın sağ
sahilinə keçdi.
Bessarabiya, Valaxiya və Moldova ruslar tərəfindən
tutuldu. Rus donanması 1770-ci ilin iyununda Xios yaxınlığındakı Çeşmə
buxtasında Osmanlı donanmasını məğlub etdi. Avstriya Rusiyanın Balkanlarda
güclənməsini istəmirdi. Rusiyada baş verən Puqaçov üsyanı və Avropa
dövlətlərinin Rusiyaya təzyiqi onu danışıqlara başlamağa məcbur etdi.1774-cü
ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca
kəndindəsülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc,
Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi.Krım xanlığı Osmanlı
asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən
işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Kırım
xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım edə bilmədi).Rusiya
Azov qalasını möhkəmləndirmək hüququ aldı.Rus ticarət cəmiləri Bosfor və
Dardanel boğazlarından sərbəst keçə bilərdi.Rus gəmilərinə ilk dəfə Qara
dənizdə üzmək hüququ verildi.Osmanlı 4,5 milyon rubl təzminat ödəməli
idi.Valaxiya və Moldova Rusiya "himayəsinə" verilirdi.Osmanlı bu knyazlıqların
idarə olunması haqqında şərtlərə əməl etməli idi.

 

 

 

 

 

 

 

Osmanlı-Rus
müharibəsi (1787-1791)

Krımın
Rusiyaya qatılması 1787-ci ildə Osmanlı ilə Rusiya arasında yeni müharibəyə
səbəb oldu. Avstriya Reç Pospolitanın birinci bölüşdürülməsinə razı olduğu üçün
Rusiyanın müttəfiqinə çevrilmişdi. Osmanlı dövləti Prussiya,Hollandiya və
İngiltərə tərəfindən müdafiə olunacağına, İsveç və Polşanın da Rusiyaya
müharibə edəcəyinə ümid bəsləyirdi.Lakin bu ümid doğrulmadı. Fransa və başqa
Avropa dövlətlərinin təhriki ilə 1787-ci ildə Osmanlı Rusiyaya yeddi tələbdən
ibarət ultimatum göndərdi.Cavab almayan Osmanlı dövləti 1787-ci ilin avqustunda
müharibə elan etdi.Osmanlıların Kinburn qalasına hücumu ilə başlayan müharibə
Osmanlı üçün uğursuz oldu. Suvorovun ordusu nəinki qalanı müdafiə etdi, üstəlik
Oçaqovo qalasını ələ keçirdi.1789-cu ildə Avstriya da Osmanlıya müharibə elan
etdi.Avstrya qoşunları Banat vuruşmasında darmadağın edilsə də, ruslar Fokşan
və Rımnik döyüşlərində rusların köməyi ilə türkləri məğlub etdilər.Belqradı ələ
keçirən Avstrya Osmanlı ilə sülh bağlayaraq müharibədən çıxdı. Müharibəni davam
etdirən Rusiya isə Suvorovun komandanlığı altında 1790-ci ildə İsmyıl qalasını
ələ keçirdi.Bü döyüşdə Kutuzov yaralandı və bir gözünü itirdi.Avstriyanın
müharibədən çıxdığını görən Rusiya İsveçlə, sona isə Qərb dövlətlərinin təzyiqi
ilə1791-ci ildə Yassada Osmanlı ilə sülh bağladı.

  • Sülhün şərtlərinə görə:

1.   
Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar Rusiyanın
əlinə keçdi.

2.   
Dnest çayı Rusiya ilə Osmanlı arasında sərhəd oldu.

3.   
Dnestrin mənsəbindən Krımadək bütün Qara dəniz
sahilləri Rusiyaya verildi.

4.   
Osmanlı Krım haqqında iddialarından əl kəçdi və onun
Rusiyaya mənsub olduğunu təsdiq etdi.

Rusiya
Qara dənizdə dəti olaraq möhkəmləndi.Osmanlıların həm Balkanlarda, həm də
Qafqazda mövqeyi zəiflədi.

 

 

Osmanlı-Rus
müharibəsi (1806-1812)

Napoleonun
apardığı işğalçı müharibələr Osmanlı imperiyası ilə Rusiya imperiyasını
yaxınlaşdırdı. 1805-ci ildə imzalanmış müqaviləyə görə, rus hərbi gəmiləri
Bosfor və Dardanel boğazlarından keçmək hüququ aldı. Lakin rusların Valaxiya və
Moldovada, ingilislərin isə Misir və Suriyada fəallaşması Austrelis döyüşündən
sonra III Səlimi Fransa ilə yaxınlaşdırdı. 1806-cı ildə rus qoşunlarının
Valaxiya və Moldovanı tutması Osmanlının Rusiyaya müharibə elan etməsinə səbəb
oldu. Osmanlıların Fransanın köməyi ilə Krımı qaytarmaq cəhdi alınmadı. 1812-ci
il mayın 16-da Buxarest sülhü bağlandı.

  • Sülhün şərtlərinə görə

1.   
Bessarabiya Rusiyaya keçdi.

2.   
Dunay çayında rus gəmilərinin üzmə hüququ təsdiq
edildi.

3.   
Moldova və Valaxiya Osmanlıya qaldı, Serbiyaya isə
özünüidarəetmə hüququ verildi.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » OSMANLI-RUS MÜHARİBƏLƏRİ (OSMANLI-RUS MÜHARİBƏLƏRİ HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...