BAZAR, 2024-12-22, 7:10 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AZƏRBAYCANIN FEODAL DÖVLƏTLƏRİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
AZƏRBAYCANIN FEODAL DÖVLƏTLƏRİ
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 6:20 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
SACILƏR

Sacilər dövləti (879-941) - dövlətin əsasını əslən Mərkəzi Asiyanın Usruşana vilayətinin qədim türk nəsillərindən olan Sacilər qoymuşdur. Məşhur sərkərdə Afşin Heydər Kavus bu nəsildən idi.Tarixi
Xilafət bizansla sərhədlərini möhkəmlətmək üçün Mərkəzi AsiyadanAzərbaycana və Şərqi Anadoluya yeni-yeni türk tayfaları köçürürdü. Sacilər sülaləsinin banisi Əbu Sac Divdad xilafət ordusunda xidmət edən məşhur türk sərkərdələrindən idi. Dövlətə xidmətlərinə görə Azərbaycanın idarəsi Sacilərə həvalə edilmişdir. IX əsrin sonlarına yaxın Əbu Sac Divdadın oğlu Məhəmmədin adından pul kəsilməsinə başlandı. 912-ci ildə isə Məhəmmədin qardaşı Yusif Xilafətə xərac ödəməkdən imtina etdi və Şirvanşahları özündən asılı vəziyyətə saldı. Sacilər dövləti X əsrin əvvəllərində cənubda Zəncandan şimalda Dərbəndə qədər, şərqdə Xəzər dənizindən Ani və Dəbil şəhərlərinə qədər olan əraziləri əhatə edirdi.
Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonralar isə Ərdəbil şəhərləri olmuşdur. Sacilərin adından pul kəsilməsi onların müstəqil olmasına dəlalət edir. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmədin adı ilə pul kəsilirdi.
Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı.

SALARILƏR DÖVLƏTI

Səlarilər və ya Salarilər dövləti - 941-981 illərdə indiki Azərbaycan ərazisində dövlət. Mərzban İbn Məhəmməd tərəfindən yaradılmış tarixi dövlətdir. Dövlətin paytaxtı Ərdəbil şəhəri idi.Tarixi
Gilanhakimi Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı. Azerbaycan Salari hökümdarı Merzüban b. Muhammed'in Irak Büveyh'i hükümdarına göderdiyi elçisinin saqqalının qırxılarak tehqir edilmesi üzerine Merzüban b. Mehemmed Cibal Büveyhileri'nin torpaqlarına hücuma keçdi. Ancaq Cibal Büveyhi emiri qardaşı Muizzüddevle'nin Bağdat'tan ve diğer qardaşı İmadüddevle'nin Rey'den gönderdiği orduların kömeyi ile Salari hökümdarı Merzüban'ı meğlub ederek esir aldı ve Semirem qalasında hepsetti.Ümumi məlumat
Dövlətin Sərhəddi Dəclə və Fərat çayınadək uzanırdı. Mərzban İbn Məhəmməd öldükdən sonra dövlət süquta uğradı, Rəvvadilər və Şəddadilər dövləti yarandı. Paytaxt yenə Ərdəbil şəhəri idi
RƏVVADILƏR
Rəvvadilər dövləti (981-1054) - Orta əsr Azərbaycan feodal dövlətidir. Azərbaycan-Salarilər dövlətinin süqut etdiyi bir vaxtda yaranmışdır.
Tarixi

Təbriz, Marağa, Əhər hakimi Əbülhica Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər dövlətinin əsasını qoydu. Bu sülalənin banisi ərəb əsilli Əl-Rəvvad Xəlifə Əlinin dövründə Bəsrə və Kufədən Azərbaycana köçürülmüşdür. Bu dövlət Azərbaycanın cənubunu əhatə edirdi. Sonra Muğan hakimliyini də ələ keçirdi. 1028-ci ildə Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi tərəfindən sıxışdırılan 2000 oğuz ailəsi Rəvvadilər dövlətinə köçürüldü.[1]
Rəvvadilərin hakimiyyəti illərində AzərbaycandaOğuz türklərinin mövqeyi daha da güclənir. Belə ki, 1028-ci ildə Mahmud QəznəvininXorasan oğuzlarına vurduğu ağır zərbədən sonra təqribən 2000 ailə Azərbaycana köçürülür. Rəvvadilər dövlətin paytaxtını Ərdəbildən Təbrizə köçürürlər. Şərq ölkələrini Aralıq və Qara dəniz sahilləri ilə, həmçinin Dərbənd keçidi vasitəsilə beynəlxalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin hakimiyyəti dövründə əhəmiyyətini daha da artırır.
ŞƏDDADILƏR DÖVLƏTI

Şəddadilər dövləti (971-1086) - Şimali Azərbaycan ərazisində orta əsrlərdə yaranmış dövlət. Paytaxtı Gəncə şəhəri idi.Tarixi
Məhəmməd ibn Şəddad951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin əsasını qoydu.
Səlcuqlarınyürüşləri nəticəsində Şəddadilər onlardan asılı vəziyyətə düşdü. Bu dövrdə slavyanların da qarətçi yürüşləri olurdu. Kiyev knyazı İqorun dəstəsi bir sıra yürüşlər edirdi. Azərbaycanın vahid tam dövlət olmaması Slavyanlara qarşı mübarizəni çətinləşdirirdi.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...