ŞƏNBƏ, 2024-12-28, 9:59 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ GÖYTÜRK İMPERIYASI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
GÖYTÜRK İMPERIYASI
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 6:50 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Göytürklər (Göktürklər) Orta Asiya və Çində yaşamışdılar. Göytürklər inanc və düşüncə strukturlarına görə Göktanrıya inanırdılar. Buna görə özlərini Göytürk olaraq təyin etmişlər. "Türk" adından istifadə edən ilk Türk dövlətidir. Göytürk Xaqanlığı 552-ci ildən 745-ci ilə qədər varlığını davam etdirdi. Çinin Sien-pi mənşəli Şimal Zhou, Şimal Qi, Susu və Tang xanədanları ilə uzun müddət döyüşmüşdülər. Qardaş çəkişmələri, vətəndaş müharibələri və çinlilər ilə olan uzun döyüşlər dövlətin yıxılmasına səbəb oldu. Türklər tərəfindən qurulmuş olan bu Xaqanlıq Asiya tarixində müəyyən izlər buraxmışdı.

Dövlətin ilk öndəri Bumun Xaqandır. Bumun Xaqanın qardaşı İstəyi Yabgu ölkənin qərb qanadını idarə edirdi. Göytürklər qonşuları olan Çin, Sasani və Bizans İmperatorluğu ilə əlaqələr qurmuşdular. Şərq Göytürk Xaqanlığı 630-cu ildə, Qərb Göytürk Kağanlığı isə 659-cu ildə Çin hakimiyyəti altına girdilər.
I Göytürk Xaqanlığı

Göytürk Xaqanlığı VI əsrin ortasında, Asiyanın şərqində Çin dövlətinin qərbində, sasani-İran dövlətinin məhdudlaşdırdığı İç Asiya çöllərində, şərqdə Avarlar, qərbdə Eftal (Ağ Hunlar) ilə edilən mübarizələr nəticəsində ortaya çıxdı. İlk Xaqanları şərq qanadını idarə edən Bumun Xaqan, qərb qanadını idarə edən qardaşı İstəyi Xaqandır. Bütün göytürk ellərini bir yerə yığan və bu səbəblə İlik Xaqan deyə də adlandırılan Bumun Xaqanın ölümündən sonra yerinə oğulu Ko-lo (Qara Xaqan) keçdisə də iqtidarı qısa sürdü. Bir il sonra Mukan Xaqan dövlətin başına keçdi. Mukan Moğol soylu Kitanları məğlub edərək Şərq Göytürk Dövlətinin sərhədlərini Böyük Okeana qədər genişlətdi. Mukandan sonra taxta Ta-po (Taspar Xaqan) keçdi. Ta-po, Buduqmu qəbul edən və Çini təzyiq altında saxlamaqla seçirildi. Qərbdə isə sərhədlərini Krıma qədər genişlədən İstəyi Xaqan öldü. Yerinə oğulu Tardu Xaqan keçdi. Tardu, 603-cü ilə qədər hökmdarlığını davam etdirdi.

Şərqdə Ta-ponun ölümü üzərinə taxta çıxan To-lo-pien (ya da sonrakı adıyla Apa Tarkan) qurultayda edilən müzakirədə təsdiqlənmədi. Yerinə Ta-ponun qardaş oğlu Şa-po-lio (İşbara) Xaqan elan edildi. Çin siyasətlərinin də təsiriylə qərb Xaqanı Tardu, To-lo-pieni dəstəklədi. İşbaranın Apanın anasını öldürtməsi şərq ilə qərb arasındakı əlaqələri bir daha pozdu. İki tərəf artıq bir-birlərinə düşmən oldu. Tardunun ölümündən sonra Qərb Göytürkləri, güclərinin zəiflədiyinin bir göstəricisi olan, yabguluk və şadlıq adları altında Aşana ailəsinə mənsub kəslər tərəfindən idarə olunduqdan sonra 630-cu ildə Çin hakimiyyətinə daxil oldu. Bundan sonra On Oxlar adını alaraq əsrin sonuna qədər federasiyası şəklində Çin hakimiyyətində qaldılar. Şərq Göytürk Xaqanlığı isə, Şi-pi Xaqanın 618-ci ildə ölümünə qədər müstəqilliklərini qorudular. Ondan sonra hakimiyyətə gələn Hieli (İlik) Xaqan Çinin paytaxtını mühasirə etdisə də, əsir alındı. Xaqanın əsarətdə ölməsiylə I Göktürk Xaqanlığı tamamilə yıxılmış oldu (630-cu il). Eyni tarixdə Çin İmperatoru Tai-tsung özünü Türklərin Göy Xaqanı elan etdi. Xaqanlığa bağlı Türk və xarici boylar ətrafa dağılmağa başladılar, bunlardan bir qisimi isə Çinə sığındı. 50 il davam edən əsarət həyatında türklərin Çinə qarşı üsyanları müşahidə edildi. Bunların ən məşhuru 639-cu ildə göy-Türk şahzadəsi "Müalicə Şad"ın qiyamıdır.
Şərq Göytürk Xaqanlığı

576-cı ildə İstəyi Yabgu ölüncə yerinə oğulu Tardu keçərək yabgu olmuş və atası kimi dövlətin qərbini idarə etməyə başlamışdır. Dövlətin qərbini idarə edən Tardu, şərq qisimin rəhbərliyini də ələ alıb Göytürk Xaqanlığının başına keçmək istəyincə Tapo Xaqan ilə qarşılaşmışdır. Tapo Xaqan 581-ci ildə ölüncə yerinə qardaş oğlu İşbara Xaqan keçmişdir. Beləcə Tardu ilə İşbara Xaqan arasında tam hakimiyyət uğrunda qarşıdurma başlamışdır.

