CÜMƏ, 2024-04-19, 11:16 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AĞSU - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » AĞSU
AĞSU
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 10:12 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Ağsu

İqtisadi rayon:
Dağlıq Şirvan

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
64 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
06
Telefon kodu:
198
Poçt kodu (Mərkəzi PŞ):
AZ 0600
Yaşayış məntəqələrinin sayı 1 şəhər, 78 kənd
İcra başçısı:
Ənvər Seyidəliyev

İnternet saytı: www.zengilan.com http://agsu-ih.gov.az

Ümumi məlumat
A.Bakıxanov “Gülüstani-İrəm” əsərində qeyd edir ki, Nadir Şah tərəfindən 1735 ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Az bir zamanda şəhərin ətrafında hasarlar tikildi. Şəhərin qədim əhalisi də buraya köçürüldü və Ağsu Şirvan hakimlərinin mərkəzi oldu. Həmin qədim şəhərin qalıqları (hazırda “Xaraba şəhər” adlanır) müasir Ağsu şəhərinin cənubunda yerləşir. Şəhərin adı isə ərazisindən keçən “Ağsuçay”ın adı ilə bağlıdır. Əvvəllər şəhər tipli qəsəbə olan Ağsu 1967-ci ildə şəhər statusu almışdır.
Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir.
Ərazisi 1020 kvadrat kilometr, əhalisi 69,4 min nəfərdir. Rayonda 1 şəhər (Ağsu şəhəri), 78 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 60 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlayır, Padar, Ərəbuşağı və Qaraqoyunludur.
Əhalinin ümumi sayının 49,1%-ni kişilər, 50,9%-ni qadınlar təşkil edir. Əhalinin 99%-i azərbaycanlılardan, 1%-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 25,7%-i şəhərdə, 74,3%-i kənd yerlərində yaşayır.
Rayonda 2068 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və işğal olunmuş rayonlarımızdan gələn soydaşlarımızdır.
Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. 16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır.
Rayonun ərazisindən 2 çay–Girdiman, Ağsuçay və onların qolları – Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və Cavanşir gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir. Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 75,2%-ni və ya 76742 hektarını kənd təsərrüfaına yararlı torpaqlar, bundan 46,3%-ni və ya 35550 hektarını əkin yeri təşkil edir.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında aparılan aqrar islahatlar nəticəsində rayonda 43892 nəfər mülkiyyətçi 36184 hektar əkin yeri və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışdır. Sovxoz və kolxozlarda olan 17,8 milyard AZM (3,6 mln. AZN) dəyərində əmlak özəlləşdirilərək əmlakdan pay almaq hüququ olanlara verilmişdir.
Rayonun məhsul istehsalının, pərakəndə əmtəə dövriyyəsinin, göstərilən pullu xidmətlərin 98-100%-i qeyri-dövlət sektorunun payına düşür.
Rayonda 69 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 6 xəstəxana, 18 ambulator-poliklinika, 22 feldşer-mama məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir.
Rayonda 1 mədəniyyət sarayı, 10 mədəniyyət evi, 47 kitabxana, 1 uşaq musiqi məktəbi və tarix-diyarşünaslıq muzeyi vardır. Rayonda ilk dəfə 1954-cü ildə “Yeni həyat”, 1961-ci ildə rayonlararası “İrəli” və 1966-cı ildə isə “Birlik” qəzetləri nəşr edilmişdir. Hazırda rayonda Ağsu rayon İcra Hakimiyyətinin orqanı olan “Ağsu” qəzeti buraxılır. Qəzet 13 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
Rayon ərazisindən 55 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir. Ağsuda 19 siyasi partiyanın rayon təşkilatı və 16 ictimai-siyasi təşkilatın (o cümlədən 3 qeyri-hökumət təşkilatının) rayon şöbəsi fəaliyyət göstərir.
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı rayonun ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvə kimi çıxış edir. YAP-ın özək təşkilatları Ağsuda 1993-cü ilin əvvəllərindən yaradılmağa başlamışdır. Təsis konfransı 1993-cü ilin noyabr ayında keçirilmişdir.

