CÜMƏ, 2024-12-27, 8:34 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ LƏNKƏRAN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
LƏNKƏRAN
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-04, 3:29 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Lənkəran

İqtisadi rayon:
Lənkəran-Astara

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
125 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
42
Telefon kodu:
171
Poçt kodu (Mərkəzi PŞ):
AZ 4200
Yaşayış məntəqələrinin sayı 66
İcra başçısı:
Tofiq Hüseyn oğlu İbrahimov

İnternet saytı: www.lankaran.az

Lənkəran - Azərbaycanda rayon.
Lənkəran rayonu 1930-cu ildə təşkil edilmişdir.
İri yaşayış məntəqələri - Rayonda 2 şəhər, 6 şəhər tipli qəsəbə, 84 kənd vardır.
#
Bələdiyyələrin adı
Hər bələdiyyə üzrə əhalinin sayı

1 Lənkəran şəhər bələdiyyəsi 49300
2 Liman şəhər bələdiyyəsi 12100
3 Boladı kənd bələdiyyəsi 7940
4 Gərmətük kənd bələdiyyəsi 5556
5 Girdəni kənd bələdiyyəsi 4688
6 Nərimanabad qəsəbə bələdiyyəsi 4452
7 Mamusta kənd bələdiyyəsi 4402
8 Vilvan kənd bələdiyyəsi 4372
9 Osaküçə kənd bələdiyyəsi 4332
10 Şağlaser kənd bələdiyyəsi 4148
11 Şağlaküçə kənd bələdiyyəsi 3873
12 Sütəmurdov kənd bələdiyyəsi 3770
13 Viravul kənd bələdiyyəsi 3453
14 Separadi kənd bələdiyyəsi 3173
15 Göyşaban kənd bələdiyyəsi 3038
16 İstisu kənd bələdiyyəsi 3038
17 Kərgəlan kənd bələdiyyəsi 3001
18 Şıxakəran kənd bələdiyyəsi 2906
19 Aşağı Nüvədi kənd bələdiyyəsi 2761
20 Haftoni kənd bələdiyyəsi 2685
21 Viyən kənd bələdiyyəsi 2603
22 Zövlə kənd bələdiyyəsi 2474
23 Digah kənd bələdiyyəsi 2347
24 Xolmili kənd bələdiyyəsi 2336
25 Balıqçılar qəsəbə bələdiyyəsi 2302
26 Şiləvar kənd bələdiyyəsi 2285
27 Cil kənd bələdiyyəsi 2279
28 Bürcəli kənd bələdiyyəsi 2104
29 Yuxarı Nüvədi kənd bələdiyyəsi 2084
30 Havzova kənd bələdiyyəsi 2027
31 Gəgiran kənd bələdiyyəsi 1925
32 Biləsər kənd bələdiyyəsi 1884
33 Xarxatan kənd bələdiyyəsi 1856
34 Ürgə kənd bələdiyyəsi 1817
35 Hirkan qəsəbə bələdiyyəsi 1781
36 Şovu kənd bələdiyyəsi 1674
37 Ləj kənd bələdiyyəsi 1596
38 Səpnəkəran kənd bələdiyyəsi 1481
39 Bala Şürük kənd bələdiyyəsi 1476
40 Rvo kənd bələdiyyəsi 1462
41 Kənarmeşə kənd bələdiyyəsi 1413
42 Daşdalıqcar kənd bələdiyyəsi 1400
43 Darquba kənd bələdiyyəsi 1365
44 Tükəvilə kənd bələdiyyəsi 1344
45 Xanbulan kənd bələdiyyəsi 1303
46 Şürük kənd bələdiyyəsi 1302
47 Siyavar kənd bələdiyyəsi 1240
48 Küvənil kənd bələdiyyəsi 1205
49 Türkəkəran kənd bələdiyyəsi 1170
50 Parakənd kənd bələdiyyəsi 1149
51 Lüvəsər kənd bələdiyyəsi 1121
52 Bəliton kənd bələdiyyəsi 1096
53 Seyidəkəran kənd bələdiyyəsi 1026
54 Tütəpeştə kənd bələdiyyəsi 940
55 Daştatük kənd bələdiyyəsi 878
56 Qurumba kənd bələdiyyəsi 837
57 Günəhir kənd bələdiyyəsi 845
58 Dıryan kənd bələdiyyəsi 758
59 Moğonojoba kənd bələdiyyəsi 637
60 Vel kənd bələdiyyəsi 662
61 Tşado kənd bələdiyyəsi 585
62 Türkəncil kənd bələdiyyəsi 551
63 Narbağı kənd bələdiyyəsi 487
64 Əşlə kənd bələdiyyəsi 317
65 Köhnə Gəgir kənd bələdiyyəsi 274
66 Cəmi 196686

