Goranboy
İqtisadi rayon:
Gəncə-Qazax
Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
54 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
22
Telefon kodu:
234
Poçt kodu (Mərkəzi PŞ):
AZ 2200
Yaşayış məntəqələrinin sayı 100
İcra başçısı:
Nizaməddin Quliyev
İnternet saytı: www.zengilan.com http://www.goranboy-ih.gov.az
Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km.-dir.
Şəhərin yaxınlığında qədim Şatal şəhər-qalası yerləşir.
Tarixi
Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün “AI-baniya tarixi” kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi.
Şatal
Qədim mənbələrdən məlum olur ki, Şatal V-VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl, Şutur kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, Beyləqana və Şəmkirə basqın edərkən, Şatal şəhərini yerlə yeksan etmişlər. Şatal şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi “qala yeri”, yaxınlıqdakı kənd isə “sevinc, şənlik, səadət” mənasında Şadlı adlanır.
Tarix və memarlıq abidələri
Rayon ərazisində aşağıda adları çəkilən tarix və memarlıq abidələri var:
• Goran stansiyasından 2,5 km şimalda bizim eradan əvvəl I minilliyə aid insan məskənlərinin qalıqları;
• Goranboy şəhərindən 2 km şimal-şərqdə tunc dövrünə aid Qoçtəpə yaşayış yeri;
• Qızılhacılı qəsəbəsi yaxınlığında orta əsrlərə aid Təpəyazılan məskəni, Balakürd kəndi yaxınlığında VII-VIII əsrlərə aid “Tosal ocağı” adlı abidə;
• Xan Qərvənd kəndi yaxınlığında XVIII əsrə aid abidə;
• Səfikürd kəndində XX əsrin əvvəllərində tikilmiş türbə, qala (XIII əsr) və XIX əsrdə tikilmiş məscid;
• Rəhimli kəndində XVIII-XIX əsrlərə aid türbə kompleksı, XIX əsrdə ucaldılmış Şatal qalası, XIX əsrə əid Mirzə Adıgözəl bəy türbəsi;
• Qazanbulaq kəndində orta əsrlərə aid türbələr;
• Kürəkçay kəndində XIX əsrə aid qala, Gülüstan kəndində XII-XVII əsrlərə aid Gülüstan qalası.
Naftalan
Nisbətən yaxın vaxtlarda Naftalan adlı kəndin yerində yaranmış Naftalan şəhəri bu rayonun məşhurlaşmasında mühüm rol oynamışdır. Kurort şəhəri olan Naftalanda bir neçə sanatoriya və pansionat var. Naftalanın əsas sərvəti - Naftalan neftidir. Naftalan adının etimologiyası "süzülən" və ya "axıb gedən" mənasını verən “nafta” sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar. Müalicəvi xassələrə malik olan Naftalan nefti əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur.