CÜMƏ, 2024-04-19, 6:06 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ CULFA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » CULFA
CULFA
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 10:27 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Culfa

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:

Telefon kodu:

Poçt kodu (Mərkəzi PŞ):
AZ 7200
Yaşayış məntəqələrinin sayı
İnternet saytı: www.zengilan.com

Culfa - Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının tərkibində rayon.
Culfa Rayonu - Naxçıvan şəhərindən şərqdə yerləşir. Yayda burada quru və isti, qışda çox soyuq olur. İldə 220-600 mm-ə yaxın yağıntı düşür. Burada Əlincə, Qardərya, eləcə də Araz (İranla sərhəd boyunca) çayları axır. Culfa yolu boyunca dağlar olduqca gözəl və özünəməxsusdur - geoloji faktor (suxurların tərkibi, onların yaşı və s.) xarici görünüşə təsirini göstərib - zahirən dağlar nəhəng, qübbəvari, fantastik tikililəri xatırladır. Culfa dağlarında meşə massivlərinə rast gəlinir, meşələrdə fıstıq, vələs, palıd bitir; faunanı canavarlar, tülkülər və dovşanlar təmsil edirlər.
Araz çayının sahilində qədim tikililərin xarabalıqları qalmışdır. Bunlar - Azərbaycan ərazisində ən qədim sayılan XIII yüzil karvansarası, Naxçıvan xanı hakim Ziyaəddinin əmri ilə XIV yüzilin əvvəlində salınmış körpünün qalıqları Cuqa kəndi yaxınlığında kiçik Gülüstan məqbərəsi (XIII yüzil), Dər kəndi yaxınlığında daha üç qədim məqbərə - onlardan bürclü məqbərə daha yaxşı vəziyyətdədir (XV yüzil). O cümlədən, Əlincə qalası (XII-XIII yüzillər) və bir çox digər abidələr və qədim tikililərin qalıqları göstərilə bilər. Rayonun ərazisində çoxlu (40-a yaxın) su qaynaqları və bulaqlar mövcuddur. Onlardan biri, Darıdağın ətəklərindəki bulaq gündə 500 min litrə yaxın güclü minerallaşdırılmış su verir.
Culfa şəhəri Araz çayının sahilində, İranla sərhəddə yerləşir. Azərbaycan Culfasına demək olar simmetrik şəkildə Arazın o biri sahilində, eyni ilə Culfa adlanın İran şəhəri yerləşir. Keçmişdə İrandan Şirvana, Gürcüstana, Dağıstana gedən qədim karvan yolu buradan keçirdi. İndi burada sərhəd nəzarət buraxılış məntəqəsi yerləşir. Burada dəmiryol vağzalı yaxınlığındakı "Araz" mehmanxanasında qalmaq olar. Elə orada restoran da var. "Gülüstan" restoranında və "Eldar" kafesində də nahar edə bilərsiniz.

# Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı
1 Culfa şəhər bələdiyyəsi 10785
2 Yaycı kənd bələdiyyəsi 5857
3 Bənəniyar kənd bələdiyyəsi 3173
4 Əbrəqunus kənd bələdiyyəsi 1958
5 Ərəzin kənd bələdiyyəsi 1812
6 Kırna kənd bələdiyyəsi 1744
7 Saltaq kənd bələdiyyəsi 1528
8 Camaldın kənd bələdiyyəsi 1344
9 Göydərə kənd bələdiyyəsi 1305
10 Xanəgah kənd bələdiyyəsi 1181
11 Dizə kənd bələdiyyəsi 977
12 Ərəfsə kənd bələdiyyəsi 927
13 Milax kənd bələdiyyəsi 900
14 Qazançı kənd bələdiyyəsi 690
15 Əlincə kənd bələdiyyəsi 634
16 Nəhəcir kənd bələdiyyəsi 507
17 Gülüstan kənd bələdiyyəsi 471
18 Qızılca kənd bələdiyyəsi 435
19 Ləkətağ kənd bələdiyyəsi 428
20 Xoşkeşin kənd bələdiyyəsi 376
21 Teyvaz kənd bələdiyyəsi 341
22 Boyəhməd kənd bələdiyyəsi 263
23 Göynük kənd bələdiyyəsi 213
24 Şurue kənd bələdiyyəsi 174
25 Gal kənd bələdiyyəsi 128
26 Cəmi 38151

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » CULFA
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...