Yerli media
• "Cənub" Televiziya Şirkəti
• "Lənkəran" qəzeti

Əhalinin etnik tərkibi
27yanvar - 4 fevral 1999 - cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Lənkəran rayonunun ümumi əhalisi 189.929 nəfər olmuşdur ; bunun 86,04%-i azərbaycanlılar, 13,55%-i talışlar, 0,29%-i ruslar və 0,12%-i digər millətlər idi[1] .

Rəsmi statistika
Lənkəran rayonu : 1939-cu il siyahıya alması
Etnik quplar əhalinin Sayı[2] (Nəfər)

Talışlar
31.437 (53,4%)
Azərbaycanlılar
18.880 (32,1%)
Ruslar
7.293 (12,4%)
Ermənilər
241 (0,4%)
Ləzgilər
35 (0,1%)
Yəhudilər
84 (0,1%)
Avarlar
2 (0,1%)
Digər 1 (0,1%)
Bütün rayon üzrə 58.847 (100%)

İqtisadiyyat
Aqrar-sənaye rayonudur. Tərəvəz və çay istehsalına görə respublikada birinci yerdə gedir. Rayonda balıq, meyvə-tərəvəz konservi, süd, şərab zavodları, bir neçə çay fabriki və başqa müəssisələr vardır.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Lənkəranda 51 məktəbəqədər uşaq müəssisəsi, 81 ümumtəhsil, pedaqoji, tibb və musiqi məktəbi var. 87 klub, 94 kitabxana, Dövlət Dram Teatrı, muzey, Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq və Subtropik Bitkilər İnstitutunun filialı fəaliyyət göstərir.
Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşəlrələ örtülmüşdür. Lənkəranın iqlimi rütubətli-subtropikdir. Bu yerlərdə sərt və qarlı qış olmur. Yayda hava quru və çox isti, payızda isə yağışlı keçir. Havanın orta illik temperaturu +14 C. Ən soyuq ay yanvar (+3,4 C), ən isti ay isə iyul ayıdır (+2,5 C). Yağıntıların illik miqdarı 1400 – 1600 mm olur. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür. Lənkəran rayonun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək, akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40-45 metr olur. Daha bir nadir bitki növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağaclarda qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınmışdır. Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən 10-25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu xəzər dənizinə tökülür. Bahar və payız fəsillərində bu çaylar coşub, daşır. Çayların suyundan suvarma məqsədilə istifadə etmək üçün burada Xanbulançay dəryaçası tikimişdir.
Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran şəhərindən 12 km qərbdə Talış dağlarının ətəklərində, İbadi meşəsinin yaxınlığında Meşə bulağı, Lənkəran-Masallı şossesinin 13-cü kilometrində Havzova bulağı, Lənkəran-Lerik şossesinin 15-ci kilometrində İbadi və Sumax dağlarının ətəyində İbadi bulağı var. Rəvayətə görə ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskan salmış və şəfa tapmışdır.
Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.
