ÇƏRŞƏNBƏ AXŞAMI, 2024-04-23, 5:12 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ YÜZILLIK MÜHARIBƏ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » YÜZILLIK MÜHARIBƏ (YÜZILLIK MÜHARIBƏ HAQQINDA)
YÜZILLIK MÜHARIBƏ
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 7:29 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Yüzillik müharibə (1337-1453) - İngiltərə və Fransa arasında yüz ildən artıq (fasilələrlə) davam etmiş müharibə. Yüzillik müharibənin başlanmasına əsas səbəb İngiltərənin ələ keçirdiyi ərazilər (12 əsrin ortalarından) və zəngin Flandriya uğrunda mübarizə idi. Müharibənin əvvəli İngiltərə üçün uğurlu idi: o, dənizdə (1340) və quruda (1346) qələbələr qazandı. 1356 ildə ingilis qoşunları Puatye yaxınlığında fransızları darmadağın etdi. 1348-49 illərdə baş vermiş taun epidemiyasında Fransa əhalisinin təqr. 1/3 hissəsinin həlak olması ölkəni xüsusilə çətin vəziyyətə saldı. Fransa qoşunlarının məğlubiyyəti, iqtisadi vəziyyətin ağırlaşması, vergilərin ağırlığı, xalqın narazılığının artmasına səbəb oldu, Paris üsyanı (1357-58) və Jakeriya (1358) ilə nəticələndi. Fransa hökuməti ağır şərtli müqavilə bağlamağa (1360) məcbur oldu. VI Karl dövründə (1380-1422) feodal çəkişmələri Fransanı zəiflətdi. Bundan istifadə edən ingilislər 1415 ildə yenidən müharibəyə başladılar və Azenkur yaxınlığında Fransa ordusunu məğlubiyyətə uğratdılar. Fransa ərazisinin xeyli hissəsi ingilislər və burqundlar arasında bölüşdürüldü, Luaradan çayıdakı ərazi VII Karlın hakimiyyəti altında qaldı. Cənuba doğru irəliləməyə cəhd edən ingilislər və burqundlar Orleanı mühasirəyə aldıqda (1428) bütün fransız xalqı Janna d'Arkın başçılığı altında işğalçılara qarşı mübarizəyə qalxdı. Orleanın azad olunması ilə (1429) Yüzillik müharibədə dönüş baş verdi. Fransa ordusu bir sıra qələbələr qazandı. 1435 ildə Arrasda, Burqundiya hersoqu ilə VII Karl arasında sülh bağlandı. 1436 ildə ingilislər Parisdən qovuldular, sonra bir sira vilayətlər azad edildi. Yüzillik müharibə ingilislərin Bordoda təslim olması ilə (1453, 19 oktyabr) qurtardı. Fransa ərazisindən yalnız Kale (1558 ilədək) İngiltərənin əlində qaldı. Müharibə Fransa iqtisadiyyatına böyük ziyan vurdu, ölkənin mərkəzləşdirməsi prosesini qismən langitdi, İngiltərədə isə feodal aristokratiyasının siyasi nüfuzunu müvəqqəti yüksəltdi.
 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » YÜZILLIK MÜHARIBƏ (YÜZILLIK MÜHARIBƏ HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...