CÜMƏ, 2024-03-29, 2:19 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SABİRABAD - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » SABİRABAD
SABİRABAD
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-06, 9:36 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Sabirabad

Ərazi:
(km²)
Əhali:
138775
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
54
Telefon kodu:
143
Poçt kodu (Mərkəzi PŞ):
AZ 5400
Yaşayış məntəqələrinin sayı
İcra başçısı:
[[Heydər Abbasov]]

Sabirabad - Azərbaycanda rayon.
Ümumi ərazi, [kv.km] 1469.35 Əhalinin ümumi sayı 150470 Kəndlərin sayı 74 Sabirabadın ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Qaraqaşlı, Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V-II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar. Cavad orta əsr yaşayış yerini IX-XV əsrlərə, kəndin “Şəhərgah” adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI-XII əsrlərə aid olduğu sübut edir. “Xavər zəmin”, ”Günəşli torpaq” adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da “Xavar zəmin” Qalaqayın adı ilə əvəz olunmuşdur. Hazırda rayonun Qalaqayın kəndi bu adı daşıyır.

Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu. 1768-ci ildə Cavad Quba xanlığına tabe edilmişdir. Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi köçürülmüşdür. 1988-ci ildə rayon Petropalovka adlandırılmışdı. Petropalovka Bakı quberniyası Cavad qəzasının tərkib hissəsi idi.
Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-dən Petropablovka Salyan qəzası dairə inqilab komitəsinin yeni dövlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğam mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Peropavlovka müstəqil rayon olmuşdur.

1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Peropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir. 1959-cu ildən Sabirabad şəhəri adlandırılmışdır.
Kəndlərin adları: Ulacalı, Bulduq, Mürsəlli, Şıxlar, Qalaqayın, Balakənd, Surra, Qaralı, Balvar, Ahıska, Qaralar, Qəfərli, Əsədli, Məmişlər, Kürkəndi, Suqovuşan, Bulaqlı, Yastıqobu, Qaratəpə, Nərimankənd, Əhmədabad, Yolçubəyli, Türkədi, Narlıq, Həşimxanlı, Ətcələr, Azadakənd, Poladtoğay, Xankeçən, Çığırğan, Nizami, Nəsimi, Rüstəmli, Qardaşkənd, Hacıbəbir, Çöl Dəllək, Güdəcühür, Qaratoğay, Axtaçı Muğan, Minbaşı, Qarağac, Beşdəli, Yaxadəllək, Muğangəncəli, Cəngən, Salmanlı, Çiçəkli, Moranlı, Sarxanbəyli, Çöl Beşdəli, Zalqarağac, Şıx Salahlı, Osmanlı, Şəhriyar, Xəlfəli, Qaragüney, Dadaşbəyli, Bala Həşimxanlı, Əliləmbəyli, Çöl-Ağaməmmədli, Quruzma, Qaraqaşlı, Qəzli, Yenikənd, Kovlar, Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Axtaçı, Muradbəyli, Cavad, Əlicanlı, Həsənli.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » SABİRABAD
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...