Ağsu rayonun inzibati mərkəzi Ağsu şəhəri Şamaxıdan 37 km aralıda Ağsu çayının sahilində yerləşir. Azərbaycanda «Ağsu» adlı çaylar çoxdur. Onların bu cur adlanmasının səbəbi çox sadədir: onların hər biri öz mənbəyini qarlı dağlardan götürür, buna görə də «təmiz su, şəffaf su, şəffaf su» mənasını verən «Ağsu» sözü ilə adlanır. Ağsuya gedən yol məşhur Ağsu aşırımdan keçir. Uzunluğu 14 km olan bu aşırımın ən uca nöqtəsi dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır. Bu yerlərin ucu-bucağı görünməyən əzəmətli panoramı yolçuları heyran edir. Aşırım dumana bürünəndə isə buradan maşınla gedən adamların hər biri sanki buludların arası ilə hərəkət etdiyini güman edir. Rayonda üzüm emalı və ipək qurdu baraması emalı üzrə müəssisələr fəaliyyət göstərir. Ağsuda toxunan «Pirhəsənli», «Bico» və «Qəşəd» xalçaları çox məşhurdur.
Ağsu şəhərində 3 km aralıda yerləşən Şeyx Dursun məqbərəsi 1457-ci ildə ucaldılmışdır. Eləcə də Şeyx Mezid məqbərəsinin adını çəkmək olar ki, daha zəngin görkəmi bundan əvvəl adını çəkdiyimiz abidənin memarlıq simasını kölgədə qoyur. Şeyx Mezid məqbərəsinin fasadının və interyerinin tərtibatında müxtəlif rəngli kaşıdan istifadə edilmişdir. Şəhərdən bir qədər cənub-qərbdə «Ağ Gunbəz» məqbərəsi, Ağsunun şərqində – XVIII əsrə aid tikililərin xarabalıqları, Gürcüvan kəndində isə Qız Qalası turistlər üçün maraqlı obyektlər sayılır.
Hazırda Ağsu rayonunda onlarla istehsal təyinatlı müəssisə mövcuddur. Bunlardan "Miri Grand" MMC, "Büllür" MMC, "Ağsu-Konserv-3" ASC, "Ağsu Konserv A-EM", “Mehman” MMC, “Şaban-Quşçuluq” MMC-nin adını çəkmək olar. O cümlədən, rayonda çörək sexləri, abadlıq işlərində istifadə edilən bardür və tamet istehsal edən sexlər, Kalva kəndində “Pərvanə” MMC və onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sex, onlarla digər obyektlər mövcuddur. İstehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlarda satılır.
Rayonun təsərrüfat fəaliyyətinin əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Rayon əhalisinin böyük əksəriyyətinin, yəni 70%-dən çoxunun məşğulluğu kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Rayonda hazırda əsasən taxılçılıq, pambıqçılıq, meyvə, bostan-tərəvəz istehsalı və heyvandarlıq sahəsi sürətlə inkişaf etdirilir. Ağsu rayonunda əsasən taxıl, pambıq, kartof, bostan-tərəvəz, günəbaxan, nar, üzüm və digər bitkiçilik məhsulları yetişdirilir.
Respublikada aqrar islahatların gedişi ilə əlaqədar rayonda mal-qaranın özəlləşdirilməsi prosesi başa çatdıqdan sonra heyvandarlığın inkişaf səviyyəsi xeyli artmışdır. Rayon əhalisinin ət məhsuluna olan tələbatı rayon daxilində yetişdirilən heyvanların hesabına ödənilir. Son dövrdə quşçuluq məhsullarının istehsalı xeyli artmışdir.
Sərhəd rayonlar, ölkələr və ərazilər
Şamaxı, Hacıqabul, Kürdəmir, İsmayıllı rayonları

