CÜMƏ AXŞAMI, 2024-04-25, 1:12 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ GƏDƏBƏY - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » GƏDƏBƏY
GƏDƏBƏY
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 10:34 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Gədəbəy

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
63(1981) (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
21
Telefon kodu:
232
Poçt kodu (Mərkəzi PŞ):
AZ 2100
Yaşayış məntəqələrinin sayı 1 şəhər 111 kənd
İnternet saytı: www.zengilan.com http://www.gedabey.az/

Tarixi
Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12-7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur.
XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. "Simens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Bu zaman Avtopanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi.
Həmin dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntının nəticələri Almaniyanin "Folker Şpis" elmi nəşriyyatı tərəfindən "Qalakənd" adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır.

Coğrafiyası
Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Ən yüksək zirvələri: Qoşabulaq (3549 m.), Qocadağ (3317 m.) və s. [1]
Yura, Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Qara və ağ mərmər yataqları var. Yayı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi üstündür.
Çay şəbəkəsi sıxdır. Axınca və Zəyəm çaylarının yuxarı axını bu rayonun ərazisindədir. Şəmkir çayının yuxarı axını rayonun cənub-qərb sərhədindən axır. Qonur dağ-meşə, çimli dağ-çəmən və s. torpaqlar yayılmışdır.
Meşələrin ümumi sahəsi 30,5 min hektardır(1980).Heyvanları: qayakeçisi, cüyür, qonur ayı, canavar və s.Quşlardan tetra, ular,qartal və s. var.
Rayonda ərazisində məşhur «Qızılça» yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi- keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir.

İri yaşayış məntəqələri
Gədəbəy şəhəri, Söyüdlü, Slavyanka, Novosaratovka, Rüstəm Əliyev, Ağamalı kəndləridir.

İqtisadiyyat
Təsərrüfatı əsasən kənd təsərrüfatından ibarətdir. İqtisadiyyatında kartofçuluq, heyvandarlıq və taxılçılıq əsas yer tutur.
Rayonda kəşf edilmiş (1849) mis filizi əsasında yaradılan (1855-1956) Gədəbəy misəritmə zavodu və Qalakənd (1883) mis əritmə zavodu mövcuddur.
Azərbaycanda ilk su elektrik stansiyasi 1880 ci ildə ve ilk 29 km lik demir yolu 1879 cu ildə bu rayonda tikilmişdir.
Bu yaxınlarda rayon ərazisində qızıl yataqları kəşf olunub və istismarı başlamaq üzərədir. Məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər. İndi qızıl yataqları kəşf olunduqdan sonra bəziləri bu fikirdədi ki, Simens qardaşları Gədəbəydən mis adıyla qızıl çıxardıblar.
Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.

Mədəniyyət
Rayonda 86 ümumtəhsil məktəbi(16 ibtidai, 28 doqquz illik,42 orta), 1 texniki peşə məktəbi var. Həmçinin rayonda 13 mədəniyyət evi, 26 klub, 67 kitabxana, 39 kinoqurğu var.
Rayonun mərkəzində 5 min nəfərlik stadion var. Rayonda 325 çarpayılıq 10 xəstəxana, 36 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji stansiya, 75 həkim, 298 orta tibb işçisi var (1980).
«Gədəbəy dəfinələri» adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, gümüş sikkələr, ev müxəlləfatı, boyunbağılar və bəzək əşyaları olan qədim küplər tapılmışdır. Şah Təhmasibin hakimiyyətdə olduğu dövrdə (1524-1576-cı illər) zərb edilmiş sikkələr Gəncədə, Təbrizdə, Şirvanda və Ərdəbildə dövriyyədə olurdu.
Rayonda xalq sənətlərində əl ilə tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma peşələri qorunub saxlanmışdır.

Memarlıq abidələri
Memarlıq abidələrindən Söyüdlü kəndində (Şəmkir çayının ütstündə) Qız qalası (“Namərdqala” 9 cu əsr ) və Mahrasa məbədi , Novosaratovka kəndində məbəd (1535), Qalakənd kəndində qala ( 16 cı əsr), Böyük Qaramurad kəndində qala (1634), Dikdaş kəndi ərazisində (Bayram dərəsində) alban kilsəsi və Həmşivəng məbədi, Cəbətkeçməz kəndində üç körpü (19 cu əsr), və s. qalmışdır.
Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy – Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Onu Namərd-qala da adlandırırlar, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var.
Birinci Qarabağ müharibəsi dövründə erməni isğalçıları bu rayona da daxil olmuşdular, lakin güclü müqavimətlə rastlaşan ermənilər rayon ərazisindən çıxarılmışlar.

Görkəmli şəxslər
• Köçərli Tofiq Qasim oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının akademiki
• Köçərli Firudin Qasim oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının akademiki
• Sadiqov Mirzə Hüseyn oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının akademiki
• Əhmədov Qoşqar Teymur oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
• Məmmədov Yaqub Cavad oğlu - tibb elmləri doktoru, professor, Azərbaycan Milli Məclisinin sabiq sədri, millət vəkili.
• Tapdıqov İlyas Oruc oğlu - şair, tərcüməçi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1972).
• Rzayev Salman Qədimali oğlu - Nyu-York Elmlər Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru
• Hüseynov Məhərrəm Məhəmməd oğlu - dermatoloq, tibb elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar həkimi və əməkdar elm xadimi
• Allahverdiyev Ayaz Vilayət oğlu - şair,
• Qasımov İkram Ziyad oğlu - Filologiya elmləri doktoru, professor,
• Allahverdiyev Zəka Vilayət oğlu - Mədəniyyət və incəsənət xadimi, yazıçı, müğənni
• Haqverdiyev Telman Şaban oğlu- fəlsəfə elmlər namizədi,dossent.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » GƏDƏBƏY
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...