ŞƏNBƏ, 2024-12-28, 9:16 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BIZANS İMPERIYASI VƏ KONSTANTINOPOL - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
BIZANS İMPERIYASI VƏ KONSTANTINOPOL
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 6:45 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Bizans İmperiyası və ya ilk dövrlərdə Şərqi Roma İmperiyası (yun. Βασιλεία Ῥωμαίων) - 476-1453-cü illərdə mövcud olmuş dövlət. Dövlətin özünü bizanslılar Romey dövləti, özlərini isə Romey (yun. Ρωμαίοι - Romalı) adlandırırdılar. Bizans adı Bosfor sahilində mövcud olmuş qədim yunan koloniyasını ifadə edirdi və sonradan tarixçilər tərəfindən bu dövlətə şamil edilmişdir. Bizansın paytaxtı həmin koloniyanın yerində İmperator I Konstantinin əmri ilə salınmış Konstantinopol şəhəri olmuşdur.

Bizans İmperiyası özünün ən qüdrətli dövrlərini I Yustinianın dövründə yaşamışdır. Daha sonralar, Ərəb və Səlcuq hücumları, eləcə də IV Səlib yürüşü nəticəsində xeyli zəifləmiş və nəhayət, şərqdə yaranmış yeni qüdrətli dövlət - Osmanlı İmperiyası qarşısında tədricən süqut etmişdir. Bizansın süqutundan sonra onun Asiyada qalan torpaqlarında Trabzon İmperiyası (yun. Βασίλειον τῆς Τραπεζοῦντος) yaranmış, lakin onun da mövcudluğuna Sultan Fateh II Mehmet tərəfindən son qoyulmuşdur. 1453-cü ildə Konstantinopolu tutan II Mehmet həm də Qeysəri-Rum titulunu qəbul etməklə özünü Bizans imperatorlarının varisi elan etmişdi. Eyni zamanda Rusiya hökmdarı Moskvanın Böyük Knyazı III İvan son Bizans imperatorunun qardaşı qızı və taxtın nəzəri varisi Sofiya Paleoloq ilə evlənərək Bizans taxtına iddialarını ortaya qoymuş olmuşdu.
ƏHALISI

İmperiyanın torpaqlarında müxtəlif tayfalar və xalqlar: yunanlar, frakiyalılar, illiriyalılar, dakiyalılar, ellinləşdirilmiş kiçik asiya tayfaları, qafqaz xalqları, suriyalılar, kəldanilər, qıbtilər yaşayırdılar. Onların arasında yunanlar hakim mövqedə dururdular və yunan dili imperiyanın rəsmi dili idi.
ORDU

Bizansda ordunun təşkili Roma İmperiyasından alınma idi. Lakin IV - VI əsrlərdə bu işdə mühüm dəyişikliklər baş verdi. Əvvəllər torpaq sahibləri orduya silahlı əsgər vermək məcburiyyətində idisə, sonralar onlardan daha tez-tez pul alınmağa başlanırdı. Müxtəlif barbar tayfalarından olan muzdlu əsgərlər orduda getdikcə daha çox rol oynayırdılar. Bizansda bu proses davam edərkən xüsusilə donanma üzvləri hələ də azad əhali arasından seçilməkdə idi. Buna səbəb donanmanın ordu işində daha yüksək mövqedə durması idi. Ordunu piyada qoşun olan Limitaneilər, Komitatenseslər və ordunun əsas hissəsi olan süvari Katafraktlar təşkil edirdi. Hər bir bölməyə tribunlar başçılıq edirdi.
İQTISADIYYAT

Çoxlu təbii limanlarının olması və əlverişli coğrafi şərait Bizansı qüdrətli dəniz dövlətinə çevirmişdi. Xüsusilə Qara Dəniz və Aralıq Dənizini birləşdirən boğazlar üzərində hökmranlıq etməsi Bizansda dənizçiliyin və dəniz ticarətinin inkişafına kömək edirdi. Bizans tacirləri şərqdə Hindistan, Taproban (Seylon) və Çinə, cənubda Aksum Padşahlığına (Efiopiya), habelə Ərəbistana gedib çıxırdılar. İran və Soqdiana ilə quruda ticarət yolları vardı. Bizans sikkələri - qızıl solid - beynəlxalq valyuta rolu oynayırdı.


