Saatlı
Məlumatlar
İqtisadi rayon:
Aran iqtisadi rayonu
Ərazi:
1180 (km²)
Əhali:
93 773
Əhali sıxlığı:
74 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
49
Telefon kodu:
168
Poçt kodu (Mərkəzi PŞ):
AZ 4900
Yaşayış məntəqələrinin sayı 44
İcra başçısı:
Siraqəddin Cabbarov
İnternet saytı:
www.saatli-ih.gov.az
Tarixi
Saatlı rayonu 1943-cü ildə təşkil edilmişdir. 1963-cü ildə rayon ləğv edilib ərazisi Sabirabad rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.
İqlimi
İqlimi mülayim-isti, yarımsəhradır.
İri yaşayış məntəqələri
Rayonda 1 şəhər, 44 kənd vardır.
Əhalisi
Rayonda 93775 nəfər əhali yaşayır.
İqtisadi xarakteristikası
Saatlı əsasən kənd təsərrüfatı rayonudur. Pambıqçılıq, taxılçılıq, bostançılıq və heyvandarlıq mühüm yer tutur. Burada pambıqtəmizləmə, asfalt zavodları, çörək kombinatı, sokzavod, konserv zavodu və s. vardır.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Rayonda 19 məktəbəqədər uşaq müəssisəsi, 49 ümumtəhsil məktəbi, 6 mədəniyyət evi, 32 klub vardır.
Yerli media
Saatlı rayonunda yazılı mətbu orqanı olaraq "Dönüş" qəzeti nəşr olunur. Elektron mətbu orqanı olaraq isə "www.saatlinews.com" xəbərlər portalı fəaliyyət göstərir.