ÇƏRŞƏNBƏ AXŞAMI, 2024-03-19, 11:48 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AZƏRİ QIZI E.GÜNDEŞİN SEVGİLİSİNİ ƏLİNDƏN ALIB?! - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » TV DÜNYASI » KİNO VƏ ŞOU BİZNES ALƏMİ » AZƏRİ QIZI E.GÜNDEŞİN SEVGİLİSİNİ ƏLİNDƏN ALIB?!
AZƏRİ QIZI E.GÜNDEŞİN SEVGİLİSİNİ ƏLİNDƏN ALIB?!
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 11:13 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Bir müddətdir ki, Ebru Gündeş sevgilisi Osman Tan ondan ayrıldığı üçün depresiyaya düşüb. Türk mətbuatı buna səbəb azərbaycanlı bəstəkarın olduğunu iddia edir. Məsələ burasındadır ki, Osman Tan Türkiyədə fəaliyyət göstərən Rza adlı azərbaycanlı bəstəkara Ebru üçün mahnı sifariş edib, o isə müğənniyə “Ölümsüz aşklar” mahnısını yazıb. Olanlar da bu mahnıdan sonra baş verib. Osman Tan müğənni sevgilisini bəstəkara qısqandığından sakitcə ondan ayrılıb. Bir neçə gün bundan əvvəl isə türk maqazin proqramlarından birində Azəri qızı Günelin həmyerlisi, bəstəkar Rza ilə eşq məcaralarının olduğu deyilərək, iddia edilib ki, məhz, Ebru Gündeş Osman Tan üçün deyil, Günel tərəfindən əlindən alınan azərbaycanlı bəstəkar üçün depresiyaya düşüb.
Bu yaxınlarda Türkiyənin ATV kanalında yayımlanan “İbo Show”-da bütün bu məsələlərə aydınlıq gətirilib. Güneli türk şou-biznesinə aparan və ona hərtərəfli dəstək olan İbrahim Tatlısəs şounun aparıcısı kimi Günelə bu istiqamətdə suallar verib. Qəribədir ki, Günel “abimsin”, “babamsın” dediyi İbrahim Tatlısəsin suallarına cavab verməkdə çətinlik çəkib. İbrahim isə qeyd edib ki, susmaq razılıq əlamətidir. O, əlavə edib ki, əgər həqiqətən də ortada ciddi sevgi münasibətləri varsa, bunu maqazin proqramlarına mövzu etmək lazım deyil. Azəri qızının geyimlərinə xüsusi iradlarını bildirən İbo məsələdə adı hallanan bəstəkarı da çox yaxşı tanıdığını, hörmət etdiyini vurğulayaraq, onların hər ikisinə xəbərdarlıq edib. Günel bütün veriliş boyu müəllifi Rza olan “Adı yok” mahnısı da daxil olmaqla iki mahnı ifa edib və həmyerlimiz şou ərzində elə iki dəfə də geyimlərini dəyişməklə diqqət çəkib. Xatırladaq ki, “Adı yok” albomu satışa çıxmazdan əvvəl mediada guya, bu mahnıya Günelin yüz min dollar pul xərclədiyi haqqında fantastik dezinformasiyalar yazılırdı.
 
FORUM » TV DÜNYASI » KİNO VƏ ŞOU BİZNES ALƏMİ » AZƏRİ QIZI E.GÜNDEŞİN SEVGİLİSİNİ ƏLİNDƏN ALIB?!
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...