ÇƏRŞƏNBƏ AXŞAMI, 2024-04-23, 10:27 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DAŞKƏSƏN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » DAŞKƏSƏN
DAŞKƏSƏN
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 10:32 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Daşkəsən

İqtisadi rayon:
Gəncə-Qazax

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
16
Telefon kodu:
216
Poçt kodu (Mərkəzi PŞ):
AZ 1600
Yaşayış məntəqələrinin sayı
İnternet saytı: www.zengilan.com http://dashkesan.az.iatp.net/

Tarixi
Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948—ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmişdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur.
Zağalı, Zivlən, Bayan, Qurubulaq, Əmirvar, Xoşbulaq, Zağalı, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloji qazıntılar bu rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olmasını sübut edir.

Coğrafi mövqeyi
Daşkəsən rayonu Gəncə şəhərindən 33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir.
Rayon cənub-qərbdən 8 kilometr məsafə ilə Ermənistan Respublikası ilə (8 km), eləcə də Şəmkir (24,5 km), Kəlbəcər (23 km), Gədəbəy (41 km) və Göygöl (56,3 km) rayonları ilə həmsərhəddir. Ümumi sahəsi 1047 km²-dir.

Relyefi
Kiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsənin səthini şimala doğru alçalan dağlar əhatələyir. Murovdağ və Şahdağ silsilələrinin yamacları da bu rayonunu ərazisidir. Ən hündür zirvələri Hinaldağ (3367 m.), Qoşqar dağı (3361 m.) və sairdir.
Başkənd-Dəstəfur çökəkliyinin bir hissəsi Daşkəsən rayonu ərazisindədir. Səthi kanyonlarla kəsilmişdir. Yura və təbaşir çöküntüləri yayılmışdır.

Təbiəti
Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edir. Rayonda Xoşbulaq və Göygöl süni gölləri vardır.
Daşkəsənin istilik və rütubətin nisbətindən özünəməxsus torpaq- bitki örtüyü və heyvanat aləmi var.
Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir.
Subalp çəmənləri və çəmən çölləri meşə qurşağı ilə alp çəmənləri arasında geniş sahə tutur. Burada taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər yerləşir. Subalp çəmənliklərində paxlalılar, gülçiçəklilər, xaççiçəklilər, zəngiçiçəklilər və sair fəsilələrdən olan bitkilər hündür, olduqca təsirli, butaya bənzər ot örtüyü yaradır. Subalp zonasında hündürotlu çəmənliklərdən başqa, çəmən bozqırları, kollu çəmənlər də inkişaf etmişdir.
Alp çəmənləri "Alp xalıları" adlanan alçaqboylu otlardan ibarət bitkiliyi ilə subalp çəmənlərindən çox fərqlənir. Bu bitkilər dağ-çəmən torpaqlarında sıx çəmən örtüyü yaradırlar. Qayalı, daşlı yamaclarda seyrək bitki qruplar inkişaf edir. Taxıl otları və çillər hamar dağ yamaclarında sıx qiymətli yay otlaqlarıdır. Yüksək dağların daha rütubətli yamaclarında cil, şahduran, qaytarma, dəstərək, qırtıc, topal və sair şaxələnən kök sisteminə malik otlaq bərk döşənəkli "Alp xalıları" yaradır.
Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərmək olar.
Turizm üçün xarakterik olan Zivlən və Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli olan eyni adlı iki göl – Göy-göl vardır. Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr var. Meşələrdə, əsasən fısdıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir.
Rayonda insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli bitkilər var. Onlardan kəklikotu, gülxətimi, qəfli, sarıçiçək, çobanyastığı, boymadərən, boyxoş, andız, qaraçiyələm, qaraçörək, yarpız, daşyarpızı, dəvədabanı, solmazçiçəyi, yasəmən , çəmən, yolotu (qırxbuğum), cincilim qantəpər, şehdərən, dağ bənövşəsi, bənövşə, nərgiz, lilpar, unnuca, gicitkən, qaymaqçiçəyi və s. yerli əhali tərəfindən yığılır.
Rayonun gur çeşməli, şəffaf, müalicəvi əhəmiyyətli bulaqları var:
• 1. Yumurtalı bulaq - Qabaqtəpə kəndi;
• 2. Narzan bulağı - Yuxarı Daşkəsən qəsəbəsi;
• 3. Turşsu bulağı - Alaxançallı kəndi;
• 4. Qiblə bulağı - Qabaqtəpə kəndi;
• 5. Qayğı bulağı - Qabaqtəpə kəndi;
• 6. Böyrək bulağı - Alunitdağ qəsəbəsi;
• 7. İdris bulağı - Əmirvar kəndi;
• 8. Seyid bulağı - Xoşbulaq kəndi.

İqlimi
Daşkəsəndə temperatur qış aylarında -5 C-dən -20 C-dək, yay aylarında isə +20 C-dən +35 C-dək olur. Rayonda havanın orta illik temperaturu 0-100-dir. Yanvarın orta aylıq temperaturu -2-140-i, iyulun orta aylıq temperaturu +5-200 arasında dəyişir.
Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu +20-310-dək yüksəlir, mütləq minimum temperatur 20-300 aşağı düşür. İl ərzində havanın orta mütləq minimum temperaturu orta dağlıqda +150 ilə +70 arasında dəyişir. Torpaq səthinin orta illik temperaturu +80-i, yanvar ayının orta temperaturu -50-i, iyulun orta aylıq temperaturu isə 210 olur.
Havanın orta illik nisbi rütubəti 75 faiz olub il ərzində 67-82 faiz arasında dəyişir. Ərazidə yağıntının illik miqdarı 600-900 mm-dir. Yağıntının çox miqdarı yaz fəslinə düşür. Torpağın səth örtüyündən il ərzində 300-800 mm mümkün buxarlanma gedir.

Faydalı qazıntıları
Daşkəsən rayonu təbii sərvətlərlə olduqca zəngindir. Sovet İttifaqı dövründə Daşkəsəndə strateji əhəmiyyəti olan dəmir filizi, alüminium, kobalt, mərmər və s. çıxarılmışdır. Rayonun ərazisindəki dağlarda indi də qızıl, mis, kobalt, zəy, alüminum, dəmir filizi, əhəng daşı və mərmər kimi çox qiymətli təbii ehtiyatlar var.

İri yaşayış məntəqələri
Daşkəsən rayonunda 1 şəhər, 6 şəhər tipli qəsəbə və 42 kənd var. İnzibati mərkəzi Daşkəsən şəhəridir.

Əhalisi
Daşkəsən rayonunun əhalisinin sayı 32 min 510 nəfərdir.

Maddi-mədəni irsi
Daşkəsən rayonundakı memarlıq abidələrinə misal olaraq Qoşqar çayının üzərindən salınmış iki qədim daş körpünün və Əhmədli kəndindəki məqbərəinin adını çəkmək olar.
Rayonda xalçaçılıq, metal üzərində döymə, ağac və daş üzərində oyma işi kimi sənət növləri davam etdirilir.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » DAŞKƏSƏN
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...