CÜMƏ, 2024-04-19, 6:35 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ OĞUZ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » OĞUZ
OĞUZ
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-04, 3:35 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Oğuz

İqtisadi rayon:
Şəki-Zaqatala

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
48
Telefon kodu:
111
Poçt kodu (Mərkəzi PŞ):
AZ 4800
Yaşayış məntəqələrinin sayı 36
İnternet saytı: www.zengilan.com

Tarixi
Oğuz Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Bura yaşayan insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirmişlər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silah, daşdan hazırlanmış qadın heykəlləri və əsalar tapılmışdır.
Oğuz rayonu (1991-ci ilədək Vartaşen) 1930-cu ildə təşkil olunmuşdur. 1963-1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur.

Relyefi
Oğuz rayonu Şəki-Zaqatala iqtisadi rayonunda, Böyük Qafqazın cənub yamaclarında yerləşir. Şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəddir.

Təbiəti
Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayonun faunası dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin som və forel balıqları ilə təmsil olunmuşdur. Rayon ərazisində müxtəlif meyvələr və giləmeyvələr - qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat və moruq yetişir.
Rayonun ən böyük çayı Əlican çayıdır. Əlicançay Qumlaq kəndindən keçərək rayonun bir çox kəndlərini ağuşuna alır.
İri yaşayış məntəqələri
Rayonda 1 şəhər, 35 kənd vardır.

Əhalisi
27 yanvar - 4 fevral 1999-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Oğuz rayonunun 36 488 nəfər (81,49%-i azərbaycanlılar, 14,16%-i ləzgilər, 2,8%-i mesxeti türkləri, 0,55%-i ruslar, 0,49%-i yəhudilər və 0,51%-i digər millətlər olmaqla) əhalisi var. [1]

İqtisadi xarakteristikası
Əsas təsərrüfat sahəsi tütünçülükdür. İqtisadiyyatında taxılçılıq, meyvəçilik, heyvandarlıq, baramaçılıq da mühüm yer tutur. Rayonda istehsalat kombinatı, Şəki yağ-pendir zavodunun şöbəsi, şirə sexi və başqa müəssisələr vardır. Meşə təsərrüfatı yaradılmışdır.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Oğuz rayonunda 6 məktəbəqədər uşaq müəssisəsi, 30 ümumtəhsil məktəbi, 30 kitabxana, 21 klub, 5 mədəniyyət evi fəaliyyət göstərir.

Maddi-mədəni irsi
Rayondakı memarlıq abidələrindən Muxas kəndində bürc (XIV əsr), Filfili kəndində qala (XVIII əsr) bu günə kimi qalmışdır.
Oğuzun Ərmənət kəndindəki qala da çox qədim tarixə malikdir. Bu qalanı Gavurlar qalası adlandırırlar. Deyilənə görə qədim dövrlərdə kənd əhalisi düşmənlərdən qorunmaq uçun bu qaladan bir istehkam kimi istifadə edib. Qala kəndi əhatə edən dağın zirvəsində yerləşir.
Xaçmaz kəndi yaxınlığındakı Sarısu çayının üstündəki Daşüz körpüsü (XIX əsr), Sincan kəndindəki məscid (XVIII əsr), Kərimli kəndindəki məqbərə (XV əsr), Muxas kəndindəki üçmərtəbəli qüllə (XIV əsr), Xaçmaz kəndində Qaladağ dağının zirvəsində yerləşən müdafiə təyinatlı Qabur qülləsi (VII-XIV əsrlər), yenə də Qaladağ zirvəsinin yaxınlığında yerləşən, içməli su ilə təchiz olunan Gavurqala qülləsi (VII əsr), Filfilli çayının yaxınlığında, Qalaçay çayının sahilində yerləşən, çay daşından tikilmiş Surxayxan qülləsi (XVIII əsr), Oğuz şəhəri ərazisində qədim sınaqoqlu (1849-cu il) yəhudi qəsəbəsi, hazırda yerli diyarşünaslıq muzeyinin yerləşdiyi alban məbədi, Azərbaycan ərazisində fəaliyyətdə olan ən qədim məktəblərdən biri - XIX əsrdə tikilmiş məktəb (Padar və Xaçmaz kəndlərində də bu cür məktəblər var) və s. rayonun qədim tarixi abidələrindəndir.

Yerli media
Rayonda "Oğuz" qəzeti nəşr olunur.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » OĞUZ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...