KONSTANTINOPOL

Konstantinopol (yunan dilində: Κωνσταντινούπολις, Konstantinupolis, latın dilində: Constantinopolis, Osmanlı türkcəsində: Konstantiniyye) indiki İstanbul şəhərinin köhnə adı. 1930-cu ildə əksər qərb ölkələrində şəhərin hələ də Konstantinopol adlandırılmasına son qoymaq üçün Türkiyə Böyük Millət Məclisi şəhərin adını dəyişərək rəsmən İstanbul adlandırmışdır.
TARIXI

İstanbul ərazisində yunanların indiki dörd koloniyası mövcud idi. Bunlardan ikisi Asiya qitəsində ikisi isə Avropa qitəsində yerləşirdi. Asiyadakı koloniyalar Xalkedon (yunan dilində: Χαλκηδών, türk dilində: Kadıköy) və Skutari (yunan dilində: Σκουτάρι, türk dilində: Üsküdar) bölgələrində yerləşmişdi. Avropadakılar isə İasonion (yunan dilində: Ἰάσωνιον, türk dilində: Beşiktaş) və Bizantion (yunan dilində: Βυζάντιον, latın dilində: BYZANTIVM, Bizantium) adlanırdı.

IV əsrin əvvəllərində Roma İmperatora I Konstantin paytaxt kimi Nikomediya şəhərindən razı qalmadığı üçün Bizantion koloniyasının yerində yeni paytaxt şəhərinin salınması barədə göstəriş vermişdir. 330-cu ildə şəhərin rəsmi açılışı olmuşdur. Banisinin şərəfinə Konstantinopol adlanan bu şəhər 330-395-ci illərdə Roma İmperiyasının, 395-1204 və 1261-1453-cü illərdə Bizans və ya Şərqi Roma İmperiyasının, 1204-1261-ci illərdə səlibçilər tərəfindən qurulmuş Latın İmperiyasının, 1453-1922-ci illərdə isə Osmanlı dövlətinin paytaxtı olmuşdur.

Şəhər öz tarixi boyu bir çox mühasirələrə məruz qalsa da, onun möhkəm qala divarları yalnız iki dəfə - IV Səlib yürüşü (1204) və İstanbulun fəthi (1453) zamanı şəhər müdafiəçilərinin etimadını doğrultmamışdır.
Konstantinopolun süqutu

Konstantinopolun süqutu - 1453-cü il may ayının 29-da Sultan II Məhmətin başçılığı ilə Osmanlı ordusunun aylarla mühasirədə saxladığı Konstantinopol (indiki İstanbul) şəhərini fəth etməsi. Konstantinopolun fəthindən sonra Osmanlı dövləti İmperiya olmuş, 21 yaşlı Sultan II Məhmət "Fateh" ləqəbi alaraq Fateh Sultan Məhmət adlandırılmışdır. Konstantinopolun süqutu ilə tarixin ən qüdrətli imperiyalarından biri olan Bizans İmperiyası dağılmışdır
Konstantinopolu işğal cəhdləri

Qara dəniz və Aralıq dənizini bir-biri ilə əlaqələndirən mühim dəniz yolu üzərində yerləşən Konstantinopol şəhəri tarix boyu dəfələrlə mühasirə olunmuş və işğalına cəhd edilmişdir. 1453-cü ilə qədər ayrı-ayrı zamanlarda avarlar, ərəblər, avropalılar və türklər tərəfindən hücuma məruz qalan şəhər möhkəm qala divarları və yunan odu sayəsində bu cəhdlərin qarşısında duruş gətirə bilmişdi. Şəhər öz tarixi boyu yalnız iki dəfə - 1204 və 1453-cü illərdə zəbt edilmişdir.
İşğal cəhdləri

* 616-cı il - İran hökmdarı Keyxosrov
* 626-cı il - İranlılar və avar türkləri
* 672-ci il - Əməvi xəlifəsi Müaviyyə
* 712-ci il - Əməvi xəlifəsi I Vəlid
* 722-ci il - Əməvi xəlifəsi I Vəlid (yalnız Qalata limanı alınmış, burada məscid inşa edilmişdir).
* 782-ci il - Abbasilər
* 854-cü il - Abbasi xəlifəsi Mütəvəkkil
* 864-cü il - Ruslar (vikiqlər)
* 869-cu il - Abbasilər
* 936-cı il - Ruslar (vikinqlər)
* 959-cu il - Macarlar
* 970-ci il - Abbasilər
* 1204-cü il - Səlibçilər
* 1302-ci il - Venesiyalılar
* 1348-ci il - Cenovalılar
* 1391-1396-cı illər - Osmanlı sultanı I Bəyazid
* 1412-ci il - Osmanlı sultanı Musa Çələbi
* 1422-ci il - Osmanlı sultanı II Murad
* 1437-ci il - Cenovalılar
* 1453-cü il - Osmanlı sultanı II Məhmət

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...