CÜMƏ, 2024-12-27, 3:59 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SİYƏZƏN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
SİYƏZƏN
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-06, 9:43 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Siyəzən

İqtisadi rayon:
Quba-Xaçmaz

Ərazi:
759 (km²)
Əhali:
35200
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
53
Telefon kodu:
190
Poçt kodu (Mərkəzi PŞ):
AZ 5300

Tarixi
Siyəzən rayonu 2 fevral 1992-ci ildə yaradılıb. Lakin Siyəzən rayon kimi ilk dəfə 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. Rayonun ümumi sahəsi 0,70 min kv. km-dir.

Coğrafi mövqeyi
Siyəzən rayonu respublikamızın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir. Ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. Rayon ərazisində 4 dəmir yolu stansiyası fəaliyyət göstərir. Bunlar Qızıl-Burun, Zarat, Siyəzən, Gil-gilçay dəmir yolu stansiyalarıdır.

İqlimi
Rayonda yarımsəhra və quru çöl iqlimi hakimdir.

Əhalisi
Siyəzən rayonunun əhalisi 36,2 min nəfərdir (1 yanvar 2006-cı il). Əhalinin orta sıxlığı hər kv. km-ə 52 nəfər düşür. Rayonun kənd əhalisi (33,9%) şəhər əhalisinə (66,1%) nisbətən azdır. Ümumi əhalinin isə 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir. Milli tərkibinə görə əhali əsasən azərbaycanlılardan ibarətdir. Həmçinin rayonda ləzgilər, ruslar, türklər, ukraynalılar, tatlar və digər millətlərin nümayəndələri də yaşayır.

İqtisadi xarakteristikası
Siyəzən rayonunun iqtisadiyyatının əsasını neft və qazçıxarma sənayesi təşkil edir. Rayonun ümumi məhsul buraxılışı 2005-ci ildə 39,3 mln manat olmuşdur. Rayonda pərakəndə əmtəə dövriyyəsi isə 12.7 mln manatdır. Həmçinin rayonda 2005-ci ildə 11,7 mln manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatında isə taxılçılıq, heyvandarlıq və tərəvəzçilik mühüm yer tutur. 2005-ci ildə 21,6 mln manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da çox hissəsi heyvandarlığın (92,7%) payına düşür. Son illər rayonda quşçuluq daha yaxşı inkişaf etmiş sahələrdən hesab olunur. Hazırda rayon ərazisində "Siyəzən-Broyler" ATSC fəaliyyət göstərir.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Siyəzəndə 6 orta təhsil məktəbi var.

Maddi-mədəni irsi
Siyəzən rayonu tarixi memarlıq abidələri ilə zəngindir. Bunlardan Sədan kəndindəki Qara Dindar qalasını, Sədan qalasını misal göstərmək olar.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...