Xaçmaz
İqtisadi rayon:
Quba-Xaçmaz
Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
27
Telefon kodu:
172
Poçt kodu (Mərkəzi PŞ):
AZ 2700
Yaşayış məntəqələrinin sayı 147
İnternet saytı: www.zengilan.com
Tarixi
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. Xaçmaz 1936-1937-ci illərdə şəhər tipli qəsəbə olmuşdur. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa edilmişdir.
Rayonda 1999-cu ildə ilk bələdiyyə seçkiləri zamanı 61 bələdiyyə təşkil edilmiş, 2004-cü ilin seçkiləri zamanı isə bələdiyyələrin sayı 70 olmuşdur. 2004-cü ildə 2 şəhər, 2 qəsəbə və 66 kənd bələdiyyəsinə 572 nəfər üzv seçilmişdir.
Coğrafi mövqeyi
Xaçmaz rayonu Azərbaycanın Şabran, Quba, Qusar rayonları ilə, eləcə də Rusiya Federasiyası ilə sərhəddir. Rayon Xəzər dənizinin sahilində yerləşir.
İri yaşayış məntəqələri
Xaçmaz şəhəri - 35 094 nəfər (27.01.1999)[1]
Xudat şəhəri - 12 958 nəfər (27.01.1999)[1]
Müqtədir qəsəbəsi
Arzu qəsəbəsi
Dədəli kəndi
Əhalisi
1999-cu ilin 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Xaçmaz rayonunun 144 332 nəfər (69,06%-i azərbaycanlılar, 18,19%-i ləzgilər, 6,13%-i tatlar, 3,45%-i mesxeti türkləri , 0,99%-i ruslar, 0,42%-i kürdlər, 0,2%-i yəhudilər, 0,15%-i tatarlar, 0,02%-i talışlar, 0,01%-i ermənilər, 1,38%-i digər millətlər olmaq üzrə) əhalisi var.[2]
Maddi-mədəni irsi
Rayon ərazisində Sərkərtəpə, Dəyirmantapə, Canaxır, Xaspoladoba kurqanları, Şıxlar kəndində XV əsrə aid Şeyx Yusif məscidi və türbəsi, Qaraqurdlu kəndində XV-XVI əsrə aid Şah Abbas məscid-mədrəsəsi mövcuddur. Niyazabad limanı XVI əsrdən Azərbaycanın qonşu ölkələrlə əlaqələrin yaradılmasında mühüm rol oynamışdır.