CÜMƏ AXŞAMI, 2024-03-28, 11:31 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ NAFTALAN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » NAFTALAN
NAFTALAN
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-08, 10:08 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Naftalan

Ərazi
0,002 [1] km²

Əhali
7.600 [2] nəfər (2008)

Telefon kodu
+994 255
Naftalan — Azərbaycanın qərb bölgəsində Goranboy rayonunda turistik əhəmiyyətli şəhər.
Naftalan istirahət və sağlamlıq mərkəzi
Naftalan kurortu rəsmən 1935-ci ildən fəaliyyət göstərir. 1957-ci ilədək kurort mövsümi işləmişdir və 1957-ci ildən il boyu fəaliyyət göstərməyə başlamışdır. Çarpayı sayı ildən ilə artan kurortda 1982-ci ildə Naftalan sanatoriya-kurort birliyi yaradılmışdır. 6 sanatoriya, kurort poliklinikasından ibarət kurort birliyində 3200 çarpayı var idi. Kurort birliyi il ərzində keçmiş sovetlər ittifaqının respublikalarından 50-70 min xəstə qəbul edirdi. Kurortda sümük-əzələ, periferik sinir, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji xəstəliklər müvəffəqiyyətlə müalicə olunurdu. 1992-ci ildən 2005-cı ilədək yalnız "Çinar" sanatoriyası mövsümi olaraq xəstə qəbulu ilə məşqul olurdu. 2005-ci ilin may ayında Naftalan kurortunda ilk özəl sanatoriya - Naftalan - açıldı. Mərkəz 100 nəfərlik yataq korpusundan müalicəxana və yeməkxanadan ibarətdir. Mərkəzə müraciət edənlər ilk növbədə hərtərəfli laborator və instrumental müayinədən keçirlər və xəstəliklərinə müvafiq olaraq naftalan müalicəsi və müasir fizioterapiya müalicə üsulları qəbul edirlər. Mərkəzdə xəstələrin istirahəti, qidalanması və uğurlu müalicəsi üçün lazım olan hər bir şərait mövcuddur.

Naftalan adının etimologiyası
Naftalan adının etimologiyası "süzülən" və ya "axıb gedən" mənasını verən “nafta” sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar.

Əhalisi
27 yanvar - 4 fevral 1999 - cu il tarixlərində aparılmış siyahıya almanın yekunlarına əsasən Naftalan şəhərində 7.551 nəfər əhali yaşayır. Əhalisinin 7.4 min nəfərini azərbaycanlılar təşkil edir .[3]

Naftalan nefti
Müalicəvi xassələrə malik olan Naftalan nefti əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur.
Təsadüfi deyildir ki, qədim rəvayətə görə Medeya adlı cadugər qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlamışdır. Bu məlhəm onu oddan və yanğından qoruyur, bədəninə alov təhlükəsi olmamaq xassəsi bəxş etmişdir. Hələ qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan şərq ölkələrinə yollanırdı.
1887-ci ildə Yeqer familiyalı bir alman mühəndisi Almaniyada “Naftalan” məlhəmini istehsal etməyə başlamışdır. Bu məlhəm dünyanın bir sıra ölkələrinə ixrac edilirdi. Rus-Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: “Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın”.

Naftalanda muzey
Naftalanda dünyada yeganə olan bir muzey var: bu muzeyin eksponatları - atılmış qoltuq ağaclarıdır. Xəstələr sağaldığı üçün onlara qoltuq ağacları daha lazım deyildi, buna görə də onlar həmin ağacları Naftalanda qoyub gedirdilər.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » NAFTALAN
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...