CÜMƏ, 2024-03-29, 4:25 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BİLƏSUVAR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » BİLƏSUVAR
BİLƏSUVAR
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 10:22 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Biləsuvar

İqtisadi rayon:
Aran iqtisadi rayonu

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
60 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
12
Telefon kodu:
159
Poçt kodu (Mərkəzi PŞ):
AZ 1300
Yaşayış məntəqələrinin sayı 25 kənd
İcra başçısı:
Adil Məmmədov

İnternet saytı: www.zengilan.com http://bilesuvar.az

Tarixi
Biləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan ərazilərdən biridir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya imperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdır.
Tədqiqatçı Sabir Nəsiroğlu "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həməşəradan gələn səslər" kitabında tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın - bilyər və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir.
Digər bir versiyaya görə isə ərazi öz adını "belə", "su", "var" sözlərinin birləşməsindən almışdır. Yerli əhali də bu versiyaya daha çox üstünlük verir.

Coğrafi mövqeyi
Biləsuvar rayonunun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlilabad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairəsinin uzunluğu 241 km-dir.
Biləsuvar beynəlxalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1358 kvadrat kilometrdir. Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı - Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.
Ümumi ərazi, [kv.km] 1358.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 1129.29
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 202.53
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 562.10
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 425.31
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 12.00
Şoran torpaqların ümumi sahəsi, [kv.km] 26.07

Əhalisi
Əhalinin ümumi sayı 81318
Şəhər əhalisinin sayı, [%] 23.1867
Kənd əhalisinin sayı, [%] 76.8133
Əhalinin orta sıxlığı 59.880707
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 48.4997
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 51.5003
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 32.3815
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 36.0375
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 53.4248
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 6.3946
Ali təhsilli əhalinin sayı, [%] 3.9991
Orta təhsilli əhalinin sayı, [%] 41.0881
Məskunlaşmış qaçqınların sayı 0
Məskunlaşmış məcburi köçkünlərin sayı 12612

Görkəmli şəxsləri
• Ağayar Şükürov — fəlsəfə elmləri doktoru, professor.
• Əhmədağa Muğanlı (Qurbanov) — yazıçı (mərhum).
• Əlibala Hacızadə — yazıçı.
• Mübariz İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı.

Maddi-mədəni irsi
Biləsuvar rayonunda 1 memarlıq, 12 arxeoloji tarixi və memarlıq abidəsi var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bədilli kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağdam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağdam şəhərciyi" və "İçəri Ağdam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir.
Rayon mərkəzi Biləsuvar şəhərində və Xırmandalı kəndində 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş əsgərlərin xatirə abidələri, həmçinin rayon mərkəzindəki H.Əliyev adına İdman və Sağlmlıq Kompleksi ərazisində Qarabağ uğrunda həlak olmuş şəhidlərə və 20 Yanvar şəhidlərinə xatirə kompleksi və Dərvişli kəndində 20 Yanvar şəhidlərinə xatirə kompleksi abidələri ucaldılmışdır.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » BİLƏSUVAR
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...