CÜMƏ, 2024-03-29, 3:28 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MİNGƏÇEVİR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » MİNGƏÇEVİR
MİNGƏÇEVİR
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-08, 10:08 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Mingəçevir

Əhali
99 775 nəfər (2007)

İcra başçısı
Mübariz Alı oğlu Ağayev

Mingəçevir — Azərbaycanın əhalicə dördüncü böyük şəhəridir. Kür çayının sahillərində yerləşir.
Mingəçevir İkinci Dünya Müharibəsindən sonra yaradılan gənc sənaye şəhəridir.1945-ci ildə Kür çayının Bozdağın arasından keçən yerində böyük Su Elektrik Stansiyasının inşası başlayır.Stansiya 1954-cü ildə işə salınıb.
Mingəçevir su anbarının nominal hündürlük həddi 83 metr, maksimal hədd isə 85,5 metrdir.Su tutumu 16 milyard 300 milyon kubmetrdir. Anbarda suyun mühafizəsi 87 metrə qədər qalxa bilər.Su anbarına saniyədə 1200 kubmetrə qədər su daxil olur. Bu həcmin saniyədə 650 kubmetri su elektrik stansiyası vasitəsi Kür çayına ,125 kubmetri isə Qarabağ və Şirvan kanallarına buraxılır. Anbarda su böhran həddə çatdıqda qapılar açılır və Kür çayına saniyədə 2 min kubmetrə qədər su buraxılır.
Mingəçevir SES-dən 18 kilometr aşağıda Varvara SES-i yerləşir. Həmin SES-də də 2 milyard kubmetrə yaxın suyun saxlanılmasına imkan var. [1]

Şəhərin böyüməsi və inkişafı da burada qurulan elektroenergetika, maşınqayırma, neft-kimya, kimya, habelə yüngül və yeyinti məhsulları sənaye obyektlərinin tikintisi ilə bağlıdır.
Burada aparılan arxeoloji qazıntılar zamanı çox maraqlı qədim əşyalar tapılmışdır.
Qədim Mingəçevir adının mənası haqqında müxtəlif əfsanələr mövcuddur. 4500 ildən çox tarixə malik olan bu yerin mənasını Ziya Bünyadov elmi cəhətdən belə izah edir: "Bu ad 839-cu ildə yaşamış və xəlifəyə qarşı mübarizə aparmış Minqiçevir əl-Fərqaninin adı ilə bağlıdır."
Bu ərazidə yaşayış hələ e.ə.III minillikdə mövcud olmuşdur. Arxeoloji qazıntılar sübut edir ki, burda yaşayan insanlar böyük şəhər mədəniyyətinə malik olublar. Tapılan yunan, Roma və arşap pulları sübut edir ki, burda ticarət inkişaf edibmiş. Türk səyyahı Övliya Çələbinin "Səyahət" əsərində Mingəçevirin Kür çayının sağ sahilindəki hissəsində olan yaşayışdan və burda olan toxuculuqdan, hamamxanalardan və s. yazmışdır.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » MİNGƏÇEVİR
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...