CÜMƏ AXŞAMI, 2024-04-25, 5:27 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ CƏBRAYIL - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » CƏBRAYIL
CƏBRAYIL
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 10:24 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Cəbrayıl

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
51,8 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
14
Telefon kodu:
118
Poçt kodu (Mərkəzi PŞ):
AZ 1400
Yaşayış məntəqələrinin sayı
İcra başçısı:
Mahmud Quliyev

İnternet saytı: www.zengilan.com

Kiçik Qafqaz dağlarının ətəklərində binə tutan bu gözəl, zümrüd meşəli, buz bulaqlı bölgənin adamları inanırlar ki, onların binələndiyi yerin adı səkkizinci yüzillikdə yaşamış Cəbrayıl atanın ismindən götürülüb. Fəqət saysız-hesabsız abidələr, mağaralar, qalaların, bürclərin, məbəndlərin qalıqları tarixin daş dili ilə pıçıldayır ki, burada insanlar min illər boyu ömür sürmüşlər. Havası saf, göy üzü təmiz, adamları qədirbilən, etibarlı Cəbrayıl! Aşıq Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərimin, Aşıq Humayın ilham aldığı torpaq... Aşıq Qurbaninin bulaq kimi çağlayan şer dilinə baxın hələ:

Qurbani der: heç kəs yarın öyməsin,
Düymələ yaxanın çarpaz düyməsin.
Dəstələ, zülflərin yerə dəyməsin,
Yollar qubarlanar, toz dəyər sənə.

Cəbrayılda çağdaş illərdə də saysız-hesabsız sənətkarlar, ziyalılar yetişmişdir. Orda bir körpü var: Xudafərin! Bu bir qeyrət körpüsüdür, xalqımızın tarixi birliyini zaman-zaman yada salır.

Coğrafi mövqeyi
Rayonun ərazisi Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşmişdir. Rayon cənubdan İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıqdır.

İqtisadiyyatı
İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud idi.
Ermənistan işğalının nəticələri
Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunmuşdur.
#
İtkilər
Sayı

1 Şəhid ailələri 35
2 Döyüşdə həlak olan hərbi qulluqçular 180
3 Atəşkəs dövründə həlak olan hərbi qulluqçular 14
4 Döyüş ərazisində həlak olan polis işçiləri 6
5 Döyüş ərazisində həlak olan mülki şəxslər 60
6 Cəmi əsir və itkin düşənlər 91
- mülki şəxslər 57
- hərbçilər 34
7 Qarabağ müharbəsi əlilləri 177
- mülki şəxslər 25
- hərbçilər 152
8 Əsirlikdən qayıdanların sayı 7
- onlardan sonradan rəhmətə gedənlər 2

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » CƏBRAYIL
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...