Ağsu rayonunun xəritəsi
#
Bələdiyyələrin adı
Hər bələdiyyə üzrə əhalinin sayı

1 Ağsu şəhər bələdiyyəsi 18482
2 Gəgəli kənd bələdiyyəsi 3502
3 Kəndoba kənd bələdiyyəsi 2104
4 Kalva kənd bələdiyyəsi 1772
5 Ərəbuşağı kənd bələdiyyəsi 1745
6 Padar kənd bələdiyyəsi 1624
7 Ərəbmehdibəy kənd bələdiyyəsi 1580
8 Pirhəsənli kənd bələdiyyəsi 1496
9 Qaraqaşlı kənd bələdiyyəsi 1458
10 Cəlayir kənd bələdiyyəsi 1437
11 Bico kənd bələdiyyəsi 1378
12 Qaraqoyunlu kənd bələdiyyəsi 1373
13 Padarqışlaq kənd bələdiyyəsi 1247
14 Ləngəbiz kənd bələdiyyəsi 1229
15 Yenilik kənd bələdiyyəsi 1174
16 Növcü kənd bələdiyyəsi 1151
17 Qəşəd kənd bələdiyyəsi 1096
18 Bozavand kənd bələdiyyəsi 1068
19 Ağarax kənd bələdiyyəsi 997
20 Daşdəmirbəyli kənd bələdiyyəsi 915
21 Dilman kənd bələdiyyəsi 905
22 Ağalarbəyli kənd bələdiyyəsi 882
23 Çiyni kənd bələdiyyəsi 873
24 İlxıçı kənd bələdiyyəsi 781
25 Çaparlı kənd bələdiyyəsi 773
26 Xəlilli nzse bzpzekmmzük 749
27 Rəhimli kənd bələdiyyəsi 741
28 Abasxanlı kənd bələdiyyəsi 636
29 Musabəyli kənd bələdiyyəsi 612
30 Nüydü kənd bələdiyyəsi 577
31 Göydəlləkli kənd bələdiyyəsi 557
32 Aratlı Curuğlu kənd bələdiyyəsi 556
33 Muradlı kənd bələdiyyəsi 552
34 Ağabəyli kənd bələdiyyəsi 528
35 Maşadqanlı kənd bələdiyyəsi 523
36 Ülgüc kənd bələdiyyəsi 515
37 Ərəbsarvan kənd bələdiyyəsi 512
38 Qiyaslı kənd bələdiyyəsi 504
39 Cəfərli kənd bələdiyyəsi 474
40 Nəmirli kənd bələdiyyəsi 445
41 Qaradağ kənd bələdiyyəsi 443
42 Hacıuşağı kənd bələdiyyəsi 435
43 Təklə kənd bələdiyyəsi 434
44 Hacısəmədli kənd bələdiyyəsi 431
45 Nuran kənd bələdiyyəsi 379
46 Qaravəlli kənd bələdiyyəsi 378
47 Qaraməmmədli kənd bələdiyyəsi 358
48 Bəyimli kənd bələdiyyəsi 331
49 Gürcüvan kənd bələdiyyəsi 300
50 Hacıqədirli kənd bələdiyyəsi 298
51 Şahbəyli kənd bələdiyyəsi 291
52 Keşdiməz kənd bələdiyyəsi 282
53 Kalağaylı kənd bələdiyyəsi 275
54 Qarabağlı kənd bələdiyyəsi 222
55 Axundlu kənd bələdiyyəsi 197
56 Məlikçobanlı kənd bələdiyyəsi 190
57 Suraxanı kənd bələdiyyəsi 151
58 Rəhimağalı kənd bələdiyyəsi 123
59 Dəlilər kənd bələdiyyəsi 86
60 Cəmi 65127

Tarixi və Memarlıq abidələri
N Abidənin adı Tarixi Yerləşdiyi yer
1 Qədim qəbiristanlıq, məbəd və yaşayış yeri Antik dövr Ağsu rayonu Nüydü kəndi
2 Cavanşir yaşayış yeri İlk orta əsrlər Ağsu şəhərindən 3 km şərqdə
3 Yeni Şamaxı qalıqları Orta əsrlər Ağsu şəhərindən 5 km aralı
4 Qırlartəpə yaşayış yeri Eneolit -antik dövrü Qırlar kəndi
5 Qədim qəbiristanlıq I əsr Qırlar kəndinin yaxınlığında
6 Xaraba şəhər yeri XVI-XVIII əsrlər Ülgüc kəndinin yaxınlığında
7 Xanyurdu kurqanı Tunc dövrü Ərəbuşağı kəndi
8 Qaraçıbulaq e.ə. III-I əsrlər Nuran kəndindən şərqdə
9 Qaraçuxa nekropolu Son Tunc - İlk dəmir dövru Nuran kəndindən şərqdə
10 Xəzinə dağı Orta əsrlər Padar kəndinin yanında
11 Nekropol I-III əsrlər Xasıdərə kəndindən şərqdə
12 Şeyx Dursun Türbəsi 1457-ci il Ağsu şəhəri
13 Pir Bəxtiyar Türbəsi XX əsr Ağsu şəhəri
14 Ağ günbəz türbəsi 1897-ci il Qaraqoyunlu kəndi
15 Qırmızı günbəz türbəsi 1909-cu il Qaraqoyunlu kəndi
16 Bilal Əfəndi məscidi XIX əsr Padar kəndi
17 Məscid XX əsr Padar kəndi
18 Şeyx Əmirəhməd türbəsi 1722-ci il Xəlilli kəndi

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » AĞSU
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...