CÜMƏ, 2024-04-19, 3:34 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MANNA DÖVLƏTİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » MANNA DÖVLƏTİ (MANNA DÖVLƏTİ HAQQINDA)
MANNA DÖVLƏTİ
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 6:15 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
     MANNA



            Manna - b. e. ə. I minilliyin
əvvəlində Cənubi Azərbaycan ərazisində  dövlət.   

 

MANNA
DÖVLƏTININ YARANMASI VƏ YÜKSƏLIŞI



             E. ə. I minilliyin əvvəlində
Cənubi Azərbaycan ərazisində Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin
meydana gəlməsi üçün şərait yaranmışdır.E.ə.IX əsrdə burada Manna dövləti
yaranmışdır.Lakin həmin dövrdə Manna hələ bütün cənubi Azərbaycan torpağını
əhatə edə bilməmişdir.Manna adına ilk dəfə E.ə. 843 ildə Assuriya hökmdarı III
Salmansarın mixi yazılı kitabəsində rast gəlinir. Bu yazılarda Manna tayfa
adını bildirir.

Xərda dövlət birləşmələriE.ə.XI əsrdə Manna ərazisində müstəqil syasət yürüdən
Zamua,Gilzan,Alateye,Surikaş,Andia,Zikirtu,Uişdiş,Gizilbunda və s. vilayətlər
meydana gəlmişdi.Zamua vilayəti Mannanın əsas hissəsini təşkil edidi.Urmiya
gölündən cənubda yerləşən Zamua əvvəllər lulubilərin vilayəti olmuşdur.E.ə. IX
əsrin birinci yarısında Zamuanı ayrı-ayrı hakimlər idarə edirdilər.Buna görə də
xarici hücumların qarşısını almaq mümkün olmurdu.Onların hər biri Assuriya
ordusuna qarşı təkbaşına mübarizə aparmalı olur,yaxud xərac göndərməklə
Assuriya ilə müstəqil siyasi əlaqə yaradırdılar.

Manna hökmdarları ölkəni vahid mərkəzdə birləşdirib,xarici hücumların qarşısını
almağa çalışmışlar.Lakin uzun müddət buna nail ola bilməmişlər.Mannaya qarşı
Assuriyanın hücumları ara vermirdi.Həmçinin Urartu dövləti Mannaya qarşı
işğalçılıq siyasəti yürüdülurdü.E.ə. IX əsr-E.ə. VIII əsrManna artıq güclü
dövlətə çevrilmişdi.

 

MANNANIN
YÜKSƏLIŞI



            Assuriya hökmdarı III
Tiqlatpasar E.ə. VIII əsrin ikinci yarısında Mannada və başqa ölkələrdə siyasi
təsirini artırmaq üçün Urartu ilə vuruşurdu.III Tiqlatpasar Mannanın Mazamua
vilayətini tutdu və Assuriyaya birləşdirdi,Urmiya gölü hövzəsində yaşayan bir
sıra tayfaları başqa əraziyə köçürdü,Mannanın başqa vilayətlərinə toxunmadı.O,
əsasən,Mannanın qonşuları Urartu və Midiya ilə müharibələr aparırdı.Bu dövrdə
Manna Assuriyaya müttəfiq kimi baxırdı.

Manna hökmdarı İranzu(e.ə. 740-719-ci illərdə) Assuriya ordusunun Urartuya
qarşı uğurlu müharibələrindən istifadə etdi və mərkəzləşdirmə siyasəti
yürütdü.O, Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı,Manna
vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi,ölkədə canişinlik sistemi yaratdı.Canişinlər
mərkəzi hakimiyyətdən asılı idlər.Mannanın ərazisi şimalda Araz çayına
çatdırdı,cənubda və cənub-şərqdə Kaspi ölkəsi,Parsua və Midiya ilə həmsərhəd
idi.İranzunun hakimiyyəti zamanı Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə
şevrildi.Paytaxtı İzirtu şəhəri olmuşdur.

Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi.Bir qrup Assuriya ilə
ittifaqa meyl göstərir,bunula da Manna torpaqlarının bütövlüyünü saxlamağa
çalışırdı.İranzu Assuriyaya müttəfiq kimi baxır və onun siyasi üstünlüyünü tanıyırdı.Urartunun
hücumlarına qarşı uzun müddət mübarizə aparan Mannayaəmin-amanlıq lazım
idi.Başqa bir qrup isə Urartu ilə ittifaq tərəfdarı idi.Onların siyasəti Manna
vilayətlərinin mərkəzi dövlət ətrafında birləşməsinə mane olur,ölkənin
parçalanmasına,torpaqlarının isə Urartu tərəfindən işğalına şərait yaradırdı.
Assuriyaya olan meyl Manna dövlətinə Urartu işğallarından xilas etmiş və
ölkənin birləşməsi üçün şərait yaratmışdır.Lakin İranzunun mərkəzləşdirmə
siyasəti bəzi hakimlərin və canişinlərin xoşuna gəlmirdi.Eyni zamanda,Urartu da
Mannanın daxili işlərinə qarışır canişinlərin mərkəzi hakimiyyətə qarşı
qaldırırdı.Urartu hökmdarı I Rusa işğalçılıq niyyətini həyata keçirmək məqsədi
ilə Zirkirtu vilayətinin canişini və bir sıra şəhərlər ilə sazişə girdi.Onların
təsiri ilə e.ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi
İranzuya qarşı üsyan etdi.Assuriya hökmdarı II Sarqon(e.ə. 722-706) Manna ilə
ittifaqına sadiq qalaraq üsyançıların üzərinə qoşun yeritdi.Üsyan
yatırıldı.Lakin Urartu hökmdarı və onun Mannadakı tərəfdarları İranzunun
ölümündən sonra yeni müttəfiqlər tapıb Mannaya qarşı fitnəkarlığı davam
etdirdilər.

DAXILI
ÇƏKIŞMƏLƏR



             İranzunu vəfatından sonra
onun oğlu Aza(e.ə. 718-716-cı illər) hakimiyyətə gəldi.Onun iki il davam edən
hakimiyyəti zamanı Mannada daxili çəkişmələr yenidən gücləndi.Dövlətin
parçalanma qorxusu var idi.Mərkəzdən ayrılmaq istəyən qüvvələr gizli hazırlıq
aparırdılar.Urartu onlara yaxından kömək göstərirdi.E.ə. 716-cı ildə Aza
sui-qəsd nəticəsində öldürüldü.Azanın ölümündən sonra onun qardaşı
Ullusunu(e.ə. 716-680-ci illər) Manna hökmdarı oldu.Mixi yazılardakı
çəlumatlara görə,onun hakimiyyətə gəlməsinə I Rusa kömək etmiş və Ullusunudan
22 Manna qalası almışdır.UllusunuAssuriya əsarətindən azad olmaq üçün Urartu
ilə ittifaqa girdi.Bu,Assuriya hökmdarı II Sarqonu qəzəbləndirdi.E.ə. 716-cı
ildə o,Mannaya qoşun yeritdi.Ullusunu ölkənin paytaxtı İzirtu şəhərini tərk
edərək dağlara qaçdı.II Sarqon Mannanın paytaxtını və bir neçə başqa şəhəri
tutub yandırdı.Azanın qatillərindən birini tutdu dəisini soydurdu və
mannalılara göstərdi.Ullusunu II Sarqonun yanına gələrək mərhəmət dilədi.II
Sarqon Ullusununu hakimiyyətdə saxladı və bütün Manna torpaqlarını ona tabe
etdi.Beləliklə,Ullusunu Mannanın yeganə hökmdarı oldu və Assuriyanın ağalığını
tanıdı. Urartu hökmdarı I Rusa Mannaya qarşı təcavüzdən əl çəkmir və onun bəzi
canişinləri ilə əlaqəyə girirdi.Manna canişini Dayaukku I Rusanın fitnəsinə
uydu və mərkəzi hakimiyyətə tabelikdən çıxdı.II Sarqon Ullusunu ilə ittifaqa
sadiq qalaraq,e.ə. 715-ci ildə onlara qarşı yürüşə çıxdı.I Rusa ordu toplayıb
II Sarqonu qarşıladı.II Sarqon vuruşmada qalib gəldi və Urartu hökmdarı döyüş
meydanını tərk edib qaçdı.II Sarqon Mannanın Urartu tərəfindən işğal edilmiş
torpaqlarını geri qaytardı.Lakin ölkədə tam sakitlik yaranmadı.Daxili
çəkişmələr hələ də davam edirdi.E.ə. 714-cü ildə II Sarqon Manna,Midiya və
başqa ölkələrə böyük yürüş təşkil etdi.Manna ilə əlaqədar II Sarqonun bir neçə
niyyəti var idi:buranı Urartu təcavüzündən tamamilə azad etmək;Assuriyanın
Mannada mövqeyini möhkəmləndirmək;Mannadan Assuriya xəzinəsinə vaxtı-vaxtında
xərac göndərilməsini təmin etmək.

