ÇƏRŞƏNBƏ, 2024-04-24, 3:59 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ HACIQABUL - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » HACIQABUL
HACIQABUL
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 10:39 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Hacıqabul

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
24
Telefon kodu:
140
Poçt kodu (Mərkəzi PŞ):
24 00
Yaşayış məntəqələrinin sayı 30
İnternet saytı: www.zengilan.com

Hacıqabul - Azərbaycanın şərqində yerləşən rayon. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.

Şəhər və iri qəsəbələrin adları
Rayonda 31 yaşayış məntəqəsi var. Bunlardan 1 şəhər, 1 şəhər tipli qəsəbə, 4 qəsəbə və 25 kənddir.
Rayonda 15 inzibati ərazi vahidi, 5 tibb müəssisəsi, 55 mədəniyyət ocağı var.
Sərhəd rayonların, ölkələrin adları
Abşeron, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Sabirabad, Salyan rayonları, Şirvan şəhəri

Coğrafi yerləşməsi
Hacıqabul rayonu Şirvan bölgəsində Kür-Araz ovalığının bir hissəsini əhatə edir. Ağsu, Kürdəmir, Şamaxı, Qobustan, Abşeron, Salyan, Sabirabad rayonları və Şirvan şəhəri ilə həmsərhəddir.

İqlimi
Hacıqabul rayonun iqlimi yarımsəhra əraziləri üçün səciyyəvi olan quru və isti iqlimdir. Burada yaya fəsli çox vaxt +40 C-dən artıq olur, qışı isə mülayimdir, qış aylarında temperatur əsasən +6, +12 C həddində olur. Yağıntılar əsasən yazda və payızda düşür. Onların illik miqdarı 200 mm-dən çox olmur.

Tarixi
Hacıqabul rayonu Kür–Araz ovalığının cənub–şərqində yerləşir. Rayonun mərkəzi Hacıqabul şəhərinin tarixi IX əsrdən başlanır. "Hacıqabul" sözünün mənası "Allah sənin Həcc ziyarətin qəbul etsin" deməkdir. Bu sözün yaranması onunla əlaqədardır ki, bu şəhər müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkə və Mədinəyə gedən yolun üzərində yerləşirdi. Zəvvarlar bu qədər uzun yolu dayanmadan qət edə bilməzdilər. Buranın şəraiti düşərgə salmaq üçün çox münasib idi.

Tarixi və mədəniyyət abidələri
XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Şirvanşahlar sülaləsinin hakimiyyətdə olduğu dövrdə burada Mahmudabad şəhəri salınmışdır. Böyük İpək Yolu bu şəhərdən keçirdi. Fars körfəzi rayonuna gedən karvanlar buradan gedirdi. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Hacıqabul şəhərinin şimal-qərb tərəfində yerləşən Haram dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etmişlər. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tikilininyaşı 5 min ilə yaxındır. Bu tikililərin ətrafında aşkar edilmiş daşların üzərində insan və fantastik heyvan təsvirləri var. Alimlər bu təsvirləri eneolit və tunc dövrlərinə aid edirlər.
Rayonda xalçaçılıq sənəti yaxşı, inkişaf etmişdir. Şirvan xalçaçılıq məktəbinə aid edilən, əl ilə toxunan «Sarı xalça» xüsusi marağa səbəb olur. Hacıqabul rayonun ərazisində tarixi – memarlıq abidələri də var. Qubalı Baloğlan kəndində XIII – XIV əsrlərə aid Hüseyn Xanəgahı adlı pir – ziyarətgah, qala divarları, minarəli məscid, karvansara (bunlar hamısı XIII əsrə aiddir), XIV əsrə aid yaşayış binaları, XV və XVIII – XIX əsrlərə aid məqbərələr, Udulu kəndində orta əsrlərdə ucaldılmış müdafiə təyinatlı Qüngörməz qülləsi, Hacıqabul gölünün şərq sahilində XV əsrdə tikilmiş karvansara bu cür abidələrdir.

Bələdiyyələr haqqında
Hacıqabul rayonunda 23 bələdiyyə fəaliyyət göstərir.
#
Bələdiyyələrin adı
Hər bələdiyyə üzrə əhalinin sayı

1 Hacıqabul şəhər bələdiyyəsi 23512
2 Muğan qəsəbə bələdiyyəsi 4275
3 Navahı kənd bələdiyyəsi
3354
4 Atbulaq kənd bələdiyyəsi 3175
5 Rəncbər kənd bələdiyyəsi 2894
6 Abdulyan kənd bələdiyyəsi 2838
7 Qubalıbalaoğlan kənd bələdiyyəsi 2631
8 Qarasu qəsəbə bələdiyyəsi 2407
9 Navahı qəsəbə bələdiyyəsi 2293
10 Kolanı kənd bələdiyyəsi 1944
11 Birinci Udullu kənd bələdiyyəsi 1837
12 Talış kənd bələdiyyəsi 1636
13 Şorbaçı kənd bələdiyyəsi 1440
14 Birinci Meyniman kənd bələdiyyəsi 1408
15 İkinci Meyniman kənd bələdiyyəsi 1295
16 Qızılburun kənd bələdiyyəsi 1034
17 Padar kənd bələdiyyəsi 744
18 Axtaçı Şirvan kənd bələdiyyəsi 510
19 Qubalı kənd bələdiyyəsi 430
20 Ələtli kənd bələdiyyəsi 380
21 Ağacanlı kənd bələdiyyəsi 351
22 Tağılı kənd bələdiyyəsi 332
23 İkinci Meyniman kənd bələdiyyəsi 300
24 Cəmi 61020
Rayon ərazisində bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir.
17 Dekabr 2004-cü ildə bələdiyyələrə seçkilər müvəffəqiyyətlə keçirilmiş, 23 bələdiyyəyə 189 nəfər bələdiyyə üzvü seçilmişdir.
Görkəmli şəxsləri haqqında
1. Əzizə Məhəmməd qızı Cəfərzadə - yazıçı, filologiya elmləri doktoru, professor.
2. Fəxrəddin Nəriman oğlu Məmmədov - Tarix elmləri doktoru, professor.
3. Miryusif Mirnəsir oğlu Manafov - şair-dramaturq.
4. Nizami Məmməd oğlu Süleymanov - akademik.
5. Mirzə Baxış Nadim - şair.
6. Ramiz Əliş oğlu Həsənov - texnika elmləri doktoru, professor.
7. Tamella Rəsul qızı Nəsirova - riyaziyyat elmləri doktoru, professor.
8. Saday Ağalar oğlu Əliyev - tibb elmləri doktoru, professor.
9. Əliağa Novruzəli oğlu Məmmədov - filologiya elmləri doktoru, professor.
10. Famil Abbas oğlu Tağıyev - polkovnik-leytenant, Azərbaycan Quru Qoşunlarının rəis müavini.
11. Asif Mikayıl oğlu Cəbrayılov - general-mayor, Azərbaycan Sərhəd Qoşunları Komandanının müavini.
12. Zivər Sübhan qızı Ağayeva - şairə.
13. Sara Tofiq qızı Ağayeva - şairə == Yaradiciliqi == http://kultaz.com/2010/07/01/sara-selcan-seirler/
14. Çingiz Səfi oğlu İbadov - iqtisad elmləri namizədi.
15. Əjdər Ol - şair.
16. Əli Pənah oğlu Məmmədov - AMEA-nın üzvü, fizika-kimya elmləri doktoru, professor.
17. Əlihüseyn Hüseyn oğlu Hüseynov - təyyarə mexaniki, Sosialist Əməyi Qəhrəmanı.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » HACIQABUL
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...