Lənkəran rayonu mühüm kənd təsərrüfatı zonasıdır. Mülayim iqlim şəraiti, bol günəşi və məhsuldar torpaqları sayəsində Lənkəran çay, yapon xurması, feyxoa, limon və naringi kimi subtropik bitkiləri ilə ad çıxarmışdır. Çay becərilməsi bu regionda kənd təsərrüfatı fəaliyyətinin ən çox inkişaf etmiş və ən gəlirli növlərindən biridir. Çay məhsulu yerli fabriklərdə emal edilir. Sənaye sahələri isə mebel, ipək və xalça istehsalı ilə təmsil edilmişdir.
Rayonun inzibati mərkəzi – yaşallağı qərq olunmuş gözəl Lənkəran şəhəridir. Akasiya xiyabanları həm yerli sakinlərin, həm də Lənkəranın qonaqlarının sevimli istirahət guşəsidir. Bu diyarın əlverişli coğrafi mövqeyi, münbit torpağı və zəngin təbii ehtiyatları ta qədim dövrlərdən adamları cəlb edirdi. Burada neolit dövründən başlayaraq insan məskənləri olmuşdur. Hazırda Lənkəran şəhərinin olduğu yerdə 300 il bundan əvvəl qamış kolları ilə dolu bataqlıq bir ərazi var idi. O vaxtlar dənizin yaxınlığında Lənkərançay çayının sahilində dördbucaqlı şəklində 2 qülləli bir qala və mayak tikilmişdir. Şəhər əvvəlcə Ləngərkünən adlanırdı. Bu sözün mənası «lövbər yeri», yəni «liman» demək idi.
XVIII əsrdə Talış xanlığı yaradıldı. Qaraxanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalmış və Azərbaycanın İranla, Orta Asiya, Hindistan və Rusiya ilə ticarətində mühüm rol oynamışdır. Şəhərdə yaşayış binaları ilə əhatə olunmuş 9 bazar var idi. 1795-ci ildə İran şahı aba Məhəmməd şah Qacarın ordusu Lənkəranı qarət edəndən sonra cənuba çəkildi. 1813-cü il yanvarın 1-dək Lənkəran xanlığı Rusiya tərəfindən işğal edilmişdir. Sonradan Gülüstan müqaviləsinə əsasən Lənkəran xanlığı Rusiyaya birləşdirildi. Rayonda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən gözəl Xan Evi kimi tarixi abidələr qorunub saxlanmışdır. Şəhərin qərbində Bəlləbur qalasının xarabaları var. Bu qalanın tikilməsində çay daşından və bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Saxsı su kəməri boruları hələ də salamat qalmışdır. Qalanın ən uca yerində qüllə ucalmışdır. Yerli əhali bu qalanı Boz qala adlandırır.
Lənkəran şəhərindəki tarix muzeyinin həm ekspozisiyası, həm də binanın özü turistlərin marağına səbəb olacaqdır. Lənkəran diyarı –məşhur generallar Səmədbəy Mehmandarovun və Həzi Aslanovun vətənidir. Bu şəhərdə Həzi Aslanovun abidəsi ucaldılmış, onun doğulduğu evdə isə muzey açılmışdır. Lənkəran teatrının tarixi XIX əsrdən başlanır. Bu teatrda 1850-ci ildə səhnəyə qoyulmuş ilk əsərin tamaşasından əldə edilən bütün gəlir yoxsullara ianə edilmişdir. Rayonun Boladi, Veravul və Vilvan kəndlərində ənənvi xalq sənətləri – xalçaçılıq, zərgərlik, qamışdan məişətdə işlədilən əşyaların toxunması daha geniş inkişaf etmişdir. Lənkəran şəhərində bəzi sənətkarlar daş, ağac və metal üzərində oyma kimi xalq sənətləri ilə məşğul olurlar.

Memarlıq abidələri
Memarlıq abidələrindən Lənkəranda qala, Hacı Mirzə hamamı, məscid (XVIII-XIX əsrlər), Aşağı Nüvədi, Seyidəkəran, Sütəmurdov kəndlərindən məscid (XIX əsr) qorunub saxlanır.

İqlimi
Yayı quraq keçən mülayim-isti

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...