CÜMƏ, 2024-03-29, 2:14 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QOBUSTAN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » QOBUSTAN
QOBUSTAN
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-04, 3:17 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
İqtisadi rayon:
Dağlıq Şirvan

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
27 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
37
Telefon kodu:
150
Poçt kodu (Mərkəzi PŞ):
AZ 3700
Yaşayış məntəqələrinin sayı
İnternet saytı: www.zengilan.com

Qəbələ - Azərbaycan Respublikasında rayon. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. İnzibati mərkəzi Qobustan şəhəridir.

Tarixi
Qobustan rayonu Azərbaycanın Şirvan adlanan tarixi vilayətinin inzibati rayonlarından biridir. İlk adı Duvannı olmuşdur. Duvannı stansiyası 1893-1994-cü illərdə yaranıb. 1901-1905-ci illərdə ilk dəfə Duvannı stansiyasından xaricə neft göndərilib. 1935-1937-ci illərdə Azərbaycanda ilk dəfə olaraq Duvannıda kəşfiyyat neft buruğu işə salınıb. 1945-1949-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olub. 1950-1954-cü illərdə Duvannı rayonu yaranıb (tərkibində: Sənqəçal, Çeyildağ, Ələt, Atbulaq qəsəbələri olmaqla). 1956-cı ildən yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə keçib.
Qəsəbə 1951-ci ildə şəhər tipli qəsəbə kimi təşkil olunub. 1972-ci ildə Duvannının adı dəyişib Qobustan qoyulub. Indiki Qobustan qəsəbəsinin ərazisi qədim insanların məskunlaşdığı yerlər olub. Hal-hazırda Qobustan Dövlət Qoruğunda qorunan qaya təsvirləri buna əyani sübutdur. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qaya təsvirləri bizim eramızdan əvvəl II minilliyə - "Daş dövrü"nə təsadüf edir.

Coğrafi mövqeyi
Qobustan rayonu Şamaxıdan şərq tərəfdə, Bakıdan 101 km aralıda yerləşir.

Relyefi
Qobustanda ərazinin relyefi - dərələr, yarğanlar, qayalar, toponimik şəkildə öz əksini tapmışdır. Bu yerlərin baharı çox gözəl olur - lalələr, çobanyastığı, qaymaqçiçəyi gül açır [1].

İqlimi
Rayonun iqlimi əsas etibarı ilə yarımsəhra iqlimidir.

Maddi-mədəni irsi
Qobustanda ən maraqlı və turistlər üçün cəlbedici obyekt şəhərin yaxınlığındakı dərədə, Söyünlü kəndində yerləşən mağara labirintləridir. (kürələr). Burada xalq arasında "layan qaya" deyilən çox orijinal bir təbii hadisəni müşahidə etmək mümkündür. Rəvayətə görə Bu qayadan axan "gözyaşları" əsgər oğlanları həlak olmuş ananın gözyaşlarıdır. Mağaralar orta əsrlərdə Azərbaycanda tayfa müharibələri və yadelli işğalçıların basqınları baş verərkən süni yolla genişləndirilmiş və yaşayış üçün uyğunlaşdırılmış təbii qalereyalar sistemidir.

Qobustan qayaüstü rəsmləri
Qobustan petroqliflərini - açıq səma altında muzey də adlandırırlar. Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən bu qayalı massiv Xəzər dənizinin yaxınlığında, qədim Şirvan yolu boyunca çəkilmiş müasir şosse yolunun üzərindədir. Burada çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqan qəbrləri aşkar edilmişdir. Bu qayalarda regionun 15 min illik həyat tarixi - yuxarı paleolit dövründən orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunmuşdur.
Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir.
Bu gün Qobustanda 4000-dən çox petroqlif (daş üzərində oyma texnikası əsasında çəkilmiş qayaüstü rəsmlər) aşkar edilmişdir. Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif, o cümlədən solyar rəmzlər (svastika, spirallar, xaç), bürclər, kişilər və qadınlar (maraqlıdır ki, o vaxtlar qadınlar kişilərlə birlikdə ova gedirmiş), ceyran, dağ keçisi, şir, keçi kimi heyvanların təsvirləri, qamışdan düzəldilmiş qayıq, iki təkərli araba və insan izlərinin rəsmləri vardır. Qobustanda qeyri-adi "qablar" - daş üzərində çapılmış və hətta naxışlarla bəzədilmiş oyuqlar salamat qalmışdır. Burada qeyri adi "çalğı alətləri" - güclü səslər verən daşlar da var. Hər daşın öz tembiri olduğuna görə onlara "qaval daş" deyilir.
Qobustan qayalarında bizim eranın I əsrində Roma legionerlərinin burada olmasını təsdiq edən əlamətlər də qalmışdır. Buradakı qayalardan birinin üzərində 11-ci şimşək legionun romalı senturionları tərəfindən latın dilində bir mətn yazılmışdır. Həmin yazıda göstərilir ki, o dövrdə Romada imperator Domitsian Sezar Avqust Germanik hakimiyyətdə olmuşdur. İndi Qobustan YUNESKO-nun "Dünya irsi" siyahısına daxil olunmaq üçün nominasiya edilmişdir.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » QOBUSTAN
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...