Kürdəmir
İqtisadi rayon:
Aran iqtisadi rayonu
Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
33
Telefon kodu:
0145
Poçt kodu (Mərkəzi PŞ):
AZ 3300
Yaşayış məntəqələrinin sayı 1 şəhər, 61 kənd
İcra başçısı:
Fəxrəddin Məlikov
İnternet saytı: www.zengilan.com
Tarixi
Kürdəmir rayonu 1930-cu ildə təşkil olunmuşdur. Şirvan düzündədir.
İqlimi
Mülayim-isti yarımsəhra.
İri yaşayış məntəqələri
Kürdəmir şəhəri, Atakişili, Xırdapay, Yenikənd, Karrar, Mollakənd, Şilyan, Qarasaqqal, Muradxanlı, Pirili, Sığırlı, kəndləridir.
İqtisadi xarakteristikası
Əsasən kənd təsərrüfatı rayonudur. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, habelə üzümçülük, bostançılıq və baramaçılıq mühüm yer tutur. Rayonda quşçuluq və maldarlıqla məşğul olurlar. Burada şərab və asfalt zavodları, məişət xidməti kombinatı, respublika əhəmiyyətli iri un kombinati var.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Kürdəmirdə 3 məktəbəqədər uşaq müəssisəsi, 34 ümumtəhsil məktəbi, 7 mədəniyyət evi, 20 klub, 48 kitabxana fəaliyyət göstərir.
Yerli media
"Kürdəmir" qəzeti.