Ənənələrə görə şərq tərəf baş Xaqan olmalı idi. Bu qarışıqlıqdan faydalanmaq istəyən Çin, Göytürk Xaqanlığındakı mövcud anlaşılmazlığı daha da qızışdırmışdır. Çin İmperatoru, qərbin yabgusu Tarduya elçi, hədiyyələr və qurd rəsmi olan bir bayraq göndərərək Tardunun hökmdarlığını tanıdığını ifadə etmişdir. Çinin qızışdırmalarının nəticəsində Tardu, İşbaranın xaqanlığını tanımadığını bildirmişdir. Nəticədə Göytürk Xaqanlığı ikiyə ayrılmış, Tardu qərbin rəhbərliyini tamamilə ələ almışdır. Bu hadisədən sonra İşbara Xaqanın əlində yalnız şərq qalmışdır. Göytürk Xaqanlığının ikiyə ayrılmasından sonra, Şərq Göytürk dövləti gücünü itirməyə başlamışdır. İşbara Xaqanın Çinə təşkil etdiyi səfərlər müvəffəqiyyətsizliklə nəticələnmişdir. Çin ipək ticarətinə maneə törədirdi. Bu vəziyyət Şərq Göttürkləri arasında aclıq və yoxsulluğun başlanmasına gətirib çıxarmışdır. Şərq Göytürklərə bağlı bir çox türk boyu qıtlıq səbəbiylə Qərb Göytürklərə sığınmışdır. Özünə bağlı boyların Qərb Göytürk Xaqanlığına sığınması İşbara Xaqanı çətin vəziyyətə salmışdır. 585-ci ildə artan üsyanlar və xarici təzyiqlər nəticəsində İşbara Xaqan Çin hakimiyyətini qəbul etmiş və Çindən kömək istəmişdir. Şərq Göytürk Xaqanlığını hakimiyyəti altına alan Çinin əsl məqsədi, Çin üçün təhlükə olan, türklər də daxil olmaqla bütün Orta Asiya xalqla


İkinci Göytürk Xaqanlığı

İkinci Göytürk Xaqanlığı (681 - 744), Çin hakimiyyətinə daxil olan Göytürklər (Şərq Göytürk Xaqanlığı) Kutluk zamanında yenidən müstəqilliyinə qovuşdu. Buna görə bu dövlətə "Kutluk Dövləti" də deyilir.

681-ci ildə Aşana ailəsindən Kutluk Xaqan, Çinin şimalına yerləşmiş Türk boylarını yenidən bir yerə toplamağı bacardı. Çin, Kitan və Doqquz Oğuzlar (Uyğurlar) ilə edilən döyüşlər nəticəsində Ötüken meşəsində Göytürk Xaqanlığı yenidən gücləndi. Kutluk, xalqı yenidən bir yerə yığdığı üçün İlteriş (eli yığan) adını aldı. 692-ci ildə ölən İlterişin yerinə qardaşı Kapgan (türkcə qarşılığı kapan-alan-Fatih) Xaqan oldu. Dövlət qurulduğundan bəri xaqanlıq məsləhətçisi olan Tonyukukun da iştirak etdiyi Qırğız və Doqquz Oğuzlara edilən səfərlərlə II Göytürk Xaqanlığının sərhədləri Okeandan Maverannöhirdəki Temir Kapığa (Dəmirqapı) qədər çatdı. İpək Yolunun böyük bir qisimi nəzarət altına alınmış oldu. Kapganın, Bayırkuların qurduğu bir pusquda öldürülməsi səbəbindən Göytürk Xaqanlığının başına oğlu İnel (Ünal) keçdi. Ancaq Kutlukun oğulu Müdrik, İnelin xaqanlığını qəbul etmədi. Tayfa bəyləri Müdriki Xaqan elan etdi. İnel öldürüldü. Yeni Xaqan hakimiyyətə keçincə qardaşı Kül Tigini ordu komandirli təyin etdi, Tonyukuku vəzir təyin etdi. Çinin dəstəklədiyi uyğur birləşmələrinin Ötükenə davamlı hücumları, İpək Yolunun kilid nöqtəsi olan Çungaryanın Çinin nəzarətinə keçməsi və qərbdə On Ox qolunun hakimiyyətinə Türgişlerin keçməsi və bu qolun güclənməsi nəticəsində II Göytürk Xaqanlığı tənəzzülə uğrayırdı. Müdrik Xaqanın, məsləhətçisi Tonyukuku və kiçik qardaşı Kül Tigini itirməsindən sonra zəhərlənərək öldürülməsi səbəbindən yerinə keçən Tengri Xaqan uşaq yaşında idi. Daha sonra taxta çıxan xaqanlar atalarının qurduğu dövləti yaxşı idarə etmə bacarığı göstərə bilmədilər. Uyğurlar 745-ci ildə Ötükenə girərək Göytürk Xaqanlığına son qoydular.


İkinci Göytürk Xaqanları

Kutluk Xaqan (680-691)
Kapgan Xaqan (691-716)
İnel Xaqan (716)
Müdrik Xaqan (716-734)
Yollyg-Tegin Xaqan (734-39)
Müdrik Kutluk Xaqan (739-41)
Siuan Khan Xaqan (741)
Il-Itmysh Müdrik-Khan Xaqan (741-42)
Ozmyş Khan Xaqan (742-43)
Bomei-Tegin Khan Xaqan (743-45)

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...