CÜMƏ, 2024-12-27, 3:27 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ŞİRVAN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
ŞİRVAN
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-08, 10:11 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Şirvan (şəhər)

Əhali
70.500 [1] nəfər (2008)

Telefon kodu
+994 197
Poçt indeksi (Mərkəzi PŞ)
AZ 1800
Şirvan 1938-ci ilədək Zubovka adlanıb, 1938-1954-cü illərdə qəsəbə, 1954-cü ildən sonra isə şəhər statusu almışdır. Onun ərazisi 30 kv. km, əhalisinin sayı 73,7 min nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir.
Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər apırıb çıxarır.
#
Bələdiyyələrin adı
Hər bələdiyyə üzrə əhalinin sayı

1 Əli Bayramlı şəhər bələdiyyəsi 69861
2 Hacıqəhrəmanlı qəsəbə bələdiyyəsi 2600
3 Cəmi 72461

Coğrafi mövqeyi
Şirvan Kür çayının sol sahilində, Şirvan düzündə, nəqliyyat qovşağında yerləşir və ölkəmizin iri şəhərlərindən sayılır. Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri Şirvan şəhərinin inzibati vahidləridir.

İqtisadi xarakteristikası
Şəhərdə 17 sənaye müəssisəsi, o cümlədən, Avropada ən böyük açıq tipli Şirvan DRES-i, yağ zavodu, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.

İncəsənət
Şirvan şəhərinin musiqi məktəbi indiyə qədər ölkədə musiqi kadrlarının yetişdirilməsində, uşaq və gənclərin musiqi tərbiyəsində, insanlara mədəni xidmət göstərilməsində çox dəyərli işlər görmüşdür. Şirvan uşaq musiqi məktəbi 40 illik fəaliyyəti ərzində yalnız şəhərin deyil, ümumən respublikanın musiqi-mədəni tərəqqisinə xidmət etmişdir və məktəbin hər cür tərifə mənəvi haqqı çatır.

Təhsil
Son vaxtlar şəhərdə təhsilə xüsusi diqqət ayrılmışdır. Bunun məntiqi nəticəsidir ki, 2008-ci ildə ali məktəblərə qəbul zamanı imtahanlardan maksimum 700 bal toplamış 6 abituriyentdən biri də bu şəhərdəndir. 3 abituriyent isə prezident təqaüdünə layiq görülmüşdür.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...