CÜMƏ, 2024-04-19, 10:00 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ PUN MÜHARİBƏLƏRİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » PUN MÜHARİBƏLƏRİ (PUN MÜHARİBƏLƏRİ HAQQINDA)
PUN MÜHARİBƏLƏRİ
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 7:26 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Pun müharibələri (e.ə. 264-146, adı punlardan, yəni karfagenlilərdən gəlir) Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr. 1-ci Pun müharibəsi (e.ə. 264-241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218-201) Karfagenin qisas cəhdindən doğmuşdu. E.ə. 218 ildə Hannibalın ordusu Alpı keçirdi və Po dərəsinə daxil oldu. Trazimen gölü (e.ə. 217) və Kann (e.ə. 216) yaxınlığındakı vuruşmalarda Roma ordusu darmadağın edildi. E.ə. 212 ildən romalılar təşəbbüsü ələ keçirdilər. Metavr çayı yaxınlığında (e.ə. 207) qələbə qazanan romalılar Zama yaxınlığındakı həlledici vuruşmada Hannibalın ordusunu darmadağın etdilər (e.ə. 202). E.ə. 201 ildə bağlanmış müqaviləyə görə Karfagen Afrikadakı ərazisi ilə kifayətləndi, donanmadan məhrum oldu, böyük təzminat verməyə məcbur edildi. 3-cü Pun müharibəsində (e.ə. 149-146) Karfagen məğlub oldu və dağıdıldı (e.ə. 146), sakinləri isə kölə kimi satıldı. Pun müharibələr nəticəsində Roma Aralıq dənizinin ən güclü dövlətinə çevrildi.


Kanna döyüşü

Kanna yaxınlığında vuruşma - E.ə. 216 -cı il avqustun 2-də konsul Qay Terensi Varronun komandanlığı altında Roma ordusu (63 min piyada, 6 min süvari) ilə Hannibalın Karfagen qoşunu (40 min piyada, 10 min süvari) arasında 2-ci Pun müharibəsinin ən böyük vuruşması baş vermişdir. Karfagen süvariləri əvvəlcə Romanın süvari, sonra piyada qoşununu darmadağın etdi. Vuruşmanın 12 saatı ərzində romalılardan 48 min nəfər öldürüldü, 10 min əsir alındı. Karfagenlilərdən 6 min nəfər öldürüldü. Kanna yaxınlığındakı vuruşma hərb sənəti tarixinə düşməni az qüvvə ilə mühasirəyə alaraq onu tamamilə məhv etmək nümunəsi kimi daxil olmuşdur.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » PUN MÜHARİBƏLƏRİ (PUN MÜHARİBƏLƏRİ HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...