CÜMƏ AXŞAMI, 2024-03-28, 10:36 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BEYLƏQAN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » BEYLƏQAN
BEYLƏQAN
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 10:19 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Beyləqan

İqtisadi rayon:
Aran iqtisadi rayonu

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
72 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
11
Telefon kodu:
152
Poçt kodu (Mərkəzi PŞ):
AZ 1200
Yaşayış məntəqələrinin sayı 26
İcra başçısı:
İrşad Əliyev

İnternet saytı: www.zengilan.com

Tarixi
Mil düzü rayonları qrupuna daxil olan Beyləqan rayonu 24 noyabr 1939-cu ildə yaranmış və Jdanov rayonu adlandırılmışdır. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan rayonu adlandırılmışdır.
Coğrafi mövqeyi
Beyləqan rayonu Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habelə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun ərazisi 1,13 min kvadrat km-dır. Mərkəzi Beyləqan şəhəridir. Beyləqan rayonu ilə Bakı şəhəri arasındakı məsafə 265 km-dir.
Ümumi ərazi, [kv.km] 1131.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 46.10
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 27.70
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 38.70
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 46.10
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 0.06
Şoran torpaqların ümumi sahəsi, [kv.km] 0.53
İri yaşayış məntəqələri
Rayon 1 şəhər, 3 qəsəbə və 22 kənd olmaqla, cəmi 26 ərazi vahidinə bölünmüşdür. O cümlədən 40 bələdiyyə mövcuddur.

Əhalisi
2004-cü ilin məlumatlarına görə Beyləqanda əhalinin sayı 81,7 min nəfərdir. 1 kvadrat km-ə 72 nəfər düşür.
Əhalinin ümumi sayı 81700
Şəhər əhalisinin sayı, [%] 27.5398
Kənd əhalisinin sayı, [%] 72.4602
Əhalinin orta sıxlığı 72.236958
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 49.0820
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 50.9180
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 18.4823
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 44.0636
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 39.9388
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 15.9976
Ali təhsilli əhalinin sayı, [%] 5.3856
Orta təhsilli əhalinin sayı, [%] 32.7283
Məskunlaşmış qaçqınların sayı 469
Məskunlaşmış məcburi köçkünlərin sayı 16207

Görkəmli şəxsləri
• İmanov Rəşid Uğurlu oğlu — 1905-ci ildə dünyaya gəlmişdir. Uzun illər heyvandarlıq sahəsində işləmiş, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
• İmrəliyev Sərdar Məmməd oğlu — 1930-cu ildə dünyaya gəlmişdir. Azərbaycan SSR-nin əməkdar mexanizatoru və pambıqçısı olmuşdur. 1965-ci ildə Sosialist Əməyi Qəhrəmanı, 1975-ci ildə isə SSRİ Dövlət mükafatı laureatı adını almışdır.
• Qazıyeva Sevil Həmzət qızı — 1940-cı ildə dünyaya gəlmişdir. Azərbaycan SSRİ-nin əməkdar mexanizatoru və pambıqçısı olmuşdur. 1968-ci ildə ölümündən sonra Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
• Hüseynov Bahadur Həkimxan oğlu — 1928-ci ildə dünyaya gəlmişdir. 1958-ci ildə heyvandarlıqda qazandığı uğurlara görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 2 dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.
• Əhmədov Əhməd Dadaş oğlu — 1936-cı ildə dünyaya gəlmişdir. 1972-ci ildə Azərbaycan SSR-nin əməkdar mexanizatoru və pambıqçısı olmuşdur. 1970, 1973, 1976 və 1981-ci illərdə Lenin ordeni ilə mükafatlandırılmış, 1985-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
• Tağıyev Şamxal Kərim oğlu — 1922-ci ildə dünyaya gəlmişdir. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində şərəfli döyüş yolu keçmişdir. 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetini, 1954-1956-cı illərdə həmin universitetin aspiranturasını bitirib. Biologiya elmləri doktoru, professordur. 1977-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyası fiziologiya institutunun müşaviri və şöbə rəhbəridir. 138 elmi işi, 3 monoqrafiyası çap olunub. 23 elmlər namizədi, 2 elmlər doktoru hazırlayıb.

Maddi-mədəni irsi
Beyləqan rayonunda bir neçə tarixi abidə mövcuddur. Bunlar Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı, orta əsrlər dövrünü əhatə edən qədim Beyləqan şəhər xarabalığı (Örənqala) və Soltanbud təpəsidir.
Həzrəti Cərcis Peyğəmbər ziyarətgahı XVII-XVIII əsrlərdə tikilmişdir. Hal-hazırda bu ziyarətgah Azərbaycanın bütün bölgələrindən, eləcə də Gürcüstandan və Dağıstandan gələn müsəlmanların inam və səcdə yeridir.
Beyləqan şəhər xarabalığı Örənqala tarixi abidəsi rayondan 18 km aralıda yerləşən Kəbirli kəndinin yaxınlığındadır. Burada qədim Beyləqan şəhəri mövcud olmuşdur. Tarixi məlumatlara görə əsası V əsrdə qoyulmuş Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılmışdır. XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq başlanmış işlər yarımçıq qalmışdır. XVI əsrdən bəri şəhər xarabalığa çevrilmiş və bir daha bərpa olunmamışdır.
Bundan əlavə, rayon Mədəniyyət şöbəsinin mühafizəsində olan aşağıdakı tarixi, memarlıq və incəsənət abidələri mövcuddur: Saray təpəsi, Soltanbud qəbristanlığı, Seyid Əminə türbəsi, Əminə Xatın məscidi, Kərbəlayı Seyid Ağa türbəsi, Gəray Əsədovun ev muzeyi, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi, Sevil Qazıyevanın ev muzeyi və büstü, Sovet İttifaqı Qəhrəmanı G.Əsədovun xatirəsində ucaldılmış abidə, Türklər məscidi, Əmək birliyi abidəsi, M.Beyləqaninin heykəli, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » BEYLƏQAN
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...