CÜMƏ, 2024-04-19, 8:47 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ALMANIYA İMPERIYASI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » ALMANIYA İMPERIYASI (ALMANIYA İMPERIYASI HAQQINDA)
ALMANIYA İMPERIYASI
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 7:03 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Almaniya İmperiyası (alm. Deutsches Reich) - 1871-1918-ci illərdə mövcud olmuş vahid alman dövləti. Lakin Almaniya 1943-cü ilədək rəsmi şəkildə bu adı daşımışdır. 1943-1945-ci illərdə isə "Böyük Alman İmperiyası" (alm. Großdeutsches Reich) adlanmışdır.
TARIXI

1870-1871-ci illərdə Prussiyanın rəhbərliyi altındakı Şimali Alman İttifaqı ilə Fransa arasındakı müharibədən qalib çıxan almanlar vahid alman dövlətinin yaradılması yolundakı əsas maneə olan Fransanı kənarlaşdırmaqla ilk addımı atdılar. 18 yanvar 1871-ci ildə Versalda Prussiya kralı I Vilhelm və Baş nazir Otto fon Bismark vahid alman dövlətinin - Almaniya İmperiyasının yaradıldığını elan etdilər. Tezliklə Şimali Alman İttifaqına daxil olmayan cənubi alman dövlətləri də İmperiyanın tərkibinə qatıldılar. 1871-ci ilin aprel ayında Ümumalman Konstitusiyası qəbul edildi.

Almaniyanın Fransadan aldığı 5 milyard frank məbləğindəki təzminat (kontribusiya) yeni dövlətin iqtisadi inkişafına böyük dəstək oldu.

1888-ci il martın 9-da kayzer I Vilhelm 91 yaşında vəfat etdi. Onun yerini oğlu III Fridrix tutdu. Lakin boğaz xərçəngindən əziyyət çəkən yeni imperator da cəmi 99 gün sonra iyunun 15-də vəfat etdi. Öz liberal görüşləri ilə seçilən III Fridrix sərtlik tərəfdarı olan Bismarkla mübahisələrdən çəkinmirdi. O, Avropadaxili münasibətlərdə qarşıdurmanın əleyhinə çıxış edirdi. III Fridrixdən sonra hakimiyyətə onun böyük oğlu II Vilhelm gəldi. 29 yaşlı kayzer öz nənəsi Böyük Britaniya kraliçası Viktoriyanın sevimli nəvəsi idi və hətta Britaniya Kral donanmasının admiralı rütbəsini daşıyırdı. 1888-ci il Almaniya İmperiyasına rəhbərlik etmiş cəmi üç alman imperatorunun üçünün də eyni vaxtda hakimiyyətdə olduğu il kimi - Üç imperator ili (alm. Dreikaiserjahr) adı ilə tarixə düşüb.

II Vilhelmin hakimiyyət illəri İmperiyanın çiçəklənmə dövrü hesab edilir. Bu dövrdə Almaniya həm yüksək iqtisadi inkişafa nail olmuş, həm də öz hərbi gücünü artıraraq Afrika, Asiya və Okeaniyada bir çox koloniyalar ələ keçirmişdi.
İnzibati-ərazi bölgüsü
Koloniyaları

* Afrikada:

Toqo, Kamerun, Almaniya Şərqi Afrikası, Tanzaniya, Burundi, Ruanda, Almaniya Cənub-qərbi Afrikası.

* Asiyada:

Şandun yarımadasında yerləşən Sindao (Kaytçou) liman şəhəri.

* Okeaniyada:

Yeni Qvineya, Mikroneziya (Nauru, Palau, Marşall, Karolin və Marian adaları), Qərbi Samoa.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » ALMANIYA İMPERIYASI (ALMANIYA İMPERIYASI HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...