 

MANNANIN
TƏBIƏTI VƏ ƏHALISININ MƏŞĞULIYYƏTI



Manna dağlıq ölkə idi.Burada müxtəlif böyüklükdə çoxlu çaylar var idi.Urmiya
gölünün suyu çox duzlu olduğundan suvarmaya yaramırdı.Suvarma üçün həmin
çaylardan istifadə edilirdi.Çay vadiləri çox məhsuldar olduğundan sıx
məskunlaşmışdı.Manna ərazisində çoxlu faydalı qazıntı yataqları (dəmir,mis,gümüş,qızıl,qurğuşun
və s.) vardı.



ƏKINÇILIK
VƏ MALDARLIQ.

 

Mannanın düzən və dağətəyi
yerlərinin əhalisi əkinçiliklə məşğul olurdu.Arxeoloji qazıntılar zamanı bu
ərazilərdə arpa,buğda və darı qalıqları tapılmışdır.Əkinçilər torpağı dəmir
toxa və xış ilə şumlayırdılar.Taxılı dəmir oraqla biçirdilər.Assuriya mixi
yazılarında göstərilir ki,Mannada taxıl anbarları olmuşdur.Böyük anbarlar
dövlətə yaxud hökmdara məxsus idi.Quraqlıq yaxud aclıq vaxtı dövlət
anbarlarından əhaliyə taxıl paylanırdı.Bağçılıq və üzümçülük də inkişaf
etmişdi.Üzümdən şərab hazırlayırdılar. Mannalıların həyatında maldarlıq mühüm
yer tutmuşdur.Atçılıq geniş yayılmışdır. Mannanın Subi vilayəti öz atları ilə
xüsusilə fərqlənirdi.Manna əhalisi oturaq həyat sürürdü.Yaz və yay aylarında
mal-qaranı,qoyun-quzunu dağlara aparırdılar.Bara-Sanqibuti vilayətində hökmdar
sürüləri saxlanılırdı.Təsərrüfatd dəvədən də istifadə edirdilər.

Xırda dövlət birləşmələri. E. ə. IX əsrdə Manna ərazisinda bir sıra xırda
dövlət birləşmələri mövcud idi. Bu dövlətlər müstəqil xarici siyasət yürüdür və
xarici müdaxiləyə qarşı təkbaşına mübarizə aparırdılar. Mannanın ərazisində
Zamua, Mazamua, Gilzan, Allabria, Karalla, Meişta-Mesi, Alateye, Surikaş,
Missi, Gizlibunda, Uişdiş, Buştu, Bara-Sanqibuti, Zikirtu və Andia kimi vilayətlər
meydana gəlmişdi.   

 

İZIRTU



İzirtu - Manna dövlətinin paytaxt şəhəri. Tədqiqatçıların fikrincə, İzirtu
müasir Ziviyə şəhərinin (Güney Azərbaycanda) yaxınlığında yerləşib. İziru da
digər Manna şəhərləri kimi müdafiə xarakterli qalalarla əhatələnmişdi. Şəhərdə
iki və üç mərtəbəli binalar, eləcə də məbədlər olub. E.ə. 716-cı ildə Assur
hökmdarı II Sarqon İzirtunu tutub yandırmışdı. Lakin şəhər tezliklə bərpa
olunmuşdu. E.ə. 650-ci ildə Assur hökmdarı Aşşurbanipal yenidən İzirtunu zəbt
edərək dağıtmışdı. 

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » MANNA DÖVLƏTİ (MANNA DÖVLƏTİ HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...