CÜMƏ, 2024-12-27, 4:23 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ŞABRAN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
ŞABRAN
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-06, 9:44 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Şabran

İqtisadi rayon:
Quba-Xaçmaz

Ərazi:
1090 (km²)
Əhali:
51200 (1 yanvar, 2009)

Əhali sıxlığı:
47 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
17
Telefon kodu:
115
Poçt kodu (Mərkəzi PŞ):
AZ 1700
Yaşayış məntəqələrinin sayı
İcra başçısı:
Novruz Novruzov

Tarixi
Şabran rayonu 1930-cu ildə təşkil edilmişdir (adı Dəvəçi olmuşdur). 1963-cü ildə ləğv olunub ərazisi Abşeron rayonuna verilmiş, 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. Məşhur Qalaaltı kurortu Şabran rayonunun ərazisindədir.
2010-cu ildə Azərbaycan Milli Məclisinin qərarı ilə Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılmışdır. Bu vaxt Şabranın tarixi şəhər olduğu, 5-ci əsrdə Sasani hökmdarlığı tərəfindən yaradıldığı, sovet hakimiyyəti dövründə isə həmin ərazidə yaradılan rayonun Dəvəçi adlandırıldığı əsas götürülmüşdür.

İri yaşayış məntəqələri
Rayonun iri yaşayış məntəqələri Şabran şəhəri, Gəndov, Baş Əmirxanlı, Çuxurazaşı, Düz Bilici, Güləmli kəndləridir. Rayonda 1 şəhər, 1 fəhlə qəsəbəsi, 103 kənd var.

Əhalisi
İl 2009
Şəhər əhalisi 22235
Kənd əhalisi 28945
Ümumi əhali 51180
Hesablama növü Rəsmi siyahıyaalınma

Görkəmli şəxsləri
• Ayna Sultanova — Azərbaycan SSRin görkəmli ictimai-siyasi xadimi.

İqtisadi xarakteristikası
Şabranın sənayesində neftçıxarma mühüm yer tutur. Burada qaz emalı müəssisəsi, xalça fabriki, şərab emalı müəssisələri vardır. Kənd təsərrüfatının əsas sahəsi tərəvəzçilik, meyvəçilik, üzümçülük, taxılçılıq və heyvandarlıqdır. Hazırda rayonda 2 iri müəssisə fəaliyyət göstərir. "Dəvəçi Broyler" Quşçuluq fabriki və Taxıl Kombinatı. Bakı-Rostov magistiral yolu və Bakı Rostov dəmiryolu da rayonun iqtisadiyyatının inkişafında mühüm yer tutur.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Rayon ərazisində 11 məktəbəqədər uşaq müəssisəsi, 69 ümumtəhsil məktəbi, ölkəşünaslıq muzeyi, 55 kitabxana, mədəniyyət evi, 41 klub var.
Rayonda boks, karate, sambo, cüdo, sərbəst güləş bölmələri fəaliyyət göstərir. Dünya və Avropa çempionu Müşfiq Cəfərov, Avropa çempionu Müqəddəs Cəfərov (sambo), Azərbaycan çempionları Rövşən Fərzəliyev, Ömər İlyasov, Taleh Həbibov (karate), Rövşən Günəşov (boks), olimpiya çempionu İlham Umayev (sərbəst güləş) yetişib.

Maddi-mədəni irsi
Rayonda qədim memarlıq abidələrindən Sədan kəndi yaxınlığında Qara-Dundur istehkamı (XIV əsr), Çarxan kəndində Çıraqqala, Siyəzəndə X türbəsi (XVIII əsr) mühafizə olunur. Gilgilçay səddi, Qədim Şabran şəhəri də burada yerləşir.

Yerli media
Şabran rayonunda "Şabran" qəzeti nəşr olunur.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...