ÇƏRŞƏNBƏ, 2024-04-24, 4:16 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ YUNAN-İRAN MÜHARIBƏLƏRI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » YUNAN-İRAN MÜHARIBƏLƏRI (YUNAN-İRAN MÜHARIBƏLƏRI HAQQINDA)
YUNAN-İRAN MÜHARIBƏLƏRI
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 7:24 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Yunan-İran müharibələri (e.ə. 500-449) - Qədim Yunanıstan şəhər-dövlətlərinə (polislər) qarşı İranın işğalçılıq müharibələri. E.ə. 500 ildə Kiçik Asiyada İran hökmranlığına qarşı üsyan etmiş polislərə (Milet üsyanı) Afina və Eretriyanın yardım göstərməsi (Evbeya adasında) Yunan-İran müharibələrinin başlanmasına səbəb olmuşdu. E.ə. 493 ildə üsyanı yatıran İran ordusu Mərdoninin başçılığı ilə e.ə. 492 ilin yazında Hellespontdan keçib Yunanıstanı işğal etmək məqsədilə yürüşə başladı. Lakin Afon burnu (Egey dənizində) yaxınlığında İran donanmasının əksər hissəsi (təqr. 300 gəmi) fırtınadan məhv olduğu üçün yürüş dayandırıldı və yalnız Frakiya ələ keçirildi. E.ə. 490 ilin yazında sərkərdə Datis və Artafernin başçılığı ilə İran ordusu Egey dənizini keçərək yolüstü Naksos adasını, Evbeya adalarında Karistos və Eretriya şəhərlərini tutdu və Afinadan 40 km aralı Marafon vuruşmasında (e.ə. 490) afinalılar və plateyalılar İran qoşunları üzərində böyük qələbə qazandılar. Kserksin başçılığı ilə İran qoşunları e.ə. 480 ildə Yunanıstana qarşı yeni yürüşə başlayıb, yunanları Fermopila vuruşmasında məhv edərək Beotiya, Attika və Afinanı ələ keçirdilər. Lakin həmin il İran donanması Salamin adası yaxınlığında ağır məğlubiyyətə uğradı. E.ə. 479 ildə Yunanıstan polislərinin birləşmiş ordusunun İran qoşunları (Plateya yaxınlığında) və donanması (Mikal burnu yaxınlığında) üzərində qələbəsi Yunan-İran müharibələrinin müqəddəratını həll etdi. İşğal olunmuş polislərin böyük hissəsi azad edildi (e.ə. 478-468). E.ə. 5 əsrin 70-ci illərində afinalı sərkərdə Kimonun başçılığı ilə yunan ordusu Frakiya sahillərini, Egey dənizindəki bir sıra adaları və Bizans şəhərini ələ keçirdi. E.ə. 469 ildə Evrimedont çayı yaxınlığında İran qoşunları ağır məğlubiyyətə uğradılar və bu vuruşmalardan sonra hərbi əməliyyatlar fasilələrlə e.ə. 449 ilə qədər davam etdirildi. E.ə. 449 ildə Salamin yaxınlığında yunanların iranlılar üzərində yeni qələbəsindən sonra sülh haqqında danışıqlar başlandı. Kalli sülhünə (e.ə. 449) əsasən İran Egey dənizindəki Hellespont və Bosfordakı mülklərindən əl çəkdi, Kiçik Asiyada yunan polislərinin istiqlaliyyətini tanıdı.
 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » YUNAN-İRAN MÜHARIBƏLƏRI (YUNAN-İRAN MÜHARIBƏLƏRI HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...