ŞƏNBƏ, 2024-12-28, 9:48 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ XƏZƏR XAQANLIĞI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
XƏZƏR XAQANLIĞI
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 6:51 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Xəzər xaqanlığı və ya Xəzər Dövləti (634-965) - 634-cü ildə Şərqi Göytürk dövləti dağıldıqdan sonra yarandı. O İdil Çayının aşağı hissəsini, Şimali Qafqazı, Azov dənizi sahillərini və Krım yarımadasının bir hissəsini əhatə etmiş bir türk dövlətidir. Bəzi vaxtlarda Manqışlaqdan Aral gölünə qədər olan torpaqlar da xaqanlığa daxil idi. Paytaxtı əvvəl Səməndər, sonra İdil şəhəri olmuşdur.

Desna və Dnepr çayları arasında yaşayan slavyan qəbilələri xəzərlərin hakimiyyəti altında idi. Oleq (Bizans mənbələrinə görə Norman əsilli Varyaq Knyazı Xelq) 882-ci ildə Kiyev dövlətini Xəzər xaqanlığı nümunəsində yaratmışdır. 730-cu ildə Xəzər qoşunu Ərdəbili tutdu, sonra ordakı ərəbləri məhv edərək Diyarbəkirə və Mosula qədər irəlilədi. Sonra ərəblər əks hücuma keçib Xəzərlərin paytaxtı Səməndərə qədər gəlib çıxdılar və onlara İslam dinini qəbul etdirdilər. 790-cı ildə xaqan Obadi İudaizmi dövlətin rəsmi dini elan etdi. Lakin ölkədə bununla bağlı qıyam qalxdı və Kiyev knyazı Svyatoslav hücum edərək Səməndər və Sarkel şəhərlərini tutdu. 965-ci ildə Xəzər xaqanlığı süqut etdi.
Siyasi Tarix

Xəzərlər müstəqilləşdiyində ən yaxın müttəfiqi Bizans idi.. Bizans ilə siyasi və əsgəri əlaqələr inkişaf etdirildi. Sasani -Bizans mübarizəsində Bizansın yanında iştirak edən Xəzər dövləti, Bizans qeydlərinə görə 629da Tiflisi götürdülər. Bu səbəblə Sasanilərin Qafqazdakı nüfuzu yox oldu."

630 ilində tamamilə müstəqilləşən Xəzər dövləti, Xəzər- Bizans hökmdar ailələri arasında evlənmə dövrü başladı. II. Justiyanos və V. Konstantinos, xəzər şahzadələriylə evləndilər. Bizans imperatoru VI Leon Xəzər xaqanının qızı Çiçəyin oğulu idi

665 ilində Qazan Türklərinin qurduğu Böyük Bolqar Xanlığınin yıxılmasıyla Dinyesperə qədər olan torpaqlar Xəzərlərə qatıldı. Bu tarixdə Sasaniləri yıxan müsəlman Ərəblər, Hz. Osman və əməvilər dövründə Xəzərlərlə şiddətli döyüş verdilər. Bəzi dövrlərdə Ərəblər Qafqaz içlərinə qədər gəldilər. Abbasilər döneminde geri çəkildilər.

7. və 9. əsrlər arasında güclü ordusuyla və Bizansla yaxşı münasibətləri səbəbiylə bu dövr " Xəzər Barış Çağı" olaraq adlandırılar. Bu dövrdə ticarət əlaqəsiylə ölkədə yəhudilik yayıldı. Bizans əlaqəsiylə xristianlıq, abbasilərlə də müsəlmanlıq xalq arasında yayıldı. Dini xoşgörüş ön plana çıxarıldı.

Qafqazlarda zənginləşən Xəzər dövləti, Bolqarları yıxaraq ortaya çıxan Rus Kiev Knezliğini də ticarət yoluyla inkişaf etdirdi. Macarların ortaya çıxışında da Xəzərlərin təsiri vardır.

Xəzər ordusunda ödənişli əsgərliyin məşhur hala gəlməsi və itaətin getdikcə azalması ordunu gücsüzləşdirdi. Bu vəziyyətdən faydalanan Rus Kiev Knezi paytaxt İtələnil və qafqaza axın təşkil etdi və Xəzərləri yox etdi.

Şərqdən gələn Peçeneklere qarış idilər.
Suverenlik sahəsi

Örtdüyü sahə: Krım, Qafqaz, Dinyeper, Don, Volqa arası... çox böyük bir suverenlik sahəsinə malikdir. Məsələn döyüşləriylə.
Xaqanları

Qurucusu : Ən Böyük Hökmdarı XAQAN YUSUFdur. (İlk qurucusu haqqında qəti məlumat yoxdur.)
Xəzərlərin Türk tarixinə qatqıları

* Qaradənizin şimalı və Qafqazları Türkləşdirdilər.
* Dini xoşgörüş suveren bir quruluş meydana gətirdilər.
* Göy tanrı dini xaricində olmalarına baxmayaraq Türklüklərini itirmədilər, assimilyasiya olmadılar.
* Ərəblərlə ilk qarşılaşan və pis tanış olan Türk dövlətidir.
* Xəzər Dənizinə ad verdilər.
* Ruslar dövlət təşkilatlanmalarında və ticarətdə Xəzərləri nümunə götürmüşlər.
* Xəzərlər bir dövlət üçün ordunun güclü olmasının nə qədər əhəmiyyətli olduğunu göstərən bir dövlət idi.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...