CÜMƏ, 2024-04-19, 1:22 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QƏBƏLƏ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » QƏBƏLƏ
QƏBƏLƏ
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-04, 3:15 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qəbələ

İqtisadi rayon:
Şəki-Zaqatala

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
36
Telefon kodu:
160
Poçt kodu (Mərkəzi PŞ): 3600
İcra başçısı:
Səbuhi Abdullayev

İnternet saytı:
http://qebele-ih.gov.az/

Tarixi
Qəbələ rayonu indiki rayon mərkəzindən 20 km cənub-qərbdə yerləşən IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhərinin adını daşıyır. Qədim Qəbələ dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.
1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxardı və buranın e.ə. IV - b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirdi. Müxtəlif tarixi hadisələrlə əlaqədar şəhər bir neçə dəfə dağıntılara məruz qalmışdır. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməmişlər. Sasanilər dövründə Qəbələ çox böyük ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Xilafət dövründə də Qəbələ ticarət və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamışdır. XIII əsrdə monqolların hücumu zamanı Qəbələ tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlmişdir.
XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirmiş, əhali tədricən buradan köçmüşdür. Bu vaxt Qəbələ ərazisində kiçik feodal dövləti olan Qutqaşen sultanlığı yaradılmışdır. Qutqaşen sonralar mahal kimi Şəki xanlığının tərkibinə daxil olmuş, Şəki xanlarının təyin etdiyi naiblər tərəfindən idarə edilmişdir. Şəki xanlığının süqutundan sonra Qutqaşen mahal kimi Şəki qəzasının tərkibinə daxil olmuşdur. 1930-cu ildə Qutqaşen rayonu yaradılmışdır. 1991-ci ilin martında rayonun adı dəyişdirilərək rayon ərazisində yerləşən qədim Qəbələ şəhərinin adı ilə adlanmışdır.

Relyefi
Rayonun inzibati mərkəzi – Qəbələ şəhəri Dəmiraparançayın sağ sahilində yerləşir. Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi – Bazardüzü dağını görmək olar. Tikanlıçay, Qumçay, Dəmiraparançay və Vəndam çayları bu rayonun ərazisindən axır.

Təbiəti
Qəbələ rayonunda Qəbələ Dövlət Tarix-Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 27.03.1978-ci il 101-5 RS #8470;-li qərarına əsasən yaradılmışdır. Qoruq e.ə. IV - b.e. V əsrinədək qədim Qafqaz Albaniyasının ilk paytaxtı olmuş qədim Qəbələ şəhərinin yerləşdiyi ərazini əhatə edir və Qəbələ rayonunun cənub-qərbində, Çuxur Qəbələ kəndi yaxınlığında yerləşir. Qoruq üç əsas hissədən ibarətdir: Çaqqalı, Səlbir, Qala. Qoruğun ərazisi 480 hektardır.

Əhalisi
1999-cu ilin 27 yanvar - 4 fevral tarixlərində aparılmış siyahıya almanın yekunlarına əsasən Qəbələ rayonunun 82 803 nəfər (78,04%-i azərbaycanlılar, 16,71%-i ləzgilər, 4,78%-i udinlər, 0,3%-i mesxeti türkləri, 0,17%-i digər millətlər olmaqla) əhalisi var.[1]

Görkəmli şəxsləri
Molla Gülü Qələmi (Vəsfi)
İsmayıl Bəy Qutqaşınlı
Abdulla Qutqaşınlı
İbrahim Bəy Musabəyov
Dursun Hüseynov - əməkdar elm xadimi, professor, tibb elmləri doktoru
Minirə Qarayeva - professor
İqtisadi xarakteristikası
Qəbələ rayonunda tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır.

Maddi-mədəni irsi
Qəbələ rayonunun ən məşhur tarixi-mədəni abidəsi – eramızın I əsrinə aid yazılı mənbələrdə (Pliniy və b.) adı çəkilən qədim Qəbələ şəhəridir. 1800 ildən çox mövcud olmuş Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir.
Bundan başqa rayonda yüzlərlə digər tarix və mədəniyyət abidəsi var. Onlara misal olaraq Əmili kəndində IV-VIII əsrlərə aid alban məbədini, Bum kəndində XIX əsrə aid məscidi, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalasını, Şəfili kəndində XVII əsrə aid məqbərəni, Həmzəli kəndində XVI əsrə aid Şıxbaba pirini, Komrad dağının zirvəsindəki Komrad pirini, Nic kəndində Hacı Qərib məscidini və XIX əsrdə yaşamış Bolu bəyin yaşayış evini göstərmək olar. Həzrə kəndində Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri XV əsrə aid edilir.
Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olmuşdur. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilmişdir. Azərbaycanın şimal ərazisində dağlıq və Aran rayonlarda həmin dövrə aid arxeoloci mədəniyyət elmdə Yaloylu mədəniyyəti adlanır.

Yerli media
"Qəbələ" qəzeti
Hazırda Qəbələ rayon İcra hakimiyyəti və redaksiya kollektivinin təsisçiliyi ilə nəşr olunan qəzet 1933-cü il oktyabr ayının 15-də 2 səhifəlik "Bolşevik mübarizi" adı ilə işıq üzü görmüşdür. Sonralar "Mübariz", "Yeni həyat", "Qalibiyyət", "Qəbələ" adları ilə çap olunan qəzetin bu dövrlər ərzində 16 redaktorundan 3-ü – Baba Qəhrəmanov, Ramazan İsmayılov və Əziz Əzizov müəyyən fasilələrdən sonra ikinci dəfə qəzetin redaktoru olmuşlar.
İndi qəzetə əvvəllər redaksiyada şöbə müdiri və məsul katib vəzifələrində çalışmış Nadir Atakişiyev rəhbərlik edir.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » QƏBƏLƏ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...