CÜMƏ, 2024-12-27, 8:39 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QAX - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
QAX
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-04, 3:11 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qax

İqtisadi rayon:
Şəki-Zaqatala

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
34
Telefon kodu:
144
Poçt kodu (Mərkəzi PŞ):
AZ 3400
Yaşayış məntəqələrinin sayı
İcra başçısı:
Mübariz Əhmədzadə

İnternet saytı: www.zengilan.com

Tarixi
Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlı nın "Albaniya tarixi" əsərində rast gəlinir. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku(Qax) adlı yaşayış məskəninin adını qeyd edir.

Relyefi
Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənubdan Gürcüstan Respublikası ilə həmsərhəddir.

Təbiəti
Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

İqlimi
Rayon mərkəzində iqlim isti, rütubətli subtropik, dağlıq ərazidə (əsasən İlisu kəndində) isə soyuqdur.

İri yaşayış məntəqələri
Rayonda 59 yaşayış məntəqəsi vardır.

Əhalisi
1999-cu ilin 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Qax rayonunun 51 161 nəfər (76,92%-i azərbaycanlılar, 14,56%-i gürcülər, 5,11%-i saxurlar, 1,19%-i ləzgilər, 0,19%-i mesxeti türkləri, 0,18%-i ruslar, 0,02%-i Qafqaz avarları, 1,83%-i digər millətlər olmaq üzrə) əhalisi var.[3]

İqtisadi xarakteristikası
Rayon iqtisadiyyatının əsasını bitkiçilik (xüsusilə tütün və taxılçılıq üzrə ixtisaslaşmışdır), heyvandarlıq məhsullarının istehsalı təşkil edir.
Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qax meyvə-tərəvəz konservi zavodları yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsullarının xeyli hissəsi başqa rayonlara göndərilir. Yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət götərir. Onların məhsulları əsasən yerli tələbatı ödəyir.
İqtisadi rayon bir sıra faydalı qazıntılarla zəngindir: kükürd, polimetal filizi. Dağlıq və dağətəyi yerlərdə, əsasən də çayların gətirmə konuslarında bol çınqıl, qum, gil və başqa tikinti materialları xammalı vardır.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...